Liberal demokratiya nümayəndəlik prinsipi vasitəsilə işləyir. Nəzəri olaraq bu konsepsiyanın başında xalq və onun maraqları dayanır. Lakin, son dövrdə bu modelin böhranı haqqında get-gedə daha çox yazılmağa başlayır. Müəlliflər nümayəndəli demokratiyanın öz məqsədlərini doğrultmadığı, vətəndaşları təmsil etməkdə, habelə onların maraqlarını qorumaqda uğursuz olduğu qənaətindədirlər. Həmin modelin böhranının qlobal tendensiyası Gürcüstan Parlamenti timsalında da özünü yaxşı göstərir. Əvvəlki məqalələrdə biz Parlamentin sosial məsələlərilə bağlı rolu haqqında müzakirə apardıq. Hazırda isə Parlamentin təbii fəlakətdə cəmiyyətin təhlükəsizliyini qorumaq üçün nə edə bildiyini və nə etdiyini mazakirə edəcəyik.
Bu mövzu məni niyə maraqlandırmalıdır?
Son dövrlərdə Gürcütstanda bir neçə təbii fəlakət baş verdi. Raça və Quriyadakı torpaq sürüşmələri vətəndaşlar arasında tələfatla nəticələndi. İctimaiyyətdə məsul idarələrin verdiyi reaksiyaların nə qədər effektli olması ilə bağlı suallar yarandı.
Şərhimiz
Şovi və Quriya təbii fəlakətləri ilə münasibətdə Parlament öz əlində olan mexanizmlərdən yalnız qismən istifadə etmişdir. O, zərərçəkən şəxslərin, qurbanların və qurban ailələrinin narahtçılığına lazımınca cavab verə bilməmişdir. Belə bir praktika məsul idarələrin etibarlılığını sual altına aparır və təbii fəlakətlərin qarşısını alma mexanizmlərinin yaxşılaşdırılmasına təhlükə yaradır.
Parlament nəyi edə bilərdi?
Şovi faciəsilə bağlı Parlament interpellasiya qaydası üzrə Daxili İşlər Nazirini dinlədi. Bir neçə deputat müxtəlif idarəyə fərdi sualla müraciət də etdi. Lakin Parlament özünün əlində olan ən əhəmiyyətli mexanizmindən – müvəqqəti kommissiyadan istifadə etməmişdir. Müvəqqəti komissiya hadisələri sistemli şəkildə qiymətləndirəcək və müxtəlif səvviyədə onların həlli yollarını təklif edəcəkdi. Müxalifət də fərqli strategiya seçərək „Müvəqqəti istintaq komissiyasının“ yaradılmasını tələb etdi. Lakin, azlıq, ekspertlərlə məsləhətləşmənin zəruriliyi motivi ilə həmin layihəni geri çağırdı. Qeyd etmək lazımdır ki, “Müvəqqəti istintaq komissiyası” “Müvəqqəti komissiyadan” fərqli olaraq məsələni dar şəkildə müzakirə edir və daha çox konkret vəzifə yiyəsinin məsuliyyətini üzərə çıxarmağı nəzərdə tutur, nəinki məsələnin kompleksli şəkildə öyrənilməsini.
Şovi faciəsindən qısa müddət sonra təbii fəlakət Quriyada da təkrarlandı. Bu fakta Parlament ümumiyyətlə reaksiya verməyib. Hər şey faciədən əvvəl olduğu kimi qalır. Xalqın nümaynədələri ölkənin zərərdən tamamilə yayınması və ya azaltması üçün əlində olan mexanimzlərdən istifadə etmirlər.
Məqalə Heynrix Böll Fondunun Tbilisi Ofisinin dəstəklədiyi “Gürcüstanda inklüziv və konsensusaəsaslanmış siyasi mühitin dəstəyi” layihəsi çərçivəsinə hazırlanmışdır. Məqalədə söylənilən fikirlər “Komentara” aiddir və ola bilsin ki, Heynrix Böll Fondunun Tbilisi Ofisinin baxışlarını əks etdirməsin.