“Komentar” Gürcüstanda və dünyada baş verən proseslər haqqında geniş ictimaiyyətə tənqidi baxış təqdim edən peşəkarları özündə birləşdirən bir platformadır.
McJustice: yəni ədalət mühakiməsinin Makdonaldslaşdırılması

Giriş

Salam. Mən Sopo Verdzeuliyəm və siz Komentarın podkastını dinləyirsiniz. Bu gün, ikinci epizodumuzda, hüquqdan, ədalətdən və ədalət mühakiməsindən danışacağıq.

Son illərdə aparılan tədqiqatların da təsdiq etdiyi kimi, ədalət mühakiməsi sistemləri əhalinin maraqlarına və ehtiyaclarına cavab verə bilmir. İnsanlar və ədalət mühakiməsi sistemlərinin yadlaşmasının keyfiyyətinə işarə edən, ictimaiyyət üçün geniş şəkildə əlçatan bir çox məlumat mövcuddur:

Ədalət mühakiməsi tərəfindən qlobal olaraq, problemlərin yalnız 10%-dən azı həll edildiyi hamılıqla məlumdur.  Dünya əhalisinin təxminən 2/3-ünün isə həmin sistemə ümumiyyətlə əli çatmır.  Yəni təxminən 5 milyard insan hüquq sistemlərindən, hüquqlardan və imkanlardan faydalana bilmir.

Bu başdanca, bu statistikanın yalnız hüquqi elitaların maraqlarına toxunmadığını deməliyik. Onun olduqca əhəmiyyətli sosial və iqtisadi hədləri var, çünki ədalət mühakiməsindən faydalanmaq problemi yoxsulluq, zorakılıq və bərabərsizliklə birbaşa bağlıdır. Həllini tapmayan hüquqi ehtiyacların ictimai qruplar, sağlamlıqlar üzərində mənfi təsir bağışladığı da etiraf edilmişdir. Bu isə bərabərsizliyi, zorakılıq münaqişələri riskini daha da dərinləşdirə bilər.

Bu gün tədqiqatçılar, siyasətçilər və fəalların böyük bir hissəsi məhkəmə islahatının meynstrimli doktrinasının süquta uğraması ilə razılaşır. Ədalət mühakiməsindən kamil surətdə istifadə etmək təşviş doğuracaq qədər azdır. Bu problemin sosial həddi isə  qlobal pandemiya, hərbi münaqişələr, iqtisadi bərabərsizlik fonunda daha da artmaqdadır.

Bu verilmişə səbəb olan nədir?  Daha doğrusu ədalət mühakiməsinin problemləri qlobal olaraq və Gürcüstanda nədən ibarətdir? Bu kimi çağırışlara nə kimi cavab verməliyik? Bu günkü podkastımızda bu sualları cavablandırmağa cəhd edəcəyik.

Ona qədərsə qida sənayesilə başlayaq.  Makdonalds və Ədalət mühakiməsi arasında nə kimi bağların olduğunu müzakirə edək.

Makdonaldslaşdırılma nəzəriyyəsi

Proseslərin avtomatlaşdırılması, sürət, sərfəlilik çoxdandır ki, xidmət sahəsini, o cümlədən, qida sənayesini aşmış və siyasətdə də geniş yayılmışdır.  Bu məntiq dövlətin idarəsi və təsisatların fəaliyyəti sahəsinə də soxuldu.  Onun sayəsindədir ki,  bir siyasi subyekt kimi vətəndaşı, istehlakçı  yəni dövlət xidmətini qəbul edən əvəz etmişdir.

Menecerializm tendensiyaları, kəmiyyət göstəricilərinin dominasiyası, kommersial sahəsi məntiqi, sərfəlilik ölçüləri,  qənaətcil sərfiyyat ölçüləri bir-birilə sıx əlaqələndirildi və bu gün  üçün bir siyasi təsisatların fəaliyyət prinsipi kimi qarşımıza  çıxdı.

Fəst fud üçün səciyyəvi olan qiymət, vaxt və keyfiyyət nisbəti siyasətin bərabərlik, cəlbolunma, demokratik deliberasiya, hesabatlılıq kimi ənənəvi ölçülərini əvəz etməyə çalışır.

Təbiidir ki,  bu məntiqdən özünü ədalət mühakiməsi də qoruya bilmədi və ümumiyyətlə, hüquq sistemləri idarəçiliyin bu prinsipləri təsiri altına düşdü.

2000-ci illərdə, amerikalı hakim məhkəmə sistemlərində bu tendensiyaları ən əla şəkildə təsvir edən termindən ilk dəfə istifadə etdi – McJustice. Yəni məhkəmənin makdonaldslaşdırılması amerikalı sosioloq, Corc Ritserin “Cəmiyyətin makdonaldslaşdırılması” nəzəriyyəsindən irəli gəldi.

Ədalət mühakiməsindəki Makdonaldslaşdırılma prosesinin təzahürü  konveyer məhkəməsi habelə fırlanan qapı ədalət mühakiməsidir.  Yəni  insanların daima fırlandıqları hüquq və məhkəmə sistemləri. Bunun səbəbi isə odur ki,  onların davranışlarını şərtləndirən amillər və sistemli səbəblər həll edilməz olaraq qalır. Məhkəmələr mübahisələri bir dəfəlik dayandırsalar da insanların əsaslı problemlərini həll edə bilmirlər.   

 Bu növ ədalət mühakiməsinin fəstfudla nə kimi oxşarlığı ola bilər? Onların menecmentləri  hansı ortaq prinsiplərə əsaslanır?

Bu suala cavab vermək üçün yenə amerikalı hakimin düşüncələrinə müraciət edək. O deyir: Biz bəlkə də yaxşı işləmirik, lakin biz olduqca sürətlə işləyirik“.  Başqa bir hakimin qiymətləndirilməsi ilə isə: hakimlik tərəvəz müəssisəsində işləməyə bənzəyir. Fərq odur ki, dənəlilər bərniləri əvəzinə, bizə  işlər gəlib çatır. Hakimin  bu cür izahı konveyer ədalət mühakiməsinin mahiyyətini gözəl təsvir edir.

Sürət, kəmiyyət göstəricilərinin dominasiyası,  konveyer iş prinsipi – fəstfud obyektlərini və Makdonaldsın fəaliyyət prinsipi üzərinə bina edilmiş ədalət mühakiməsini birləşdirən səciyyələrdir.

Fəstfud sənayesində olduğu kimi, burda da sürət başlıca ölçüdür. O, ictimai mənfəətə bərabərdir və ədalət mühakiməsinin məqsədi və qayəsi də bundan ibarətdir. Səciyyələrdən biri də proqnozlaşdırılmadır. Makdonaldslaşdırılmış cəmiyyətdə yaradıcılığa yer yoxdur. Hər şey avtomatlaşdırılmış və beləliklə, əvvəlcədən müşahidə edilə biləndir.  Bu sistemə nəzarət və  qiymətləndirməkdə kömək edir, hansı ki, bir qayda olaraq, kəmiyyət göstərcilərinə söykənir.

 Bu sistem özünü nədə ifadə edir və makdonaldslaşdırılma tendensiyalarını necə tanımalıyıq?

Təbiidir ki,  bu yanaşma ədalət mühakiməsinin fəaliyyəti prinsiplərini təməlindən dəyişir. O, özünü hüquq sistemində tamamilə əks etdirir, həmin sistemin prinsiplərini, qayələrini və mexanizmlərini dəyişir. Məsələn, hesab edilir ki, prosesual razılaşma ədalət mühakiməsində makdonaldslaşdırılma nəzəriyyəsinin təzahürlərindən biridir. Bu mexanizmlərin yayılmasını qiymət və keyfiyyətin qarşılıqlı münasibəti, sürətli olanın effektli və beləliklə, yaxşı olması təsəvvürü möhkəmlədir.

Bu yanaşma məsələn hakim üçün onun diskresiyasını məhdudlaşdırılmasında və cəzanın kəsilməsi prosesinin standartizasiyasında,  hakimlər üçün Qaydlayınların təyin edilməsində və başqa məhdudiyyətlərdə özünü ifadə edə bilər. Dediyimiz kimi, Makdonaldslaşdırılma şəraitində, yaradıcılığa və interpretasiyaya yer yoxdur. Bu sistem bütün halları standart əməliyyatlara qədər endirir və onlara əvvəlcədən mövcud olan düsturlarla cavab verməlidir.

Bir baxışla nə sürət, nə də əvvəlcədən sezməkdə pis bir şey yoxdur. Üstəlik  bu vaxtlı və keyfiyyətli ədalət mühakiməsi ideyasına xidmət edirsə. Lakin, bunun belə olmadığı barədə sistemin tənqidçiləri cəsarətli şəkildə danışırlar.

2020-ci ildə dərc edilmiş Cinayət hüququnun ədalət mühakiməsi metamorfozu-nun müəllifi Jaklin Hadcson iki fərqli hüquq sistemində, İngiltərədə, Uelssdə və Fransada həyata keçirilən dəyişikliklərin dinamikasını təhlil edir. Müəllifin fikrincə, hər iki sistemdə ittihamın yoxlanmasının sərt sistemi, ədalətli məhkəmənin müzakirəsi hüququ isə arxa plana keçir. Niyə belə olur? Bu siyasəti yaradanlar nəyin nəfinə bunu seçir?

Müəllifin düşüncəsilə, bunun səbəbi qənaətçilikdir. Daha konkret desək: Makdonaldslaşdırılmış ədalət mühakiməsində proseslər asandlaşdırılırdığı üçün bu ucuzlaşır, çünki kamil ədalət mühakiməsi bahaya başa gəlir.

Təbiidir ki, çoxtərəfli nəticələrə səbəb olan bu fundamental dəyişiklik insanların həyatında izsiz ötüşmür. O həmişə nəyinsə xərcinə və ya nəyinsə bahasına baş verir.  Bu halda bu ədalətin özüdür.  Biz konveyer ədalət mühakiməsinə gəlib çıxırıq. O, məhz elə ədaləti qurban vermək bahasına, fərdi hallara vaxt sərf etmədən, hər bir təsadüfün  xüsusiyyətinə və komplekslivliyinə göz yumur.

 Tornike ilə mübahisə

Ədaləti necə başa düşməli və ədalətə nail olmaqda hüquqşünaslığın real təyinatı nədən ibarətdir?

Bu mövzunu, onu şərh etmək üçün, Tornike Qerliani işləyirdi. Tornikeyə ilk sualım məhz ədalətin mahiyyətilə bağlı olacaqdır.

 Sualım: Ədalət nədir və ədalətə qarşı dominant nəzər necədir?

Tornikenin cavabı:Ədaləti izah etmək çətindir, o obyektiv, kamil bir anlayışa yatmır. Hesab etməliyik ki, hüquqi problemin həllində, bir qayda olaraq, ictimai, kollektiv təcrübə həlledici rola malikdir Hüquq cəmiyyət tərəfindən bu cür qavranılmadıqda ədalətli ola bilməz. Onilliklərdir ki, ədalət haqqında danışarkən dominant paradiqma prosesual hüquqa əsaslanır. Bu isə substansional ədalət haqqında bizə heç nə vermir. Bu yanaşma prosedual hüququn  bizi həmişə substansional ədalətə gətirib çıxarmamasına göz yumdurur. Ədalət mühakiməsi sistemləri də substansional ədaləti axtarma ideyasından çoxdandır ki uzaqlaşıbdır.“

Sualım:  O ki qaldı hüquqşünaslığa, o özünün həqiqi vəzifəsini bu gün nə qədər yerinə yetirir?

Tornikenin cavabı: Hüquqşünaslıq iki komponentin birləşməsidir – qanunun və müdrikliyin. Müdriklik praktiki bilik və bacarığı qeyd edir.  Lakin o habelə            qayğı   xüsusi diqqət göstərməyi də nəzərdə tutur.  Təəssüflər olsun ki,  qlobal olaraq,  hüquqşünaslığın müasir anlayışında bu komponentlər itmişi və ya eybəcərləşdirilmişdir. Nəticədə,  məhkəmə belə dəyər hüquq ideyasından uzaq düşmüşdür.

Tornike ilə bu məsələlər haqqında müsahibəni davam etməzdən əvvəl, ədalət, dəyərlərə əsaslanmış hüquq və həqiqi hüquqşünaslıq məsələlərini Gürcüstan nümunəsində göstərmək olar. İctimai mənbələrdən gürcü ədalət mühakiməsi praktikasından bir neçə misal gətirəcəyik.

Gənc Hüquqşünaslar Assosiasiyasının 2019-cu ilin hesabatında oxuyuruq:Şəxs  oğurluqda ittiham edilirdi. O, aptekdən  54 lari dəyərində üz kremini oğurlamışdı. İttiham edilən şəxs prosesdə cinayətini etiraf edir və səbəb olaraq həmin kremi sataraq övladlarına qida məhsulları almaq istədiyini bildirdi.“  Hesabatda oxuduğumuz kimi, ittihama qarşı prokurorluq 6000 larilik girovluluq tələb etdi, hakimsə 1000 lari hökmü çıxartdı.

Həmin hesabatdan daha bir misal: Metrolardan birinin ətrafındakı mağazalardan birindən ittiham olunan şəxs müxtəlif növ məhsul oğurlamaq istədi. Həmin məhsulların ümumi dəyəri 7 lari idi. Hakim fasilə tələb etdi. Məşvərət üçün çıxdı və geri döndükdə ittiham olunan şəxsdən soruşdu – 1000 lari cəriməni ədalətli hesab edir ya yox. Qeyd olunanla bağlı ittiham olunan şəxs prosesual razılaşma istədiyini bildirdi.“   GGHA-nın 2021-2022-ci illərin monitorinq hesabatına əsasən, işlərin 51%-də prosesual razılaşmanı təsdiq etmək üçün 15 dəqiqədən az bir müddət kifayətdir. Monitorinq prosesual razılaşma qoymaq üçün hakimə 5-cə dəqiqə lazım olduğunu da üzərə çıxardı.

 GGHA-nın 2021-ci il hesbatında nə yazılmışdır. Həmin hesabat cinayət proseslərinin 4 illik tendensiyasını yekunlaşdırır:

Hesabatdan iqtibas: Cinayət prosesləri üzrə  monitorinq hesabatlarının əhəmiyyətli əsas faktları ağır sosial fonla şərtlənmiş cinayətlərdir.  Bir tərəfdən,  ittiham olunanların ehtiyacları cinayət işləmə motivi olmuşdur, ikinci tərəfdən isə, ehtiyac onların hüquqi vəziyyətini daha da ağırlaşdırdı. Ölkədə mövcud olan ağır sosial vəziyyət  müəyyən şəxslərin hərəkətlərində faciəvi şəkildə əks etdirilir-  hesabatın  98-ci səhifəsində oxuyuruq.

GGHA eyni hesabatında bir neçə misal gətirir. Həmin misalları dəyişdirmədən təqdim edirik: „Oğurluqda ittiham olunan (şəxs), daha konkret, iki ayrı avtomobildən əşyaların oğurluğu, vurulan zərər ümdə120 lari.  Prokuror onun haqqında həbs hökmünü çıxarılmasını tələb etdi. Prokurorluğun dəlili ittiham olunan şəxsin cinayəti şərti cəza altında törətməsi, yeni cinayət törətmək riskinin mövcud olması idi. İttiham olunan 18 yaşında idi. O evsizdi, küçədə yaşayır və gəliri yoxdu. O cinayəti etiraf etdi və prokurorluğun məhbəs haqqındakı tələbilə razılaşdı. Məhkəmə həmin tələbi təmin etdi.“

Azadlıq radiosunun veb-səhifəsində 15 noyabr 2022-ci ildə dərc edilən geniş material 128 lairi dəyərindəki metallolom oğurluğu cəhdinə aiddir.  Məqalədə oxuyuruq: „Məhkəmə 128 lari dəyərindəki metallolom oğurlamaq cəhdi üçün 22 yaşlı Beka Xonelidzeni 5 illik həbsə göndərdi.“  Materialdan məlum olduğu kimi, ona qarşı 32 ədəd tənəkə lövhəsini oğurlamaq cəhdinə görə iş açılmışdı. Həmin tənəkə lövhələrinin dəyərini əmtəə ekspertizası  128 lari olaraq qiymətləndirdi. Vəkil cinayət işində ittiham edilən şəxsə qarşı dəlillərin olmadığını, hüquqmühafizəçiləri onu əvvəllər məhkum olunmuş şəxs olduğu üçün təqib etdiklərini bildirdi.

Bu, tanış olduqda qəzəbə və ədalətsizlik hissinə qapılmağa səbəb olan işlərin yalnız bir qismidir. Oxuduqca məsələnin tamamilə qeyri-adekvat cəzalarla, sərt cinayət siyasətilə, əvvəllər məhkum olunmuş şəxslərə qarşı hədsiz polis nəzarətilə bağlı olduğunu anlayırıq. Bu misallarla tanış olduqdan sonra, cinayət və cəza siyasətinin fundamental şəkildə sosial həddi olduğunu və bunun ədalət mühakiməsi sistemi üçün görünməz qaldığını dərk edirik.

Eyni insanlar niyə həmişə ədalət mühakiməsinə qayıdırlar? Cinayəti şərtləndirən amillər – müdafiəsizlik, ifrat yoxsulluq, evsizlik, insanların sehirli dairədən çıxmasına imkan vermir, bir növ “damğalanmışlıq”, daima polis nəzarəti və təqibi obyektinə çevirir?

Bu sualın cavabını Sosial Ədalət Mərkəzinin 2021-ci il hesabatında oxuyuruq.   Hesabatdan bir sitat: Oğurluq/soyğunçuluğa ailənin pis maliyyə vəziyyəti, bank borclarının olması, azartlı oyunlardan irəli gələn maliyyə öhdəlikləri və sosial-iqtisadi mühit xüsusi təsir bağışlayır... məhkəmələr və iddiaçı tərəf kəsilən cəzanın humanistik olmasına rəğbət bəsləmir, cinayətin sosial və iqtisadi amillərini nəzərə almır.“

Əvvəlcədən də dediyimiz kimi, konveyer ədalət mühakiməsi yalnız qarşısındakı konkret işə, fərdi deviasiyaya baxır. Daha doğrusu o fərdin qanunla münaqişəsini görsə də bunu siyasi, iqtisadi və ya hüquq problemi kimi qəbul etmir.  Ədalət mühakiməsinin heç bir halqası ümumi, ortaq, sistemli problemlərə qarşı heç bir maraq bəsləmir, əməli şərtləndirən sosial amillərin kəşfini və onlara qarşı çıxmağı öz vəzifə borcu kimi hesab etmir.  Onun təyinatı mübahisəni tezliklə həll etməkdir, problemi yoluna qoymaq deyil.  Lakin, bu yalnız bu sistemin nümayəndələrin məsuliyyətində deyildir. Makdonaldslaşdırılmış ədalət mühakiməsinin qlobal olaraq və Gürcüstanda da təklif etdiyi indeferentlik siyasət və məntiqi belədir.

Maraqlıdır ki, Ədalət mühakiməsinin bu təbiəti ictimai münasibətlər və əhval-ruhiyyəyə necə təsir bağışlayır. Bu məsələ barədə yenə Tornikeyə müraciət etdik.

Tornikenin cavabı: Ədalət mühakiməsi sistemi hazırda ictimaiyyətin ondan gözlədiyi kimi deyildir.  Gürcüstanda keçirilən son ictimai rəy tədqiqatına əsasən, sorğu edilənlərin yalnız 1%-i ədalət mühakiməsi sistemi problemlərinin ölkənin demokratik inkişafının başlıca çağırışı olduğunu hesab edir. Bu məhkəmələrdən ictimaiyyətin yadlaşma keyfiyyətini aydın şəkildə göstərir ki, öz növbəsində məhkəmənin ictimai təbiətini cılızlaşdırmaqla, sosial cəhətdən həssas rol oynamasından imtina etməklə şərtlənmişdir.“

İctimaiyyətin bir çox çağırışının on illər ərzində Gürcüstanda fəaliyyət göstərən qeyri-dəqiq siyasi sistem nəticəsi olduğunu və sistem dəyişmədən onun da həll edilməyəcəyini etiraf etməliyik.  Lakin, ədalət mühakiməsinin bu proseslərdən kənar qalmadığı, ictimaiyyətin nəfinə oynaya biləcəyi rolu barədə də razılaşmalıyıq. Həmin rol nədəbn ibarət olmalıdır? Mövcud vəziyyətdən çıxışı necə təsəvvür edirik və ümumiyyətlə, vətəndaşların enerjisinə və mübarizəsinə dəyən ədalət mühakiməsi necədir?

Bu dəyərlərin yaradılması prosesinə qoşulmuş ədalət mühakiməsidir, o özünü ictimai maraqların mühüfizəçisi kimi görür və ictimai ehtiyaclara qarşı həssasdır. Bu ədalət və qüdrətlə ticarət etməyən, ictimaiyyət qarşısında hesabatlılı bir  ədalət mühakiməsidir.

Yenə Tornikeyə qayıdaq və  belə bir ədalət mühakiməsini yaratmağa necə nail ola biləcəyimizi, bunun üçün nə kimi alternativlərin olduğunu soruşaq.

Tornikenin cavabı:  İctimaiyyətdə ədalət mühakiməsinin ədalətli olmasına və bərabərlik dəyərləri yaradıcısı olduğuna ümidi və gözləntisi olmalıdır.  Buna isə əsaslı dəyişikliklər gərəkdir. Qlobal olaraq, insana yönəlmiş ədalət mühakiməsi ideyası geniş yayılmışdır. O,  bu gün haqqında danışdığımız nöqsanlı yanaşmanın alternativası olmalıdır. Bu dəyərli alternativadır, hansı ki, hüquq sistemindən faydalanmanı ləngidən sosial, iqtisadi, gender maneələri aşmağa cəhd edir.  O, insan ehtiyaclarını ilk növbəyə qoyur, dəlillərə və tədqiqatlara əsaslanmış işləməyi, ictimaiyyətin hüquqi ehtiyaclarını araşdırmağı tələb edir, inteqrə edilmiş xidmətləri nəzərə alır. Həmin xidmətlər insana hüquqilə birlikdə, başqa ehtiyaclarını həll etməkdə yardım edir.  Yəni onun üçün yoxsulluq, bərabərsizlik, evsizlik görünməz deyildir. Lakin, yalnız bu kifayət etməz, bizə geniş şəkildə əlçatımlı, keyfiyyətli yardım sistemi lazımdır ki, sosial və iqtisadi həssaslıq hüquqların müdafiəsinə heç bir təsir bağışlamasın.  Bizə ədalət mühakiməsinin əlçatımlı olması üçün maliyyə, sosial, mədəni və fiziki maneələri aradan qaldırmaq lazımdır.  

Sualım:  Qlobal olaraq bu yeni yanaşmanın yayılması nə ilə bağlıdır?

Tornikenin cavabı:  bir çox tədqiqat göstərdi ki,  bu gün ədalət mühakiməsi sistemləri insanların ehtiyaclarını həll etmir, onların çağırışlarını ədalətli şəkildə həll edə bilmir. Yeni yanaşma qlobal  qlobal problema olan reaksiyadır, habelə bu onilliklər ərzində ədalət mühakiməsində ən çox üstünlüyü insanların ehtiyaclarına deyil, təsisatlara verən baxışa qarşı bir reaksiyadır. Həmin yanaşma BMT-nin Dayanıqlı İnkişafı hədəflərilə səsləşir. Həmin hədəflərə görə 2030-cu il üçün ədalət mühakiməsi üzrə universal əlçatımlılıq təmin edilməlidir.    

Bitirməzdən əvvəl gürcü ədalət mühakiməsinin daha bir, əsas və dəyişməz problemini – muxtariyyət böhranını mütləq xatırlamalıyıq. Bu günkü podkastın mövzusu korporativizm, klanlılıq və siyasi təsirlər məsələsi olmasına baxmayaraq, onları qeyd etmədən gürcü ədalət mühakiməsi haqqında müzakirələr ciddi ola bilməz. Gürcüstanda sosial cəhətdən həssas sistemləri yaratmaq, ilk növbədə, məhz daxili və xarici təsirlərdən ədalət mühakiməsinin azad edilməsilə başlamalıdır.  Fraqmental dəyişikliklərlə buna nail olmaq mümkün deyildir. İdarəetmə məntiqi dəyişmək  və çoxluğun birdəfəlik idarəsi sistemindən imtina etmək lazımdır.

Hazırkı mövzu barədə podkastımızın başqa epizodlarında da danışa biləcəyik. Ona qədərsə öz düşüncələrinizi, iradlarınızı bizimlə paylaşa və yaxud,  suallarınızı ünvanlaya bilərsiniz.

Podkastın bu günkü epizodu üzərində işlədikləri üçün 64-cü layihə komandasına və Tornike Qerlianiyə təşəkkürümü bildirirəm.


Podkast Komentar tərəfindən USAID Qanun Aliliyi Proqramının dəstəyilə hazırlanmışdır. Proqram Şərq-Qərb İdarə İnstitutu (EWMI) Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyələşdirməsilə hazırlanmışdır. Məqalənin məzmunu üzrə tamamilə Komentarın üzərindədir və məqalədə söylənilən düşüncələr yuxarıda adı çəkilən beynəlxalq təşkilatının nəzərlərini əks etdirməyə bilər.


Podkastın məzmunu “Etnik azlıqlarla məskunlaşmış bölgələrdə informasiya və təhlilin əlçatımlığı yolu ilə ictimai dayanıqlığın artırılması” layihəsi çərçivəsində Müharibə və Sülhü İşıqlandırma İnstitutu (IWPR) tərəfindən verilmiş fondlarla, Birləşmiş Krallıq Hökumətinin maliyyə dəstəyilə tərcümə edilmişdir. Mətbdə verilmiş düşüncələr, tapıntılar və nəticələr yalnız müəlliflərə məxsusdur və onlar IWPR və Birləşmiş Krallıq Hökumətinin baxışlarını əks etdirmir.

>