İkiqütblü siyasi məkanda seçicinin səfərbərliyinin ən effektli mexanizmi emosional qütbləşmədir. Bu vaxt partiyalar ictimaiyyət qarşısında duran problemləri həll etmək üçün əhatəli strategiyalar üzərində işləmir, siyasəti təşviqat əvəz edir, partiyalar isə dəstək əldə etməyi oponentlərinə hücum çəkməklə cəhd edirlər.
Rəyimiz
Fevralda hakimiyyət Parlamentdə xarici təsir haqqında qanunlayihələrini qeydiyyatdan keçirdi. Qanunlayihələri qeyri-kommersial hüquqi şəxslərdən xüsusi reyestrdə “Xarici təsir/qüvvə agentləri” kimi qeyd olunmalarını tələb edirdi. Hakim qüvvə tərəfindən bu qanunlayihələri barədə qanunvericilik orqanında müzakirəni başlatmağın bir neçə məqsədi vardı və onlardan biri qütbləşməni dərinləşdirmək idi. İctimaiyyətin etirazından sonra hakim qüvvə formal olaraq geri çəkildi və təşəbbüsünün qanuna çevrilməsindən imtina etdi. Lakin, özünə qarşı loyal olmayan şəxslər və qruplara qarşı Gürcü arzusu hücum etməkdən vaz keçmir və yuxarıda qeyd olan termindən bir təhqir kimi istifadə edir.
Bu mövzunu niyə müzakirə edirik?
Qütbləşmə mövzusunu platformamızda ikici dəfə müzakirə edirik. Bunun səbəbi onun ölkəmizə vurduğu zərərdir:
İlk növbədə, demək gərəkdir ki, Gürcü arzusunun nail olmaq istədiyi qütbləşmə hakimiyyətin apardığı təşviqatdan qidalanır, onun hədəflərinə xidmət edir və yeganə məqsədi var – ictimaiyyət arasında ixtilaf salmaq.
İkinci növbədə, qütbləşmə Avropaya inteqrasiyada bizə mane olur. Onu azaltmağı Avropa Komissiyası Gürcüstan hökuməti qarşısında namizədlik statusunu almaq uğrunda tələblərdən biri kimi qaldırdı.
Gürcü arzusu qütbləşmədən necə faydalanır?
Gürcü siyasi məkanı yüksək qütbləşmə göstəricisi ilə səciyyələnir. Burda iki cəhət fərqlənməlidir. Birincisi – bu qarşıdurma məzmuna, ideoloji baxışa və konsepsiyaya əsaslanmır. Onun dayağı şəxsi qəbullanmamaq və emosiyalardır. Bunu başqa cür affektiv qütbləşmə də adlandırırlar. İkinci mühüm səciyyə isə onun elitarlığıdır. Bu sonuncu isə o deməkdir ki, bu tip münaqişə ictimai qruplar arasında müşahidə edilmir və o, yalnız siyasi partiyalar və onların liderləri arasında mövcuddur. Başqa sözlərlə desək, Gürcüstanda kütləvi qütbləşmə yoxdur, lakin, göründüyü kimi, hakimiyyət onu süni şəkildə yaratmağa qərar verib. Böyük ehtimalla o elektoral amallara nail olmaqda, seçki məntəqələrinə kifayət sayda seçicini aparmaqda elitar qütbləşmənin kifayət etmədiyini anlamışdır.
Gəlin, hələ qütbləşmənin partiyalara necə kömək etdiyi haqqında danışaq. Qarşıduran tərəflər bir-birilərini “düşmən” kimi, öz tərəfdaralarını isə “məqbul” şəxslər kimi işarələyirlər. Onlar „düşmənlərini“ daima həyati təhlükə kimi təqdim edirlər və çalışırlar ki, seçiciyə hər bir seçkini “olum/ölüm” məsələsi kimi göstərsinlər. O, buna təşviqat üçün məkan verir və bunun sayəsində vətəndaşlara təsir bağışlayır, nəticədə seçiciləri öz tərəflərinə çəkməyə çalışırlar. Bu kimi diskussiyada isə məsələnin ciddi müzakirəsinə yer vermək qeyri-mümkündür.
Bu cür strategiyanın bir xüsusiyyəti var: qütbləşmə daima qida tələb edir, o öz iştirakçılarını get-gedə daha dərinlərə çəkir – başqa cür elektoratı böyütmək qeyri-mümkündür. Siyasi partiyalara yeni dəstəkçi qrupların diqqətini cəlb etmək lazım olur. Göründüyü kimi, hakim partiya da eyni problemlə üzləşdi və çıxış yolu kimi o qütbləşməni dərinləşdirməkdə gördü. 2024-cü ilin Parlament seçkilərindən qabaq ölkənin varlığına təhlükə yaradan yeni “düşmən” uydurmaq lazım oldu.
“Qalanı içindən dağıdan” “Beşinci kollon”-dan “böyük təhlükə” nə ola bilər ki?! Beləki, Gürcü arzusu başqa ölkələr tərəfindən maliyyələşdirilmiş və onların maraqlarını həyata keçirən böyük birləşmənin mövcud olduğunu bildirdi. Onların təbirincə həmin “birləşmə” öz vətəndaş vəzifəsini deyil, xarici qüvvələrdən aldıqları öhdəlikləri yerinə yetirir. Hakimiyyət bütün ictimai qrupu “Xarici ölkə agenti” kimi adlandırmağa və bunu Qanunvericilik səviyyəsində möhkəmlətməyə qərar verdi. O, özünün mənfi təşviqatını əsaslandıracaq şəxsləri rəsmi şəkildə və adları ilə göstərmək istəyirdi.
Xoşbəxtlikdən, ictimaiyyət hakim komandaya qanunu qəbul etmək imkanı vermədi, lakin bu yenə də hakimiyyətin həmin niyyətdən əl çəkdiyi, ona başqa metodlarla nail olaq cəhdindən vaz keçdiyi demək deyildir. Qanunlayihələrini geri çağırmaq təslim aktı deyildi, strateji çəkilmə idi. Gürcü arzusu müqaviməti gördükdən sonra situasiyanı kəskinləşdirmədi. Üstəlik, qanundan əlavə əlində min mexanizmi var. Bunun biz də şahidi oluruq ki, qanunlayihəsindən imtina etmələrinə baxmayaraq hakimiyyət nümayəndələri onları tənqid edənlərə qarşı “agent” kəlməsindən tez-tez istifadə edirlər. Küçələrdə bu kəlmənin altında nəzərdə tutulan insanların plakatları yapışdırılmağa başladı. Təşviqat məngənəsi bu istiqamətdə yenə də işləyir. Qanunlayihəsi aradan qaldırılsa da vurulan damğalar – qaldırılmamışdır.
Hakimiyyətin qayəsi, ictimaiyyətinin bir hissəsini düşmən kimi işarələmək və yerdə qalan hissəsinə xoşbəxtliklərinə həmin qrupun mane olduğunu demək, özünü həmin problemin öhdəsindən gələ biləcək yeganə güc kimi göstərmək və bununla seçicini özünə cəlb etməkdir. Lakin bu təşviqatın nəticələrin yalnız bir hissəsidir, ikincisi ictimaiyyətin üzvləri arasında etibarsızlığı əkmək və münaqişə alovlandırmaqdır. Qütbləşməni dərinləşdirməklə vətəndaş qarşıdurması təhlükəsi artır və hakimiyyətimiz məhz bu təhlükə ilə oynayır.
Məqalə Heynrix Böll Fondunun Tbilisi Ofisinin dəstəklədiyi “Gürcüstanda inklüziv və konsensusaəsaslanmış siyasi mühitin dəstəyi” layihəsi çərçivəsinə hazırlanmışdır. Məqalədə söylənilən fikirlər “Komentara” aiddir və ola bilsin ki, Heynrix Böll Fondunun Tbilisi Ofisinin baxışlarını əks etdirməsin.