“Komentar” Gürcüstanda və dünyada baş verən proseslər haqqında geniş ictimaiyyətə tənqidi baxış təqdim edən peşəkarları özündə birləşdirən bir platformadır.
Yerli səviyyədə qərarların alınma prosesində etnik azlıqların iştirakını ləngidən nədir?
February 6, 2024

Vətəndaşların iştirakına əsaslanmış demokratiya fəaliyyəti üçün ən azı iki element gərəkdir: (1) iştirak alətləri; (2) həmin alətlərə əlçatımlılıq. Birinci məsələ haqqında əvvəlki məqalədə danışdıq. İndi isə etnik azlıqlarla məskunlaşmış bir neçə bələdiyyənin (Axalkalaki, Ninotsminda, Marneuli, Qardabani) misalında iştirak etməyin əlçatımlılığı haqqında danışacağıq.

Bu mövzu məni niyə maraqlandırmalıdır?

Demokratiyanın keyfiyyəti etnik azlıqların inteqrasiya səviyyəsindən əhəmiyyətli dərəcədə asılıdır. Beləki, siyasi planlaşdırma və onu həyata keçirmə vaxtında istənilə hakimiyyət ölkənin etnik və dil müxtəlifliyini nəzərə almalıdır. İctimaiyyətin hər bir üzvünün marağına və ehtiyaclarına uyğunlaşan  qərarlar verməlidirlər.

Rəyimiz

Yerli səviyyədə qərarın  alınma prosesində iştirak etmək Gürcüstanda yaşayan etnik azlıqları üçün çətinləşmişdir.  Bu sistemli problemlərin nəticəsidir. Onu bir çox amillə birlikdə münasib olmayan siyasi iradə, kommunikasiya infrastrukturu, iqtisadi qıtlıq, informasiya qıtlığı, dil maneəsi və s. müşaiyət edir. Bu problemləri Dövlətin sistemli fəaliyyəti və hər bir maneçilik amilini aradan qaldırmaq lazımdır. Aşağıda onlardan ikisinin, məlumat və fiziki əlçatımlılığın əhəmiyyəti haqqında danışacağıq.

Məlumatlandırmaq

Məlumatlandırmaq ümumi cəlbolunmaya yönəlmiş demokratiyanın əsas elementidir. Bu öhdəlik özünüidarəetmə orqanları üçün Gürcüstan Qanunvericiliyi ilə də müəyyənləşdirilmişdir -  Dövlət vətəndaşlara qəraralma prosesində iştirak etmə mexanizmləri haqqında məlumat verməlidir. Lakin,  “Komentarın” yerli əhali ilə görüşdüyü hər bir bələdiyyədə vətəndaşların bu məsələlərlə bağlı məlumatın əldə etmə problemi vardır. Yerli orqanlar cəlbolunmanın  şəkilləri haqqında məlumata öz veb-səhifələrində belə çox yer vermirlər.  Detallı verilmişlərin hər bir mexanizmi və ondan istifadə etmək haqqında məlumatı dörd bələdiyyədən heç birində yerləşdirilməmişdir.  Məlumat Axalkalaki və Ninotsmindada yalnız gürcü dilindədir. Bu isə gürcü dilini bilməyən vətəndaşlar üçün əlavə maneədir.

 Fiziki əlçatımlılıq

Əhali ilə görüşlər bizi əmin etdi ki, yuxarıda qeyd edilən özünüidarəetmələrdə şəhərlə fiziki əlaqənin problemli olmasıdır – yollar korlanmış; kənd və bələdiyyə mərkəzi arasında əlaqələndirici ictimai nəqliyyatın olmaması. Əhalinin böyük hissəsinin şəxsi avtomobili yoxdur, taksi ilə yollanmaq isə bahadır. Bu kənddə yaşayan əhalinin özünüidarəetmə orqanları və qərarların alınma prosesinə cəlb olunmasını çətinləşdirir.


Məqalə “Etnik azlıqlarla məskunlaşmış bölgələrdə informasiya və təhlilin əlçatımlığı yolu ilə ictimaidayanıqlığın artırılması” layihəsi çərçivəsində Müharibə və Sülhü İşıqlandırma İnstitutu (IWPR) tərəfindən verilmiş fondlarla, Birləşmiş Krallıq Hökumətinin maliyyə dəstəyilə tərcümə edilmişdir. qalədə verilmiş düşüncələr, əsas faktlar və nəticələr yalnız müəlliflərə məxsusdur və onlar IWPR və Birləşmiş Krallıq Hökumətinin baxışlarını əks etdirmir.

Məqalə hazırlanmışdır
თამარ გვასალია
Tamar Qvasaliya
Hüquqşünas
ვახუშტი მენაბდე
Vaxuşti Menabde
Şərikli təsisçi, Demokratiya istiqaməti redaktoru