“Komentar” Gürcüstanda və dünyada baş verən proseslər haqqında geniş ictimaiyyətə tənqidi baxış təqdim edən peşəkarları özündə birləşdirən bir platformadır.
Gürcüstanda kriminal, Gürcü arzusu və reallıq – ədaləti bərpa etmək şansımız varmı?
August 16, 2023

Zorakılıq keçmişə müvafiq reaksiya vermədən Dövlətin demokratik transformasiyası heç vax uğurlu olmur.  “Tarixi amneziyanın” kollektiv travmaları müalicə etmək və sabit mühitdə demokratik quruculuğa  əsas   yaratmaq kimi mifləri repressiv dövlətlərin ən yeni təcrübələri dağıtmışdır. Bir idarə metodu kimi keçmişi unutmaq ictimaiyyətin yaddaşı üzərində qələbə çala bilmir, beləki, münaqişələrin alovlanması və  qısnanmağın geri qayıtması riskini artırır. 

Keçid ədalət mühakiməsinin funksiyası ədaləti bərpa etmək və keçmişi təkrarlanmasının  qarşısını almaqdır. O, ictimaiyyətin tərəqqisi üçün travmalar üzərində qələbə çalmalı olduğumuz inancından və   demokratiyanın elə bir dövlət təsisatları yaratması əqidəsindən irəli gəlir ki, onun sayəsində keçmişə ədalətli cavab vermək və ümumi iştirakla yönəlmiş gələcəyi yaratmaq mümkün olsun.   Eyni zamanda, onun ədalətsizliyin nəticələrini mütləq aradan qaldıracağı ambisiyası yoxdur, lakin bəzən zərəri aradan qaldırmaq qeyri-mümkündür faktı da hərəkətsizliyi  doğrulda bilməz. 

Ədalətin bərpası üzərində danışarkən bir çox hallarda məntiqli sual verilir – niyə məhz bu mexanizm, ənənəvi ədalət mühakiməsindən nə ilə fərqlənir? Cavabı isə budur ki, keçid ədalət mühakiməsi üçün ədalət bu məfhumun qanunla müəyyənləşdirilmiş məzmunundan daha da böyükdür. O keçmişi konkret norma ilə deyil, həqiqət üzrə ictimai razılaşma çərçivəsində müzakirə edir və ənənəvi hüquqi prosedurlarla məhdudlaşmır. Onun miqyası daha genişdir, alətləri isə -çoxsaylı. Beləki, o həm məsuliyyət, həm də sosial transformasiyası mexanizmidir. 

Bu haqda indi niyə danışırıq? Gecikməmişik ki?

Tarix keçid ədalət mühakiməsi mexanizmlərindən istifadə edilən postrepressiv dövlətlərdəki  demokratik dəyişikliklərin uğurlu misallarını tanyır. Lakin, tarix  həmçinin keçmişi unutmağa üstünlük verən və ədalətin bərpasından imtina edən  demokratik tranzisiyanın məğlubiyyətlərilə də tanışdır.  Bizdə nə baş verir?  Gürcüstanın özünü repressiv rejimlərdən yaxa qurtarmaq cəhdi asand olmamışdır. Müstəqil və demokratik dövlət qurmağa canatma ağrısız ötüşməmişdir.  Qısa müddət içərisində çox şeyi yaşamalı olduq. Bir neçə müharibə, hərbi çevriliş, kriminallarla uzlaşmış və korrupsiyaya batmış zəif dövlət aparatı, repressiya, oliqarxiya idarəçiliyini təcrübə etdik. 

Ədaləti bərpa etmək şansımız varmı?  Hesaba hardan başalyırıq? Axı, Gürcüstanın  bütün hakimiyyətləri keçmişi təhlil etməkdən həmişə yayınıb və ona reaksiya vermək üzrə mətin siyasi mövqe nümayiş etdirməmişdir?. Bütün bunlar məntiqli suallardır.  Fürsətin əldən çıxması qorxusu da legitim qoruxudur.  Reaksiya verməyi gecikdirmək, əhəmiyyətli məlumatı əldə etməklə birlikdə, keçmişlə xalqın emosional əlaqəsini də korlayır. Lakin qeyri-demokratik keçmişə cavab vermək heç vaxt gec deyildir.  O, yaddaşda ağır təcrübəyə öz yerini verir və repressiya ilə müharibəni ictimai dəyərə, gücə və demokratiyanın konsolidasiya mexanizminə  çevirir. 

Bizim rəyimiz

Ölkəmizin keçmişi təhlil edilməli və reaksiyaya tabe tutulmalıdır. Gürcüstanın hələ də keçid ədalət mühakiməsi perspektivləri barədə müzakirə aparmaq və ədaləti bərpa etmək üçün əməli addımlar atmaq imkanı vardır.  

Nəyi bilməliyik?

Gürcüstan üçün müstəqilliyi bərpa etməyin ilk illəri ağır idi. O vaxtkı siyasi komanda inkişaf yolunu dəqiq müəyyənləşdirə bilmədi. O, dövlət quruculuğu üçün mütərəqqi, kəskin şəkildə demokratik və plüralist seçim etməkdə çətinlik çəkdi. Buna hərbi çevriliş,  onun nəticələri və onu müşayiət edən çətinliklər də əlavə olundu.  Gürcüstan bir neçə müharibədən, korrupsiyaya qarşı uğursuz mübarizədən, ehtiyac və kriminal avtoritarizmdən keçəsi oldu. Bu sonuncusu dövlət quruculuğuna imkan vermədi və faktiki olaraq, idarəçiliyin alternativi olan praktikanı  yaratmış oldu. Bunun ardından “Qızıl gül” inqilabı gəldi. Ən yaxın tarixin bu dövrü də idarəçiliyin repressiv metodu ilə fərqləndi. Post inqilab hakimiyyət dövlət quruculuq prosesini hakimiyyətin konsolidasiyası, aqressiv instutionallaşma, cinayətlə mübarizədə sıfır tolerantlıq, elitaların cəzalandırılmaması və antisosial iqtisadi siyasət tətbiq etməyə başladı

Elitlərin dəyişikliyi

İdarəçiliyin bu tərzinin nəticəsi idi ki, 2012-ci ildə vətəndaşlar yeni siyasi komandaya səs vermək qərarını aldılar. Doğrudur, bu ölkədə seçkilər yolu ilə hakimiyyətin dəyişməsinin ilk hadisəsi idi, lakin etiraf etmək lazımdır ki, o heç də demokratik proseslərin nəticəsi olmamışdır.  Hakimiyyətin dəyişməsi daha çox post inqilab siyasətinə qarşı atılmış addım idi, elə bir siyasətə ki, həmin siyasət xalqı hakimiyyətin dəyişməyin kompromissiz seçimi qarşısına qoydu.  

Bu olduqca məntiqli nəticə ilə yekunlaşdı: gürcü arzusu hakimiyyətə etibarlı siyasi proqramla, lakin şəxsi maraqlarla gəldi. Şəxsi maraqlar tədricən ictimaiyyətin bütün tələblərini kənarlaşdıraraq, onun həqiqi marağına açıq-aşkar zidd gedərək demokratik islahatların keçirilmə şansını qeyri-formal və oliqarxiya qısqacları arasında aldı.  Hakimiyyəti isə idarəçi üçün etibarlı komanda üzvləri arasında bölüşdürdü. Həmin siyasi qrup dövlət təsisarları üzərində mütləq nəzarəti əlinə keçirdi və ictimai hesablılıq sistemini  dəbərtdi. Gürcü arzusu siyasətinin məqsədi əvvəl başdan post inqilabi siyasətə qarşı çıxmaq və onun antitezinı yaratmaq olsa da, öz sələfinə daha da oxşamış oldu.  O siyasətin mahiyyətini dəyişmədi, yalnız icra metodlarını əvəz etdi və bununla Milli Hərəkat rejimi ilə saxta münaqişə yaratmış oldu.  

Gürcü arzusu hakimiyyəti keçmişə  natamam, fraqmental mexanizmlərlə cavab vermək istədi. Ədalətin bərpası arqumenti ilə o kütləvi amnistiya (əfv-ümumi) layihəsini hazırladı; qanunsuz dinləmək və gizli qeydlər aparmaq, kirayələmək və ya onları məhv etmək məqsədilə müvəqqəti komissiya yaratdı; Repressiya qurbanları  memorialı  düzəltdi; prokurorluq sistemində məhkəmə prosesində işlənilmiş cinayətləri araşdırmaq  mandatlı departament qurdu. Bütün bunlar, bir baxışdan ədaləti bərpa etmə şansını yaratsa da, keçid  ədalət mühakiməsi üçün səciyyəvi olan prosedurlarla aparılmadı, proses inklüziv olmadı. Keçmişə reaksiya vermək üçün hakimiyyət formal mexanizmlər seçdi və rejimi qiymətləndirmək və yaxud, ədaləti bərpa etmək məqsədilə xüsusi obyektiv prosedur yaratmamışdır. Əlahiddə addımlar atsa da, geniş ictimaiyyət buna cəlb edilməmişdir.  Vaxt keçdikcə bu yanaşmanın real səbəbləri aşkarlandı -  rejim özünü legitimləşdirmə strategiyasının hayında idi.  

Bir idarəçilik prinsipi kimi travmanı daima yeniləmək

Niyə heç bir hakimiyyət keçmişin sistemli təhlilindən və ədalətin bərpasından boyun qaçırdı? Bu məsələnin təhlili bizi düşündürür ki, bu ideyadan imtina etməyin başlıca səbəbi öz rejiminin cəzalandırılmasının qarşısını almaq idi. Keçid ədalət mühakiməsi güclü və müstəqil təsisatların yaradılma perspektivini yaradır. Bu demokratiyaya qarşı çıxan siyasi qüvvə üçün təhlükəlidir. O bilir ki, sələfini mühakimə edən presedent və  müstəqil institutlar gələcəkdə ona qarşı da hərəkət edə bilərlər. Buna görədir ki, zorakılıq keçmişə göz yummaq zorakılıq gələcəyə, hakimiyyətin cəmiyyət üzərindəki hökmranlığına yol açır.  

Gürcü arzusundan bir çoxu ədalətin bərpası mexanizmlərindən ardıcıl şəkildə istifadə etməyi gözləyirdi, lakin onillik idarə üslubunun müşahidəsi onu göstərdi ki, hakimiyyət bu şansı məqsədyönlü şəkildə əlindən buraxdı. Qabaqkı hakimiyyətlə toqquşmağı idarəçilik prinsipinə çevirdi və ictimaiyyətlə kommunikasiya strategiyasını Milli Hərəkata qarşı mənfi kampaniya üzərində qurdu.   „Gürcü arzusunun piyarı yaramır” deyə məşhur ifadə var. Burda o nəzərdə tutulur ki, onlar uğurlu idarəçilik nümunələrini xalqa lazımınca çatdırmır, ancaq diqqət versək görərik ki, hazırkı hökumətin kommunikasiya kimi bir problemi yoxdur, propaqandadan öz məqsədləri üçün mükəmməl şəkildə istifadə etməyi bacarırlar. Bəs bu məqsədlər nədən ibarətdir? 

„Gürcü arzusu“ naliyyətdən danışmaq istəmir. Onun elə bir müsbət layihəsi yoxdur ki, informasiya kampaniyalarını onun üzərində qursun. Onun məqsədi keçmiş yaraları açıq qoymaq, daimi aktuallaşdırmaq və öz məqsədləri üçün istifadə etməkdir. Hakimiyyət travmalarımız üzərində oynayır, daima repressiyaları xatırladır və keçmişin qayıtması ilə qorxudaraq seçicilərini səfərbər etməyə çalışır. Bu sehirli dairə keçid ədalət mühakiməsi mexanizmlərini işə salmaqla mümkündür.  

Məqalə Heynrix Böll Fondunun Tbilisi Ofisinin dəstəklədiyi “Gürcüstanda inklüziv və konsensusa əsaslanmış siyasi mühitin dəstəyi” layihəsi çərçivəsinə hazırlanmışdır. Məqalədə söylənilən fikirlər “Komentara” aiddir və ola bilsin ki, Heynrix Böll Fondunun Tbilisi Ofisinin baxışlarını əks etdirməsin.

Məqalə hazırlanmışdır
თამარ გვასალია
Tamar Qvasaliya
Hüquqşünas
ვახუშტი მენაბდე
Vaxuşti Menabde
Şərikli təsisçi, Demokratiya istiqaməti redaktoru