Siyasi sistem ədalət mühakiməsi orqanlarının fəaliyyətinə əhəmiyyətli təsir göstərdi. Əksəriyyət (majoritar) prinsipilə idarə etmək qərarların cəld qəbul edilməsinə kömək edir. Beləki o, effektli dövlət idarəçiliyi gözləntisi yaradır. Lakin fakt fakt olaraq qalır ki, bu model Gürcüstan ədalət mühakiməsi modelinin müstəqil sistemini yarada bilmədi. Nəticədə, ümumi cəlbolunma və razılaşmağa yönəlmiş (konsensual) demokratiya haqqında müzakirələr çoxaldı. Məqalənin məqsədi bu sonuncusunun ədalətli ədalət mühakiməsini təklif etməyi bacardığını göstərməkdir.
Bu mövzu ilə niyə maraqlanmalıyam?
Gürcüstanda ədalət mühakiməsi sistemi (Məhkəmə, prokurorluq və s) siyasiləşdirilibdir, o hakim komanda ilə əlaqədədir və onunla razılaşaraq fəaliyyət göstərir. Bu proses əksəriyyətə uyğunlaşmış (majoritar) sistemə müvafiq olaraq fasad xarakterli islahatlar və hakimiyyət tərəfindən həmin orqanları ələ keçirməklə başladı. Bu hakim komandanın təsirini artırdı və vətəndaşların müstəqil, tərəfsiz ədalət mühakiməsinə əlçatımlığını ləğv etdi.
Bizim rəyimiz
Gürcüstanda ədalət mühakiməsi islahatı üzərində işləmək ümumi cəlbolunma və razılaşmağa yönəlmiş dmeokratiya modeli çərçivəsində yenilənməlidir. Bu çoxluq tərəfindən ədaləti ələ keçirmək təhlükəsini sovuşdurar və siyasi cəhətdən bitərəf sistem yaradar.
Konsensual demokratiya ədalətli ədalət mühakiməsini vəd edə bilərmi?
Ədalət mühakiməsi ilə bağlı məsələlərin həlli prosesində konsensusa yönəlmiş addımlar sistemin müstəqilliyinə dəstək verərdi. O, Baş prokurorun, hakimlərin və Ali Ədliyyə Şurası üzvlərinin tətin edilməsini təmin edərdi. Bu cür seçim prosedurları nəinki hakim qüvvəyə, başqa siyasi qruplara belə vəzifələrə hansısa siyasi partiyanın deyil, ədalətin maraqlarını həyata keçirən insanları seçmək imkanını verərdi. Bu cəhətdən son konstitusiya islahatının təklif etdiyi yenilik olduqca ümudverici idi: Ali Ədliyyə Şurasının hakim olmayan üzvlərinin seçilməsi üçün Parlamentdə səslərin lazım olan miqdarı 90-a qədər qaldırıldı. Demək olar ki, bu majoritar modeldə konsensual demokratiya elementinin inteqrasiyası cəhdidir. Lakin, hakimiyyət bu mexanizmi də səhlənkarlığa çevirdi. Bir neçə həftə bundan əvvəl müxalifətdən olan bəzi deputat, anlaşılmaz motivlə, çoxluğa rəğbət bəsləyən namizədlərin Ali Ədliyyə Şurasının qeyri-hakim üzv vəzifələrinə təyin edilməsini dəstəklədi.
Konsensual demokratiya hakimiyyətdən sui-istifadə etmək praktikasının qarşısını necə və hansı hallarda alır?
Gürcüstanın misalı bizi düşündürür ki, ümumi cəlbolunma və razılaşmağa yönəlmiş demokratiyanın ayrıca komponentinin çoxluğa uzlaşdırılmış sistemdə fraqmental inteqrəsinin heç bir şeyi dəyişdirmir. Yalnızca bu bir element majoritar idarə məntiqi üzərində qələbə çala bilməz, əksinə onun alətlərindən birinə çevriləcəkdir. Beləki, problemin həllinə təməlindəncə, modelləri əvəz emtəklə başlanmalıdır. Heç bir siyasi sistem böhranlardan sığortalanmayıb, lakin konsensusa əsaslanmış yanaşmanın onlara qarşı daha çox resursu varıdır. Bu ədalət mühakiməsi orqanlarının idarə prosesinə də lazımınca təsir bağışlayır. Bunun üçün lazımdır ki, konsensual demokratiya özünün bütün elementlərilə fəaliyyətə başlasın. Prosesdə isə başlanğıc mərhələ aşağıfaizli, proporsional seçki sisteminin tətbiqidir.
Məqalə Heynrix Böll Fondunun Tbilisi Ofisinin dəstəklədiyi “Gürcüstanda inklüziv və konsensusa əsaslanmış siyasi mühitin dəstəyi” layihəsi çərçivəsinə hazırlanmışdır. Məqalədə söylənilən fikirlər “Komentara” aiddir və ola bilsin ki, Heynrix Böll Fondunun Tbilisi Ofisinin baxışlarını əks etdirməsin.