Gürcüstan əhalisi üçün aşağı maaşlar və əməyin lazımınca qarşılanmaması əhəmiyyətli bir problemdir. Bu məsələnin kəskinliyi özünü xüsusilə pandemiya dövründə və cari inflasiya şəraitində büruzə vermişdir. Buna baxmayaraq Gürcüstanda əməli bir alət mövcud deyildir. Elə bir alət ki, işlə təmin olunanlar arasında əməyin ədalətli şəkildə qarşılanması və işçi qüvvənin həssas qisminin yoxsulluqdan müdafiəsini təmin edə bilsin.
Bizim rəyimiz
-
- Dövlət ölkədə əməyin ədalətli qarşılanmasının qeydinə qalmalıdır və yavaş-yavaş Avropa İttifaqında qüvvədə olan müdafiə standartlarına yaxınlaşmalıdır. Daha konkret, Gürcüstan minimal maaşla bağlı qanunvericiliyə yenidən nəzər yetirməli və milli minimum maaşı real iqtisadi vəziyyətə uyğunlaşırmalıdır;
- Və ya, ilkin mərhələdə, ölkə üçün kritik və/ya xüsusilə aşağımaaşlı sektorlarda minimum maaş təyin edilsin;
- Artıq qüvvədə olan sektoral minimum maaşlara yenidən baxsın.
Rəqəmlərdə
- 2022-ci ilin ikinci rübünün verilmişləri ilə, ölkədə işsizliyin səviyyəsi 18%-dir, yəni 281 min nəfərdir;
- 2022-ci ilin iyulu vəziyyətilə, ölkədə inflasiyanın səviyyəsi 11.5%-dir;
- 2022-ci ilin iyul verilmişlətilə, Gürcüstanda minimum əmək haqqı 245.3 lari təşkil edir;
- 2022-ci ilin iyulunun statistik verilmişlərinə görə, ölkədə 16500-dək insanın aylıq maaşı 100 laridən aşağıdır, 26 000-dək işlə təmin edilənlərin maaşı 100-dən 200 lari arasındadır;
- Beləliklə, minimum 42500 nəfərin əmək haqqı minimumdan aşağıdır.
Minimum maaş nədir?
Bax. Məqalə „Minimum maaş işlə təmin olunanı necə müdafiə edir?“
Minimum maaş daha çox qanun gücündə olan aktla təyin edilir, lakin o kollektiv müqavilə ilə də təyin müəyyənləşdirilə bilər. Onun hazırlanmasında, bir qayda olaraq, həmkarlar ittifaqları və sosial xidmətlər fəal şəkildə iştirak edirlər.
Bir qayda olaraq, minimum maaş yalnız əsas maaşı nəzərdə tutur və əlavə bonusları, mükafatları nəzərdə tutmur.
Dünyada 173 ölkədə minimum maaşla bağlı tənzimlər müxtəlif şəkildə işləyir.
- 115 ölkədə minimum maaş hökumət tərəfindən icbari qüvvəsi olan aktlarla müəyyənləşdirilmişdir;
- 17 ölkədə - Parlament tərəfindən qəbul edilən qanunla;
- 15 ölkədə isə - kollektiv müqavilələrlə;
- 83 ölkədə yalnız bir universal minimum maaş qüvvədədir, yerdə qalan 90 ölkədə - minimum iki minimal maaş. Onlar bölgəyə, ixtisasa, təcrübəyə və ya bu amillərin vahidliyinə görə dəyişir.
Minimum maaş nə kimi məqsədə xidmət edir?
Minimum maaş, bir qayda olaraq, geniş, sistemli sosial siyasətin bir hissəsidir və ölkədə qüvvədə olan sosial müdafiənin başqa vasitələrinə söykənir.
Onun ən ilkin təyinatı bundan ibarətdir:
- Ən aşağımaaşlı işçilərin iqtisadi vəziyyətini yaxşılaşdırılmasından və yoxsulluğun aradan qaldırılmasında;
- İqtisadi bərabrəsizliyin azaldılması, işlə təmin olunan və işə götürən arasında mövcud olan güc natarazlılığından, işlə təminin gücləndirilməsindən.
Minimum maaş ola bilsin ki, müavinət alan insanlara iş axtarmaq üçün əlavə motivasiya versin, artıq işləyənlərin isə məhsuldarlığı artsın.
Minimum maaş necə hesablanır?
Beynəlxalq Əmək Təşkilatı tərəfindən 1970-ci ildə qəbul edilən „Minimal maaşın müəyyənləşdirilməsi haqqında konvensiyasına“ (N131) görə, minimal maaşı müəyyənləşdirdikdə bu kimi amillər nəzərə alınmalıdır:
- İşçilər və onların ailələrin ehtiyacları ölkədə maaşın ümumi səviyyəsinin, həyat dəyərlərinin, sosial müdafiə güzəştlərinin və başqa sosial qrupların nisbi həyat səviyyəsini nəzərə almaq;
- İqtisadi amillər, o cümlədən, iqtisadi inkişaf tələbləri, məhsuldarlıq səviyyəsi və işlə təminin yüksək səviyyəsinə nail olmaq və onu qroumaq istəyini nəzərə almaq.
Avropa Parlamenti tərəfindən 14 sentyabr 2022-ci ilində qəbul edilən Qanunvericiliyə görə, üzv ölkələr işlə təmin olunanın ləyaqətli yaşamasını təmin edən minimum maaşları təyin etməlidirlər. Buna nail olmaq üçün üzv ölkələr istehlakçı səbətinin dəyərini real qiymətlərə söykənərək müəyyənləşdirsinlər. Onu ölkədəki orta maaşın 50% və/ya median maaşın 60%-i ilə eyniləşdirilsin.
Nəyi bilməliyik?
Həddindən aşağı minimal maaş aşağıgəlirli işçinin iqtisadi vəziyyətini lazımınca yaxşılaşdırmır.
Həddin artıq yüksək minimum maaş inflasiyaya, bazarda işçi qüvvə qıtlığına, kölgə iqtisadiyyatın artmasına, kiçik və orya sahibkarların kasıblaşmasına səbəb ola bilər.
„İdeal“ minimum maaşın müəyyənləşdirilməsi üçün „Düstur“ yoxdur, lakin məsləhət görülür ki, onu müəyyənlşdirdikdə orta maaş, minimum əmək haqqı, yoxsulluq həddi və s. kimi statistik verilmişlərdən istifadə edilsin.
Yaxşı olardı ki, minimum maaşa vaxtaşırı baxmaq lazımdır ki, o, ölkənin iqtisadi vəziyyətinə tamamilə uyğunlaşdırıla bilsin.
Gürcüstanda minimum maaş tarixi
- 1999-cu ildə Gürcüstan Prezidentinin sərəncamı ilə minimum maaş kimi ayda 20 lari müəyyənləşdirildi. Həmin sərəncamın heç bir praktiki təyinatı olmadığına baxmayaraq, rəsmi olaraq o yenə də qüvvədədir, çünki indiyədək qüvvədən düşdüyü elan edilməmişdir;
- 2016-cı ildə Təhsil nazirinin 2015-ci ilin əmrinə daxil olan dəyişikliyə görə ictimai məktəblərdə işləyən müəllimlərin minimum əmək haqqı ayda 384 lari və 75 tetri oldu;
- 1 avqust 2022-ci ildən Dövlət klinikalarında minimum maaş təyin edildi. Həkimin minimum saat əmək haqqı ayda 9 lari (ayda - 1620 lari) müəyyənləşdirildi, tibb bacısının minimum saatbaşı haqqı isə - 5.75 laridir (ayda - 1035 lari).
Hazırda Gürcüstanda iki tip minimum sektoral maaş qüvvədədir. Onlar məktəb müəllimləri və tibb personalına aiddir.
Tibbi personalın ədalətli qarşılanması üçün atılan son addım təqdirəlayiqdir, lakin bunun özəl klinikalara və xüsusilə ölkədəki digər sektorlara da (məs. restoran xidmət sahəsinə) və ağır sənayelərə şamil edilməsi gərəkdir (Məs. Çiaturadakı və Tkibulidəki dağ-mədən şaxtaları).
O ki qaldı milli minimum maaşın gətirilməsinə, bununla bağlı cəhdlər 2020-ci ildə də vardı. Lakin, Gürcüstan Parlamenti həmin Qanunvericilik təşəbbüsünü qəbul etmədi. Minimum əmək haqqı 500 lari olmalı idi.
Gələcək perspektiv
Gürcüstan milli minimal maaşın qəbul edilməsi ətrafında diskussiya bir çox il ərzində baş verirdi. 2022-ci ildə Avropa Şurasının İnsan hüquqları haqqında Komissarı Gürcüstan haqqında hazırlıqda hesabatda qeyd etdiyi kimi, ölkədə əmək hüquqlarının müdafiə etmək üçün ölkənin Beynəlxalq Əmək Təşkilatının „Minimum maaşın müəyyənləşdirilməsi haqqında Konvensiyanın” (N131) ratifikasiyası və beynəlxalq standartları ilə müvafiq minimal maaşı təyin etmək vacibdir.
Minimum maaşın qəbul edilməsinin əleyhdarlarının düşüncəsi ilə, bu cür tənzimləmə ən aşağı maaş alan işçilərin bir hissəsini işsiz qoyacaq və beləliklə işsizlik dərəcəsini artmasına səbəb olacaqdı.
Lakin araşdırmalar, o cümlədən, Nobel mükafatı laureatı Devid Kard və Alan Kruqerin tədqiqatı, təsdiq edir ki, minimum maaşın artması həmişə iş yerlərinin azalmasına səbəb olmur. Həddindən artıq minimal maaşın qəbul olması kölgə iqtisadiyyatını təşviq edə bilər, kiçik və orta biznesin gəlirini azalda bilər, lakin Gürcüstanın iqtisadi göstəricilərini nəzərə alaraq müəyyənləşdirilmiş minimal maaş, hansı ki minimum əmək haqqı və orta maaşın göstəriciləri ilə müəyyənləşdiriləcəkdir, əmək bazarına əhəmiyyətli təsir göstərməyəcək və eyni zamanda ən həssas işçilərə yaşayış səviyyələrini yaxşılaşdırmaqda yardım edəcəkdir.
Məqalə Fridrix Ebert Fondunun dəstəyilə hazırlanmışdı. Söylənilən fikirlər Fridrix Ebert Fondunun düşüncələrilə üst-üstə düşməyə bilər.