“Komentar” Gürcüstanda və dünyada baş verən proseslər haqqında geniş ictimaiyyətə tənqidi baxış təqdim edən peşəkarları özündə birləşdirən bir platformadır.
Dil – Sosial inteqrasiyanın bir vasitəsi kimi
February 5, 2024

Ana dilini və Dövlət dillərini öyrənmək üçün  eynicür şəraitlər yaratmaq demokratik ölkələrdə sosial inklüziya və inteqrasiyanın əsas cəhətlərindən biridir. Dil fərdlərin özünüifadə etmələri üçün ilkin vasitə və identliklərinin ayrılmaz hissəsidir.

Bu mövzu ilə niyə maraqlanmalıyam?

Gürcüstan əhalisinin son siyahıyaalmasına görə, əhalinin təxminən 13% etnik azlıqların nümayəndəsidir. Bunlardan təxminən 6% isə etnik azərbaycanlıdır,  5%-dək isə etnik erməni. Daha çox yaşadıqları Samtsxe-Cavaxeti, Kvemo kartli və Kaxeti bölgələrində isə, Dövlət dilini lazımınca bilmək əhəmiyyətli çağırışdır.  Habelə ölkənin sosio-iqtisadi həyatında onların bərabrəcə iştirakları da problemli olara qalır.

Rəyimiz

Ana dillərini və Dövlət dilini lazımınca bilmək etnik azlıqlara  ictimai həyatda bərabərcə iştirak etmək üçün effektli imkan yaradır. Dövlət bu çağırışa çoxhədli, kompleksiv və uzunmüddətli siyasət yaratmaqla daha sistemli yanaşmalıdır.

Konstitusiya bizə nə deyir?

Konstitusiyaya  görə, Gürcüstan sosial dövlətdir və ictimaiyyətdə  sosial ədalət, sosial bərabərlik və  sosial həmrəylik  prinsiplərinin möhkəmlətməsinə qayğı göstərir. Habelə,  Dövlət ölkə ərazisində eynicür sosial-iqtisadi inkişafı təmin edir.

 

Ali qanun təyin etdiyi kimi Dövlət dili gürcü dilidir, Abxaziyada isə − Abxaz dili. Eyni zamanda, o, ölkədə dillərin və mədəniyyətlərin bərabər yaşamasının artıq əsrlər boyu formalaşan ənənəsini mühafizə edir.  Habelə,  etnik, dini və dil mənsubiyyətindən asılı olmayaraq, Gürcüstan vətəndaşları öz mədəniyyətlərini qoruyub inkişaf etdirə bilər, şəxsi həyatlarında və ictimaiyyətdə ana dillərindən istifadə edə bilərlər.

Benəlxalq reqlament nə deyir?

Dövlət etnik azlıqların identliyini qorumağa və eyni zamanda onların cəmiyyətə inteqrasiyasının qeydinə qalmalıdır.  Milli azlıqların müdafiəsi haqqında Avropa Şurasının çərçivə konvensiyasına əsasən,  Dövlət dilini bilmək onların inteqrasiyası üçün əhəmiyyətli vasitədir. Konvensiya azlıqların iqtisadi və sosial həyatında iştirak etməyin təminin altına da xətt çəkir, bu isə təhsilə, işə və sosial xidmətlərə əlçatımlığı nəzərdə tutur.

Detallı şəkildə bax:

Dövlət və ana dili – Nəyi bilməliyik

Gürcüstan dayanıqlı hədəflər və Avropa İttifaqı ilə Assosiasiyalaşdırılma Sazişi çərçivəsində də  sosial və iqtisadi inklüziya öhdəliyini üzərinə görümüşdür. Assosiasoialaşdırma haqqında  Saziş müxtəlif qruplar üçün, o cümlədən,  etnik azlıqlar üçün inklüziv iş bazarı, sosial  cəlbolunma və antidiskriminativ siyasət aparmağı nəzərdə tutur. Dayanıqlı  inkişaf hədəflərinə görə keyfiyyətli təhsil əlçatımlığı  və dövlət sektorunda inklüzivliyin dəstəyi  nəzərə alınmışdır.

Gürcüstanda dillə bağlı hüquqi çərçivə

Dil və təhsil

Məktəbəqədər və ümumi təhsil Dövlət dili haqqında  qanun həm dövlət, həm qeyri-dövlət və/ya etnik azlıqların dillərində təhsil almağı nəzərə alır, eyni zamanda  dövlət dilinin vahid proqramı bilinqval tədrisin tətbiqini müəyyənləşdirir.  Məktəbəqədər təhsil haqqında qanuna görə, müəssisə uşaqlara tərbiyəvi və təhsil xidmətini onların ana dilində və ya qeyri-dövlət dilində çatdırmalıdır. Qeyri-gürcüdilli uşaq bağçalarında gürcü dilində bazis kommunikasiya qabiliyyətlərinin inkişafı icbaridir. Habelə,  qeyri-gürcüdilli  ümumtəhsil müəssisəsində  bir fənn kimi gürcü dilinin tədrisi də.

Peşə və ailə təhsil etnik azlıqların peşə müəssisələrinə seçilmək prosedurunu ana dillərində keçmək imkanları var. Bundan sonra  onlara gürcü dilini təklif edirlər. Onu uğurla başa çatdırdıqdan sonra peşə təhsil proqramlarında oxumağı davam etdirmək imkanı verilir. Ali təhsil mərhələsində isə 1+4 proqramı mövcuddur, o icbari ümumi bacarıqlar testini azlıqların dilində verməyi və sonra gürcü dilində bir illik icbari proqramı nəzərdə tutur. Onu uğurla aşdıqdan sonra tələbələr bakalavrlıq mərhələsində istədiləri proqramı seçə bilərlər.

Yetkinlik yaşındakıların təhsili Etnik azlıqlar üçün Dövlət dilini tədris etmək bir də PHHŞ “Zurab Jvania adına Dövlət Administrləşdirmə Məktəbinin” bölgə üzrə  əlçatımlıdır, bu habelə, yaşayış yerini nəzərə alaraq, mobil qruplar vasitəsilə və distant olaraq da mümkündür.  Bu gün həmin tədris proqramı müxtəlif hədəf qrupu və yaş kateqoriyası üçün əlçatımlıdır.

 

 Dil və işlə təmin

Etnik azlıqların işlə təmini tərəfdən ölkədə sosial xidmətlər agentliyinin işlə təminə dəstək proqramları fəaliyyət göstərir, habelə dövlət qulluğunda 1+4 proqramı iştirakçıları üçün stajorluq imkanları mövcuddur, lakin, Gürcüstanda işə götürmək siyasəti olduqca fraqmentaldır, bu proqramlar etnik azlıqların iqtisadi iştirakına əhəmiyyətli təsir  edə bilmir.

Daha detallı: Etnik azlıqların əmək bazarındakı iştirakları- mövcud çağırışlar və beynəlxalq yanaşmalar

Dil və Dövlət xidmətlərinə əlçatımlılıq

Dövlət dili haqqında qanun  etnik azlıqların kompakt şəkildə yaşadıqları bələdiyyələrdə Dövlət etnik azlıqların nümayəndələri üçün dövlət və bələdiyyə orqanları ilə onların ana dillərində tərcüməçi vasitəsilə ünsiyyəti təmin edir. Habelə,  qanun  etnik azlıqlara qarşı  fərqli qaydanı müəyyənləşdirməyi nəzərə alır. O, bələdiyyə orqanında etnik azlıqların dilində təqdim edilən müraciəti, şikayəti və onlara verilən cavabların tərcüməsini müəyyənləşdirir. Qanunun Bələdiyyə orqanı tərəfindən normativ aktın həmin etnik azlığın dilinə tərcümə imkanını da müəyyənləşdirir.

Dövlətin strateji sənədi

Vətəndaş bərabərliyi və inteqrasiyası strategiyası  inteqrasiyanı dəstəkləmək üçün dövlət dilini bilməyi gücləndirmək üçün birinci prioritet kimi müəyyənləşdirir. Dövlət strategiyada dili öyrətməyi gücləndirmək məqsədilə  təhsilin hər bir mərhələsində, o cümlədən yetkinlik yaşında olanlar və qeyri-formal təhsil proqramları üçün qarşısına hədəflər qoymuşdur.  Habelə, işlə təmin, sahibkarlıq fəaliyyətinə qoşulmaq və özünüməşğulluğun effektivliyini artırmağa da səylər göstəriləcəyi vurğulanmışdır. Bunu siyasi sənəddə müəyyənləşdirmək alqışlanası bir fakt olsa da, həmin tədbirlər ümumi şəkildə yazılmış və lazımınca ölçülmək imkanlarını  vermir.

Nə kimi çağırışlar var?

Avropa Şurasının Çərçivə Konvensiyasının Müşavirlər Komitəsi Çərçivə konvensiyasının icrası ilə bağlı öz sonuncu rəyində Dövlət dilinin öyrənilməsinin yaxşılaşdırılması üçün aparılan ölçülərin nəticəsində məsələnin struktur və sistem etibarı ilə hələ də həll edilmədiyi  vurğulayır, bunun xüsusilə də məktəbəqədər, ibtidai və orta pillələrdə əvvəlki kimi qaldığına işarə edir. Tənqid həm tədris materiallarının keyfiyyətinə, həm də müəllimlərin hazırlanmasına yönəlir.

O ki qaldı, Ali təhsilə, Komitə 1+4 proqramının uğuruna işarə etsə də onun inkişaf etməsinin zəruriliyini  vurğulayır. Proqramın müəyyən şəkildə müsbət nəticələrinə baxmayaraq (o, etnik azlıqlar tərəfindən ali təhsilə əlçatımlılığa dəstək vermişdir) bərabər şəraitlərin yaradılmasını yenə də təmin edə bilmir. Bununla belə, proqramdan istifadə edənlər tərəfindən təhsili tərk etmək göstəricisi də olduqca yüksəkdir −  Ali təhsil pilləsini təxminən 20% bitirir.

Bundan əlavə, Xalq müdafiəçisi öz Parlament  hesabatında  Jvania mərkəzinin Dövlət dili tədrisi proqramı benefisiyarlarının sayının son illərdə artığına işarə edir, lakin 2019-2022-ci illərdə proqramı iştirakçıların yalnız 51.6%-i uğurla başa çatdırmışdır. Habelə,  2019-2022-ci illərdə proqramda iştirak edənlərin yalnız 1.3%  dövlət sektorunda işləməyə başlamışdır.

O ki qaldı dövlət xidmətlərinə etnik azlıqların əllərinin çatmasına, Qanunvericilik səviyyəsində mövcud olan müəyyən zəmanətlərə baxmayaraq maneələr, yenə də var. Misal üçün,  dil maneəsi və xidmət göstərən müəssisələrdə onların ana dillərini bilən şəxslərin sayının kifayət etməməsi. Kvemo kartli və Kaxetidə yaşayan etnik azərbaycanlılar üçün səhiyyə xidmətlərinə əlçatımlılıq xüsusi çağırışdır. Bələdiyyə proqramları haqqında müvafiq  məlumatlandırma qıtlığı  da ayrıca nəzərə çarpır.

 Dövlət nə etməlidir?

Dövlət dilini bilməmək etnik azlıqların sosial və iqtisadi çağırışlarını dərinləşdirir, lakin bu onların qarşısında dayanan yeganə çətinlik deyildir. Problemləri sistemli həll etmək və elə bir siyasət yürütmək lazımdır ki, onlar artıq həyata keçirilmiş proqramlar və yanaşmaların konkret analizinə əsaslanacaqdır. Lakin, əlbəttə ki, həll olunması lazım olan ilk maneə məhz elə dil məsələsidir. Biliqval modelin lazımınca tətbiq edilməsi və etnik azlıqlara həm ana dillərini yaxşı bilmək, həm də dövlət dilini əsaslı öyrənmək imkanı verən sistemin yaradılması son dərəcə əhəmiyyətlidir.


Məqalə “Etnik azlıqlarla məskunlaşmış bölgələrdə informasiya və təhlilin əlçatımlığı yolu ilə ictimaidayanıqlığın artırılması” layihəsi çərçivəsində Müharibə və Sülhü İşıqlandırma İnstitutu (IWPR) tərəfindən verilmiş fondlarla, Birləşmiş Krallıq Hökumətinin maliyyə dəstəyilə tərcümə edilmişdir. qalədə verilmiş düşüncələr, əsas faktlar və nəticələr yalnız müəlliflərə məxsusdur və onlar IWPR və Birləşmiş Krallıq Hökumətinin baxışlarını əks etdirmir.

 

 

Məqalə hazırlanmışdır
მარიამ სვიმონიშვილი
Mariam Svimonişvili
Hüquqşünas
მერაბ ქართველიშვილი
Merab Kartvelişvili
Şərikli təsisçi, Sosial siyasət istiqaməti redaktoru