“Komentar” Gürcüstanda və dünyada baş verən proseslər haqqında geniş ictimaiyyətə tənqidi baxış təqdim edən peşəkarları özündə birləşdirən bir platformadır.
Gürcüstanda evsizlik – uçot kriteriyaları və məsələnin həllinin problemliliyi
July 9, 2024

Giriş

Müvafiq yaşayış yerinin əlçatımlığı məsələlərində ən problemli komponent evsizlik konsepsiyasının çatışmazlığıdır.  Evsizlər üçün lazımınca şəraitlər yaradılması üçün, həmin qrupa kimlərin aid olduğu və nə kimi çağırışlarla bağlı olduğu düzgün müəyyənləşdirilməlidir.

Bu mövzu ilə niyə maraqlanmalıyam?

Evsizlik statusu sosial yaşayışa əlçatımlılıq, sığıncaqda qalma hüququ, maliyyə dəstəyi və s. kimi benefitlərin alması üçün lazımdır. Onun uçotu və ümumi statistikanın olmadığı üçün insanlar imkanlarını itirirlər.  Beləki, evsizliyin uçotu meyarlarında nə kimi çağırışların olduğunu bilməliyik.

Rəyimiz

Gürcüstanda evsizlik uçotunun tətbiq edilmiş təcrübəsi evsiz şəxslərin kamil surətdə identifikasiyası və yaşayış yeri probleminin həllinə imkan vermir. Məsələnin yalnız bələdiyyə səviyyəsində qoyulması ədalətsiz və bərabərsiz mühit yaradacaq, ümumi qeydsə konkret bələdiyyə mərkəzində uçotu nəzərdə tutur və nəticədə insanlara həmin xidmətlərdən istifadə etməyi daha da əlçatılmaz edir.

Nəyi bilməliyik?

Beynəlxalq səviyyədə evsizliyin uçotu üzrə fərqli yanaşmalar mövcuddur.  Bir tərəfdən, bu fiziki “tavanın” olmamasını əhatə edir, o biri tərəfdən isə  şəxsi həyatın və münasibətlərin mümkünsüzlüyünü nəzərdə tutan sosial aspekti ələ alır. Habelə, Avropa tipologiyasına əsasən (ETHOS), qohumunun və ya başqa bir şəxsin yanında yaşayan insan da evsiz hesab edilməlidir. Bu sosial aspekt insanların yaşamaq üçün nəinki fiziki məkanlarını nəzərdə tutur, habelə həmin məkanın, ləyaqətli yaşamaq üçün, müvafiq və sabit olmasını da.

 Gürcüstanda nə baş verir?

Gürcüstanda evsiz şəxsin izahı sosial aspekti əhatə etmir və ən bazis  – fiziki “tavan” konsepsiyası qalır. Bundan əlavə, fiziki yaşayış yersiz qalan insanların qeydə alınması da problemlidir, çünki:

  • Evsiz şəxs daimi, müəyyən yaşayış yeri olmayan şəxsdir, hansı ki, yerli özünüidarəetmə orqanında evsiz kimi qeydiyyatdan keçmişdir. Bu isə o deməkdir ki, milli səviyyədə razılaşdırılmış şərtlər yoxdur və əhalisindən kimin evsiz olduğunu bələdiyyələrin özləri müəyyənləşdirirlər.
  • Bələdiyyə səviyyəsində məsələnin həlli bir başqa problemə də səbəb olur – insanlara konkret bələdiyyədə uzunmüddətli qeydiyyat gərək olur, əksi halda o heç bir bələdiyyədə status qazana bilməyəcəkdir.
  • Bəzi bələdiyyə evsizlərin statistikasını ümumiyyətlə aparmır, bəzilərində isə ailə zorakılığı, həbsdən yeni azad edilməyi, yaş qəyyumluğu, veteranlığı və s. məsələlər nəzərə alınmışdır. Bu, müxtəlif bölgədə qeydiyyatda olan insanlar arasında həm bərabərsizlik yaradır, həm də həmin yanaşmanı fraqmentallaşdırır – bələdiyyələr evsizlik məsələsini yalnız ayrıca meyarlara görə müəyyənləşdirirlər.
  • Evsizliyin qabaqlanması və qeydə alınmış evsizlərin vəziyyətlərini yaxşılaşdıracaq uzunmüddətli, adekvat və mahiyyətli proqramlar mövcud deyildir. Onlara yardım etmək qısamüddətli və şərti xarakter daşıyır. Bu isə yalnız müvəqqəti sığıncaq, müvafiq olmayan yaşayış yeri və ya kiçik miqdarda pul müavinətini əhatə edir.
Məqalə hazırlanmışdır
ნინო ხელაძე
Nino Xeladze
Sosioloq
მერაბ ქართველიშვილი
Merab Kartvelişvili
Şərikli təsisçi, Sosial siyasət istiqaməti redaktoru
მარიამ სვიმონიშვილი
Mariam Svimonişvili
Hüquqşünas