Gürcüstanda əməkçilərin öz haqlarını müdafiə etmək və ədalətsiz əmək şərtlərini dəyişmək üçün mübarizə etmələri daha çətindir, nəinki iqtisadi cəhətdən güclü ölkələrdə. Bunun bir çox səbəbi var.
Bu mövzu ilə niyə maraqlanmalıyam?
„Komentar“ tərəfindən aparılan kəmiyyət araşdırmasına görə, respondentlərin üçdə biri (28%) iş yerində özünü müdafiəsiz hiss edir, az qalsın yarısı isə (48%) özünü qismən müdafiə edilmiş hiss edir. Respondentlərin 44% hətta hazırkı iş yerində əmək haqlarının pozulma faktlarının olduğunu deyir. Həmin adamlardan 38%-i həmin pozuntuların iş yerindən ədalətsiz şəkildə azad edilməklə bağlı olduğunu vurğulayır. Respondentlərin böyük hissəsi, iş yerində mövcud olan çağırışların öhdəsindən iş yerini dəyişməklə (21%), başqa iş yeri əlavə etməklə (32%) gəldiyini və yaxud, həmin problemlərin ümumiyyətlə öhdəsindən gələ bilmədiyini deyir (18%).
Beləliklə, əməkçilərin çağırışlarını nəyin şərtləndirdiyini bilmək əhəmiyyətlidir.
Rəyimiz
Ölkədə mövcud olan ağır iqtisadi vəziyyət, əmək bazarında mövcud olan çağırışlar və struktur xarakterli bərabərsizliklərlə yanaşı ədalətsiz əmək şərtlərinə qarşı çıxmaqda əməkçilərə mane olur.
Nəyi bilməliyik?
Gürcüstanda işsiz qalmaq, az müddətdə olsa da belə, bir çox çağırışlarla bağlıdır. Bu, demək olar ki, bir çox vətəndaş üçün tamamilə gəlirsiz qalmaq deməkdir.
- Ölkədə işsizlik sığortası/müavinəti kimi sosial müdafiə alətləri mövcud deyil;
- İctimaiyyətin böyük hissəsinin qənaəti yoxdur;
- 261 700 nəfər işsizdir;
- Daxilitəsərrüfatların borcu ilbəil artır və hədsiz borclanma təhlükəsi var, kreditin faiz uçotu da olduqca yüksəkdir;
- Əhalinin 16% mütləq yoxsullu həddiqndən aşağı yaşayır.
- Əhalinin 13% -i yaşayış müavinəti alır, bu cür müavinətin miqdarı isə (qeyri-düzgün metodologiya ilə hesablanmış) yaşayış minimumundan az qalsın 5 dəfə azdır.
Beləliklə, əməkçilər üçün əsas problemli məsələlərdən biri, iş yerini daima itirmək qorxusu adlanır. Diqqətə almaq lazımdır ki, bunun fonunda sahə üzrə ekspertlər və həmkarlar ittifaqının üzvləri son illərdə əmək mübahisələrinin icraatı statistikasının onların praktikasında da artığını deyirlər. Bir çox hallarda işə götürənlər işçilərin işdən azad edilmələrini təşkilatdakı yenidənqurma ilə izah edirlər (reorqanizasiya), ayrı-seçkilik halları da az deyil.
Daha detallı,
Burdaca demək lazımdır ki, son müddətdə məhkəmə mübahisələri bir çox hallarda əməkçilərin nəfinə başa çatır. Lakin, bir qayda olaraq, həmin mübahisələr kifayət qədər uzunmüddətli məhkəmə prosesilə bağlıdır və əməkçilər üçün rüsum ödəmək də müəyyən maneə təşkil edir. Ayrıca hallarda, uduzulmuş iş, ola bilsin ki, ləngidici, prenevsiya rıçaqı olmasın. Doğrudur, bir qayda olaraq, işə götürənlər işləyənə təzminat ödəməli olur, lakin bu maliyyə itkisi işə götürəni yenə də cilovlaya bilmir. Onlar, mübahisəni uduzacaqlarını əvvəlcədən bilsələr də işçini yenə də işdən azad edirlər.
Qarşıdakı məqalə Amerika xalqı tərəfindən Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Milli-Demokratik İnstitutuna (NDI) maliyyə dəstəyi ilə hazırlanmışdır. Qeyd olunan məqalənin məzmunu üzrə məsuliyyət müəllifin üzərinə düşür və onda söylənilən fikirlər Milli-Demokratik İnstitutu və Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAID) və Amerika Birləşmiş Ştatları Hökumətinin baxışlarını əks etdirməyə bilər.