Gürcüstan əhalisi üçün işsizlik ən başlıca problemdir. Buna baxmayaraq, ölkədə işsizlik benefitləri sistemi mövcud deyildir. Halbuki, həmin sistem işsiz qalmış vətəndaşlara müəyyən vaxt içərisində sabit gəlirlə təmin və yoxsulluq həddi altına düşənə qədər minimum sosial zəmanətlər təklif edərdi.
Bu mövzu ilə niyə maraqlanmalıyam?
Gürcüstanda insanları əsas sosial risklərdən, məsələn işsizlikdən, işsiz qaldıqdan sonra maliyyə sabitsizliyindən və yoxsulluqdan müdafiə edən sağlam sosial müdafiə sistemi mövcud deyildir.
Bizim rəyimiz:
- Dövlət hər bir insanı sosial risklərdən müdafiə etməli və insanların ehtiyaclarına lazımınca cavab verən sosial müdafiə sistemi yaratmalı.
- Daha konkret, Dövlət işsizlik benefitləri sxemini hazırlamalıdır. Sistem gürcü kontekstini nəzərə alaraq ən əla beynəlxalq təcrübələrə əsaslanmalıdır.
Problem nədər ibarətdir?
- Dövlətdə vətəndaşları işsizlikdən irəli gələn sosial risklərdən sığotalayacaq sosial müdafiənin vahid, sağlam bir sistemi mövcud deyildir.
- Bu günə qədər işsizlik benefitləri sistemi mövcud deyildir.
Beləliklə,
- Dövlətin əlində yoxsulluğun erkən mərhələsində mübarizənin ən əhəmiyyətli aləti - işsizlik müavinəti – yoxdur.
- Dövlətdə işsiz qalmış insanın maliyyə sabitliyi və rifahını təmin etməyin başlıca mexanizmi – işsizliyin sığortalanması fəaliyyət göstərmir.
Bu problem necə həll edilə bilər?
Bu məsələnin həlli üçün Dövlət işsizlik benefitləri vahid sistemini hazırlamalıdır. Sistemdə işsizliyin sığortalanması və işsizliyin müavinəti sxemlərini əks etdirməlidir. İşsizlik benefitləri sistemini hazırlayarkən Dövlət ən əla beynəlxalq təcrübələrini rəhbər tutmalı, həmçinin yerli sosio-iqtisadi kontekstini nəzərə almalıdır.
Beynəlxalq təcrübə:
Əsasən, işsizlik benefitləri sistemləri iki əsas alətdən ibarətdir – işsizliyin sığortası və işsizlik müavinətindən.
Nəyi bilməliyik?
- Avropa İttifaqında işsizlik benefitlərinin hər iki aləti fəaliyyət göstərir.
- Daha konkret olaraq, işsizliyin sığortası Avropa İttifaqının bütün üzv ölkələrində mövcuddur.
- Lakin, işsizliyin müavinəti, işsizlik benefitinin ayrıca sxemləri, Avropa İttifaqının yalnız on ölkəsində istifadə edilir (Avstriya, Estoniya, Finlandiya, Fransa, Almaniya, İrlandiya, İtaliya, Malta, Portuqaliya və İspaniya)
Gürcüstanda işsizlik müavinəti perspektivi:
- Gürcüstanda təxminən 532000 insan yaşamaq üçün müavinət alır, bir ailə üzrə müavinət üçün ayrılmış məbləğ təxminən 200-dən 250 lari arasında oynayır.
Bunu nəzərə alaraq,
- İşsizlik müavinətinin tətbiqi, bir tərəfdən, ölkədə işsizlikdən irəli gələn yoxsulluq səviyyəsini azaldardı;
- İkinci tərəfdən isə, müavinət üçün ayrılmış Dövlət xərclərini azaldar və işsiz qalanı ifrat yoxsulluqdan müdafiə edərdi.
Şərtlər:
İşsizlik müavinəti benefisiyarı kimi qeydiyyatdan keçmək meyarları, müavinətin miqdarı və müvinətin verilməsinin müddəti dəqiq şəkildə müəyyənləşdirilməlidir,
Daha konkret:
- Dövlət müavinət ala biləcək səlahiyyəti olan şəxslərin dairəsini müəyyənləşdirilməlidir.
- Tətbiq edilən təcrübənin göstərdiyi kimi, işsizlik müavinətini işsiz qalanadək 12 ay ərzində işləyən və işlərini itirən şəxslər ala biləcəklər. Müxtəlif ölkədə bu vaxt çərçivəsi müxtəlifcürdür.
- Müavinətinin miqdarı müəyyənləşdirilməlidir. O, minimum əmək haqqından çox, alınan maaşdan isə az olmalıdır ki, vətəndaş bir tərəfdən ifrat yoxsulluqdan sığortalansın, ikinci tərəfdən isə yeni iş yeri axtarmaq motivassiyası qalsın.
- Müavinətin verilməsinin müddəti müəyyənləşdirsin. Bir qayda olaraq, bu dövr 6-dan 12 aya qədər uzanır. Dövlət müddətinin müəyyənləşdirmə prosesində də iki əsas prinsipi rəhbər tutmalıdır - yoxsulluqla erkən mərhələdə mübarizə etsin və işsiz qalmış insana yeni iş yeri axtarması üçün stimul versin.
Gürcüstanda işsizliyin sığortalanması perspektivi
İşsizlik müavinəti sxeminin tətbiqi ilə birlikdə, büdcədən kənar, işsizliyin sığortalanması sisteminin, tətbiqi də əhəmiyyərlidir. O, əmək bazarı effektliyini və böhran dövründə vətəndaş üçün gəlir sabitliyini təmin etmiş olardı.
İşsizliyin sığortalanması sxemini yaratdıqda sığortanın icbariliyi məsələsi, sığorta benefitlərini almaq üçün lazımlı iş stajı, sığorta ödənişlərinin həcmi, ödənişlərin müddəti və benefitləri almağın müddəti müəyyənləşdirilməlidir.
- İşsizliyin sığortalanma benefitlərini almaq üçün
Lazım gəlir ki:
- Vətəndaş müəyyən iş təcrübəsinə malim olsun (məs.: işsiz qalana qədər vətəndaş 6, 12, 24 və ya 36 ay ərzində işləyirdi). Bir qayda olaraq, icbari iş təcrübəsi ortalama 12-dən 18 ay arasında oynayır;
- Vətəndaş sığorta sxemində müəyyən dövr içərisində maliyyə kontribusiyası etməlidir;
- Vətəndaş işdən məcburi şəkildə azad edilməlidir;
- Vətəndaş yeni iş axtarmalı və əməkqabiliyyətli olmalıdır.
Qeyd etmək lazımdir ki,
İşsizliyin sığortası/müavinəti yalnız Dövlət tərəfindən işlə təmin olunmuş kimi və ya işsiz qaldıqdan sonra işsiz kimi qeydiyyatdan keçən vətəndaşlara verilir
Beləliklə,
Qeyri-formal sektorda işlə təmin edilən və işlərini itirənlərə işsizlik sığortası/müavinətinin şamil edilməməsi təhlükəsi yaranır, çünki Dövlət qeyri-formal sektorda işləyənləri dəqiqliklə uçota götürə bilmir və bu olduqca əhəmiyyətli bir problemdir,
Çünki
Gürcü əmək bazarında qeyri-formal işlə təmin edilmə payı olduqca yüksəkdir. Statistika üzrə Milli Xidmətin verilmişlərinə əsasən, qeyri-təsərrüfat sahəsində qeyri-formal işləyənlərin payı 29% təşkil edir. Lakin, qeyd olunan statistika qeyri-formal (qeyri -rəsmi) işlətəmin və əmək göstəricilərini tam şəkildə əks etdirə bilmir.
Dövlət nə etməlidir?
- İşsizlik sığortasının icbari (məs: Almaniya, Avstriya və Fransa) yoxsa könüllü (Məs.: Danimarka, Finlandiya və Macarıstan) olmasını müəyyənləşdirsin. Gürcüstan kontekstində hər iki sistemin öz üstünlükləri və riskləri var. Könüllü sığorta tətbiq edildikdə vətəndaşlara öz maaşlarından müəyyən məbləğin sığorta fondlarına ayırıb-ayırmama məsələsinə özləri qərar verməlidirlər. Lakin, burda bir risk var, vətəndaşlar, ola bilsin ki, bunu etməkdən imtina etsinlər və buda işsizlik müavinəti sistemi üzərində təzyiqi artırsın;
- Kontribusiyanın (təzminatın) üç ən yayılmış sistemindən (üçsütunlu, ikisütunlu, birsütunlu) birini seçsin. Yalnız işlə təmin olunanla işə götürənin kontribusiya etdikləri sistemin seçildiyi təqdirdə Dövlət büdcəsi işsizliyin sığortalanmasının maliyyə yükündən azad olar və yalnız işsizlik müavinətini maliyyələşdirərdi, lakin, işlə təmin olunanların aşağı əmək haqlarını nəzərə alaraq, ləyaqətli miqdarda benefitlər vermək üçün vəsaitlərin fondlardakı akumulassiyası çətin başa gələ bilər. Dövlət müdaxilə etdikdə, işlə təmin olunan kontribusiya payı azalar və fondlarda kifayət qədər məbləğin səfərbərliyi asandlaşardı. Ancaq bu büdcə xərclərini də artıracaqdır;
- Aylıq ödənişin minimal, hədd miqdarını təyin etsin. 1,5 %, 2 % olsun yoxsa 3%. Ödənişlərin bölüşdürülmə məsələsi işlə təmin edilən və işə götürən arasında razılaşdırılmalıdır, lakin Dövlət işə götürən üçün bölüşdürmənin minimal həddini təyin etməlidir. Məsələn, ödənişləri bölüşdürərkən işə götürənin üzərinə düşən pay kontribusiyanın 50%-dən az olmamalıdır;
- Sığorta benefitlərinin müddəti hər bir benefisiyar üçün təsit edilməlidir (Kipr, Danimarka), yoxsa fərdi hallarda sığorta fonduna ödənişlərin həcmi və müddətindənmi asılı olacaqdır (Avstriya, Xorvatiya) – müəyyənləşdirsin;
- Gürcüstanda işlə təmin edilənlərin aşağı maaşını nəzərə alsın və sığorta fondlarında ləyaqətli benefitlərin verilməsi üçün lazımlı miqdarda məbləğlərin akumulasiyası necə baş tutmalıdır, müəyyənləşdirməlidir;
- İşsizlik benefitləri sisteminin tətbiqinə paralel olaraq fəal əmək bazarı siyasətini, aparsın. O, iş axtaranların peşə axtaranların peşə hazırlığı programlarının fəallaşması bə onun effektivliyini artırır.
Nəyi gözləyirik?
- 28 aprel 2021-ci ildə, Gürcüstanın o vaxtkı Səhiyyə Naziri Ekaterine Tikaradze, Parlamentdə Sosial Məcəllənin yaradılması haqqında danışdı və Gürcüstanda “Nailiyyətli ölkələrin təcrübələrini paylaşmaq əsasında, məcəllə qismində genişmiqyaslı qanunvericilik islahatının həyata keçirilməsini” bildirdi;
- 21 iyun 2021-ci ildə isə Məcəllənin prinsiplərinin təqdimatını keçirildi və Məcəllənin qəbul edilməsi 2023-cü il üçün planlaşdırıldı;
Məcəllənin nə kimi məqsədləri var?
- Gürcüstanın işğal altında qalan ərazilərindən Qaçqınlar, Əmək, Sağlamlıq və Sosial Müdafiə Nazirliyinin açıqlamasında oxuyuruq ki, “Sosial Məcəlləsinin islahatı sosial müdafiə sisteminin kamil və inteqrasiyalı yanaşmanın tətbiqini nəzərdə tutur. O, sosial, sağlamlıq və sığorta sektorları üçün tənzimləyici çərçivəni hazırlamağı əhatə edir.”
Məcəllə işsizliyin sığortalanması/müavinəti məsələsini tənzimləyə biləcəkmi?
Təqdimdə deyilir ki, sığorta islahatı “sığortanın yeni komponentinin müzakirəsini, icbari tibbi, sosial, işsizlik, bədbəxt hadisələr, müvəqqəti əmək qabiliyyətsizliyi sığortasını” nəzərdə tutur.
Lakin
- Gürcüstanda işsizlik benefitlər sistemi işsizliyin sığortasının hansı modelinə əsaslanır hələki məlum deyildir.