Yerli səviyyədə idarə prosesindən ictimaiyyətin cəlbolunmasının iki faydası var: O, bələdiyyənin fəaliyyəti effektivliyini yüksəltməklə yanaşı, xalqın ehtiyaclarına yönəlmiş siyasətin icrasına kömək edir. Bu ideyanın əhəmiyyəti və dəyəri şəksizdir, onun üçün də hazırda diskussiyalar daha çox formalar, alətlər və bütün qruplar üçün cəlbolunmanın eyni imkanları haqqında aparılır. Məqalədə yerli səviyyədə qəraralma prosesində etnik azlıqların iştirakı və onun əhəmiyyəti barədə danışacağıq.
Bu mövzu ilə niyə maraqlanmalıyam?
Gürcüstan vətəndaşları, o cümlədən etnik azlıqların nümayəndələri də qəraralma prosesinə lazımınca qoşula bilmirlər. Bu ictimaiyyət üzvlərinin mülki, mədəni və siyasi inteqrasiyasına mane olur və idarəçiliyin demokratik modellərinin yaxşılaşdırılmasını ləngidir.
Rəyimiz
Yerli səviyyədə qərarların alınması prosesində etnik azlıqların cəlb olunması onların ehtiyaclarına əsaslanmış siyasətin formalaşmasına imkan yaradır. Bu isə ictimaiyyətin birliyini daha da gücləndirər. Bunun üçün Dövlətin qəraralma prosesində iştirak etmək alətlərini yaratmalı və ictimaiyyət üçün məlumatın çatmasını təmin etməlidir.
Qəraralma prosesində iştirak etmək nəyi nəzərdə tutur?
Siyasi iştirak yalnız passiv və aktiv seçki hüququ demək deyildir. Bu siyasi qüdrətin xalq tərəfindən həyata keçirilməsi və istənilən məsələ ilə bağlı qərarın verilməsi prosesində birbaşa iştirakı nəzərdə tutan bir konsepsiyadır. Proses publik administratlaşdırılmasının bütün sahəsi və səviyyəsini əhatə edərək həm siyasətin təşəkkülü, həm də onun icrası prosesinə şamil edilir. İştirak vətəndaşların əlində elə bir vasitədir ki, onun sayəsində hakimiyyəti özləri üçün əlverişli siyasət keçirməyə “məcbur” edə bilirlər.
Etnik azlıqların cəlb olunması yerli səviyyədə qərarın alınma prosesində xüsusilə əhəmiyyətlidir, çünki onların məişətinə ilk növbədə lokal səviyyədə mövcud olan mədəni, iqtisadi və sosial vəziyyət təsir bağışlayır. Beləki, rifah və inteqrasiyanın qeydinə dövlət məhz yerli səviyyədən başlamalıdır.
İştiraka mane olan nədir ?
Bir çox hallarda, qərarları alma prosesində etnik azlıqların iştirakı onlar üçün privillegiya kimi müzakirə edilir və bu olduqca səhvdir. Müxtəlif ölkələrdə etnik azlıqların vəziyyətini müşahidə etmək bu qrupun bir çox yerlərdə cari siyasi proseslərdən kənarlaşdırıldığını göstərir. Bunun bir neçə səbəbi var. Onlardan birincisi ictimai qruplar arasında dövlətin apardığı qeyri- bərabər siyasətilə, iştirakın müvafiq formaları və qaynaqlarının mövcud olmaması ilə əlaqəlidir.
Məqalə “Etnik azlıqlarla məskunlaşmış bölgələrdə informasiya və təhlilin əlçatımlığı yolu ilə ictimaidayanıqlığın artırılması” layihəsi çərçivəsində Müharibə və Sülhü İşıqlandırma İnstitutu (IWPR) tərəfindən verilmiş fondlarla, Birləşmiş Krallıq Hökumətinin maliyyə dəstəyilə tərcümə edilmişdir. Məqalədə verilmiş düşüncələr, əsas faktlar və nəticələr yalnız müəlliflərə məxsusdur və onlar IWPR və Birləşmiş Krallıq Hökumətinin baxışlarını əks etdirmir.