“Komentar” Gürcüstanda və dünyada baş verən proseslər haqqında geniş ictimaiyyətə tənqidi baxış təqdim edən peşəkarları özündə birləşdirən bir platformadır.
Gürcüstanda kim varlanır (varlana bilmir)?
August 8, 2023

Gürcüstan Dövləti son 2 il ərzində ölkənin varlandığını və iqtisadiyyatın böyüdüyünü, yoxsulluğun azaldığını, habelə işsizlərin sayının tarixi minimuma endiyini deyir.

Məqalənin məqsədi hökumətin bəyənatların həqiqətə nə qədər uyğun olduğunu, həmin statistikanın necə hesablandığını, həmin bəyənatlarda nələrin üstündən keçildiyini və ölkədə toplanılan varın ictimaiyyətin əksəriyyəti üzərində öz əksini tapıb-tapa bilmədiyini müəyyənləşdirməkdir. 

Bu mövzu məni niyə maraqlandırmalıdır?

 Sosioloji araşdırmalar göstərir ki, Gürcüstan vətəndaşlarının mütləq əksəriyyəti əsas problem kimi yoxsulluğu və işsizliyi göstərir. İctimaiyyətin 75%-nin fikrincə, son 10 il ərzində yoxsulluq yalnız  artmışdır.  Emiqrasiyaya  gedənlərin sayı da ilbəil artmaqdadır. 

 Bunun fonunda yaxşılaşmış isqtisadi göstəricilərinin, iqtisadi artmanın və mütləq yoxsulluğun azalmasının  vətəndaşaların rifahının artmasına nə qədər təsir bağışladığını müəyyənləşdirməyimiz əhəmiyyətlidir. 

Rəyimiz:

 Statistika ilə manipulyasiya etmək asanddır. Bir çox hallarda hakimiyyətlər konkret verilmişlər barəsində danışırlar, lakin yalnız bir bucaqdan ki, nəticədə bu cür baxış ümumi mənzərəni kökündən dəyişir. 

   Statistik məlumatlara holist baxmağımız çox vacibdir. Ümumi mənzərəyə diqqət yetirsək, hakimiyyətin insanların rifahına müsbət təsir edəcək nə iqtisadi, nədə sosial  siyasətini dəyişmədiyinin şahidi olarıq.  Beləliklə, müəyyən statistik verilmişlərin yaxşılaşmasına baxmayaraq, bu insanların rifah səviyyəsini yüksəltməyibdir.  

  • Həqiqətdə necə bir iqtisadi böyüməmiz var?

Gürcüstanda 2013-cü ildən  2020-ci ilədək (pandemiyaya qədər) müddətdə minimum 3%-lik və maksimum 5%-lik iqtisadi artış müşahidə edilirdi. 

Son 2 ildə:

  • 2021-ci ildə real ÜDM artışı 10.5% təşkil etmişdir;
  • 2022-ci ildə real ÜDM artışı isə 10.1%. 

 Son iki ildə ÜDM-nın iki rəqəmli faizlə artışını nəyin şərtləndirdiyini müəyyənləşdirməliyik:   

  • Kovid pamdemiyasına görə təyin edilən məhdudiyyətləri qaldırmaq və turizm sektorunu bərpa etmək (pandemiya dövründə, 2020-ci ildə, məhdudiyyətlərə görə Gürcüstan iqtisadiyyatı 6.8%-la azaldı); 
  • 2022-ci ildə, Rusiya Federasiyasının Ukraynaya soxulmasından sonra, Rusiya vətəndaşlarının və rus kapitalının  Gürcüstana kütləvi axması
  • Tikinti sektorunun və daşınmaz əmlakın artmış dövriyyəsi. Dövriyyə əhəmiyyətli dərəcədə artdı, bu isə Gürcüstanda Rusiya vətəndaşlarının imiqrasiyası ilə birbaşa bağlıdır;

 Ermənistanda da, Gürcüstanda olduğu kimi,  2022-ci ildə iqtisadi artım 12.6% təşkil etmişdir, bu isə Gürcüstanda ÜDM-nın artmasından çoxdur belə. Ermənistandakı nəticəni də əsasən Rusiyadan gələnlər və güclü kapital axını şərtləndirmişdir. 

 Eyni zamanda,  ölkədə inflasiyanın səviyyəsi olduqca yüksəkdir, bu isə əmtəə və xidmət sahəsində istehlakçı qiymətlərinin artmasına səbəb olur. Son dövrlərdə yüksək yerli inflasiya məhz Rusiya vətəndaşlarının imiqrasiyası ilə bağlıdır.  

Detallı şəkildə burda baxın: Gürcüstanda inflasiyanın səbəbləri

Xalq arasında yığılan sərvət necə bölüşdürülür?

ÜDM müxtəlif növ iqtisadi fəaliyyətdən irəli gələn sosial, ekoloji və mədəni zərəri ölçmür. O, toplanan sərvətin ictimaiyyətdə bölgüsünü də əks etdirmir.  

Detallı şəkildə burda baxın: İqtisadi artış– ÜDM-nün əhəmiyyət və hesablanması metodologiyası

Gəlirlərin və sərvətin ictimaiyyət arasında bölüşməsini ölçən Cinn əmsalı göstərir ki,  Gürcüstanda gəlirlərin qeyri-bərabər şəkildə yüksəkdir və iqtisadi artım nəticəsində toplanılan sərvət ictimaiyyətdə bərabər şəkildə bölüşüdürülmür.  

 Gürcüstanda gəlirlərin bərabərsizliyi qonşu ölkələrə nisbətən daha yüksəkdir. Avropa İttifaqı ölkələrilə müqayisədə isə söz ola bilməz (0  ideal bərabərlik deməkdir, 1 isə ideal bərabərlikdən mütləq əyilmək): 

  • Ermənistan - 0.28
  • Azərbaycan 0.27
  • Gürcüstan - 0.34

Detallı şəkildə bu məqalədə baxa bilərsiniz: Resursların bölüşdürülməsi bərabərliyi – Cin əmsalı

  • Yoxsulluq həqiqətən də azalırmı?

Mütləq yoxsulluğun göstəricisi

Əvvəlki hakimiyyətin şəraitində mütləq yoxsulluğun göstəricisi 10 müddətdə, 2004-2012-ci illərdə,  30-38% arasında oynayırdı.  

Misal üçün, 2007-ci ildə ölkədə iqtisadi artış 12.6% idi.  Lakin, həmin il yoxsulluq həddindən aşağıda  yaşayan əhalinin sayı rekord dərəcədə idi - 39%. Cinn əmsalı  0,4 təşkil etdi, uşaqların yoxsulluğu isə - 42%.  Eyni zamanda, 2007-ci ildə sosial yardımı əhalinin yalnız 7.2%-i alırdı.  Bu iqtisadi artışın avtomatik şəkildə yoxsulluğun və yaxud, bərabərsizliyin azalması demək olmadığını yaxşı göstərir. Bu verilmişlər əvvəlki hakimiyyətin neoliberal idarəçiliyini də yaxşı göstərir. O, sosial siyasətin lazım olduğunu tamamilə təkzib edirdi.  

Mütləq yoxsulluq göstəricisinin azalmasını şətrləndirən nədir?

2012-ci ilin sonunda Gürcüstan əhalisinin üçdə biri mütləq yoxsulluq  həddində idi, 2022-ci ilin sonu üçün bu göstərici 15.6%  oldu, bu isə əlbəttə ki, əhəmiyyətli dərəcədə azalmaq deməkdir.  

2012-ci ildə Hökumətin dəyişməsindən sonra mütləq yoxsulluq həddi altında yaşayan əhalinin göstəriciləri azalsa da belə, son 10 ildə  sosial yardımdan asılı olan insanların sayı da əhəmiyyətli dərəcədə artmışdır. 2012-ci ildə sosial yardımı 435 961 nəfər alırdısa ( ümumi əhalinin 11.7%), 2022-ci ilin sonu üçün bu rəqəm  645 738 (17.4%) nəfərə çatmışdır. (2023-cü il iyun verilmişləril,  ümdə 660 265 nəfər sosial yardım alır: 474009  nəfər spsial yardım, 186256 nəfər isə ictimai işlə təminetməyə dəstək proqramına cəlb edilmişdir).

Beləliklə, ifrat ehtiyac içində yaşayan insanların Dövlət tərəfindən müəyyənləşdirilmiş sosial yardıma əlləri çatdı

  • 16 yaşınadək uşaqlar üçün bu müavinət ayda 200 lari təşkil edir
  • Yetkinlik yaşına çatmışlar üçünsə həmin məbğləğ maksimum 60 laridir.  

Lakin,  insanlar yoxsulluğun öhdəsindən nə qədər gəldilər və ya yoxsulluğun öhdəsindən gələmələri üçün Dövlət insanlarla nə qədər kömək etdi? 

Sosial cəhətdən müdafiə edilməyən insanlar haqqında danışarkən, sosial yardımın məqsədini bilməyimiz çox əhəmiyyətlidir: „Yoxsul ailələrin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq, ölkədə yoxsulluq səviyyəsini azaltmaq və ya onun qarşısını almaq.“   Beləliklə, Dövlətin bu istiqamətdə işləməsi çox əhəmiyyətlidir. Bununla insanlar həm sosial cəhətdən müdafiə olunmayanlar bazasına  düşməzdilər, ikinci tərəfdən isə  sosial yardımlardan asılı olanlar yoxsulluqdan yaxa qurtarardılar, onların peşə inkişafının və işlə təmin edilmələrinin qeydinə qalınardı.  

2022- ci ildə Baş-Nazirin təşəbbüsü ilə yeni yarımproqrama start verildi. Proqramın məqsədi sosial cəhətdən müdafiə edilməyənləri işlə təmin etməkdir.  Bir ildə həmin proqramın nəticələrini qiymətləndirmək, necə fəaliyyət göstərdiyini təhlil etmək əlbəttə ki mümkün deyildir, lakin bir çox başqa sosial siyasətin tərkib hissəsi olan proqram kimi, bu sonuncusu da sistemsiz şəkildə planlaşdırıldı. 

 Daha detallı şəkildə burda baxın: 2022-ci il fəaliyyəti aktivləşdirmə siyasəti və sosial cəhətdən müdafiə edilməyənlər 

Şəhərdə və kəndlərdə mütləq yoxsulluq həddi altında yaşayanlar arasında fərqlər var. Şəhərlərdə bu göstərici 12.3%-dürsə, kənddə o 20.6% təşkil edir. Dövlətin özünün hesabladığı statistika ilə belə,  şəhərdə yaşayan hər 8-ci nəfər, kənddə yaşayan və 16 yaşınadək hər 5-ci  vətəndaş  mütləq yoxsulluq həddi altında yaşayır.  Bu isə o deməkdir ki, onun: ev, qida, təmiz su, dərman, səhiyyə, paltar, təhsil və  sair kimi, imkanlara əli çatmır. 

Beynəlxalq yoxsullu həddi

Dünya bankı:

  • Gündə 2.15 dollar və ya daha az xərcləyən;
  • 3.65 dollar və daha az xərcləyən;
  • 6.85 dollar cə daha az xərcləyən

insanların faiz paylarını bu üç  kateqoriyada  hesablayır. 

Yuxarıda qonşu ölkələrin misallarını göstərərək onları Gürcüstanla müqayisə etdik. İndi isə Beynəlxalq Yoxsulluq Həddi altında yaşayanlara görə Ermənistən və Gürcüstanın verilmişlərinə nəzər yetirək

  • Ermənistanda  əhalinin 0,5% 2.15$-dən z xərcləyir, Gürcüstanda isə bu göstərici 5.5%-dir;
  • Ermənistanda  əhalinin 8.7%  3.65$-dən az xərcləyir,  Gürcüstanda   isə - 19.1%.

 

  • İşsizliyin azlmış göstəricisinin səbəbi nədir?

2014-cü ildən  2020-ci ilədək ( pandemiyaya qədər) işsizlərin faiz miqdarı daima azalmaqda idi. Ən aşağı göstərici 2019-cu ildə təsbit edildi, 17.6%. 2021-ci ildə isə işsizlik  20.6%-a,  2022-ci ildə isə 17.3%-ə çatdı (2023-cü ilin birinci rübünün verilmişlərilə isə bu göstərici 18%-dir). 

İşsizliyin faiz göstricilərinin azalmasını şərtləndirən nə oldu?

İşsizlik statistikasını yaxşılaşdırmağa nəyin səbəb olduğunu aydınlaşdırmalıyıq – iş yerlərinin artması, yoxsa iş axtaranların sayının azalması

Azalmış işçi qüvvəsi

2015-ci ildən 2021-ci ilədək işçi qüvvəsi daima azalırdı, yəni iş axtaran insanların sayı azalırdı. Beləliklə, iş axtarmayanlar qeydiyyatdan keçirilmir və statistikaya düşmürdülər.

Misal üçün,  2019-cu ildə işçi qüvvə 1 572,788 nəfər  təşkil edirdi,  1 295,900 isə işləyirdi, 2022-ci ildə 1 551,573  nəfərdən 1 283,706 işlə təmin edilmiş idi (2023-cü ilin 1 rübün verilmişləri ilə işlə təmin edilənlərin sayı 2022-ci illə müqayisədə təxminən 12 minlə azaldı).

 Beləliklə, Gürcüstanda iş yerlərinin sayı geniş şəkildə artdı demək şişirdilmişdir, çünki mütləq miqdarla 2015-dən  2019-a qədər daha çox insan işləyirdi, nəinki – 2022-ci ildə. 

 O ki qaldı işlə təminin səviyyəsinə,  2015-2022-ci illərdə  o  40-43%  arasında idi. Beləliklə, son 8 il ərzində, faktiki olaraq, nə işlə təminin səviyyəsi artıb, nədə ki işlə təmin olunanların sayı. 

Əməyi fəallaşdırma siyasəti

 Gürcüstanda iqtisadi cəhətdən fəal olmayan insanların sayı xüsusilə çoxdur (1 437 350). Bununla deyə bilərik ki, potensial işçi qüvvənin 48% iqtisadiyyatı yaratmaqda iştirak belə edə bilmir. 

Bu isə o deməkdir ki, dövlət tərəfindən atılmış əməyi fəallaşdıracaq siyasi addımlar effektli və sistemli deyildir.  

Daha detallı şəkildə burda baxın:  İşləməyi fəallaşdırma siyasətinin  problemləri 

Genişmiqyaslı miqrasiya

2015-2022-ci illərdə ölkədə işçi qüvvəsi təxminən 124 min nəfərlə  azaldı. Eyni dövrdə Gürcüstandan emiqrasiyaya gedən şəxslərin sayı və miqrasiyanın mənfi saldosu  da artdı (ölkədən çıxan və geri dönən insanların nisbəti).  Emiqrantların əksəriyyəti əməkqabiliyyətli yaşında olan  (15-64 yaşında) olan şəxsdir.  

2022-ci ildə ölkəni 100 000-dən çox Gürcüstan vətəndaşı təkr etdi.  Bu isə son on 10 ildə ən yüksək göstəricidir. Ölkədə “bir növ” müsbət miqrasiya saldosu da var, ancaq bu Rusiyanın Ukraynada apardığı müharibədən və Rusiya vətəndaşlarının sayının kəskin şəkildə artmasından irəli gəlir. Gürcüstan vətəndaşlarına gəldikdə miqrasiya saldosu kəskin şəkildə mənfidir, ölkədən çıxanların sayı daxil olanlardan 46 397-lə artıqdır, bu isə son 10 ildə ən pis nəticədir.  

Daha detallı şəkildə desək: Miqrasiya haqqında statistika

 Vətəndaşın yoxsulluq həddi altına, nəticədə isə sosial cəhətdən müdafiə olunmayanlar bazasına düşməməsi üçün Dövlət nə edir?

 Ölkədə möhkəm, vətəndaşları sığortalayacaq və qabaqlayıcı addımlara malik sosial siyasət mövcud deyildir. Ölkənin   minimum əmək, işsizliyin sığortalanması/müavinət  kimi elementar sosial müdafiə zəmanətləri yoxudur. Ev siyasəti, evsizliklə mübarizə strategiyası, praktikada əmək qanunvericiliyinin yerinə yetirilməsi və s. mövcud deyildir. 

Daha detallı şəkildə burda baxın:  Gürcüstanda sosial müdafiə sistemi sabit və ümumi deyildir. 

Nəhayətdə,

 Birmənalı şəkildə deyə bilərk ki, nə 2021-ci ildə, nədə 2022-ci ildə Gürcüstanda yeni tip iqtisadi model inkişaf etdirilməmiş,  dayanıqlı iqtisadiyyəti  şərtləndirən istehsalat müəssisələri açılmamışdır. Ölkə yenə də turizmdən, xaricdən göndərilən sovqatlardan,  tikinti və daşınmaz əmlak sektorlarından asılıdır.  

Daha geniş şəkildə burda baxın:   İqtisadi böyümə ictimaiyyətin böyük hissəsi üçün iqtisadi vəziyyətin yaxşılaşmasını niyə şərtləndirmir? 

 

Məqalə Fridrix Ebert Fondunun dəstəyilə hazırlanmışdı. Söylənilən fikirlər Fridrix Ebert Fondunun düşüncələrilə üst-üstə düşməyə bilər.

Məqalə hazırlanmışdır
მერაბ ქართველიშვილი
Merab Kartvelişvili
Şərikli təsisçi, Sosial siyasət istiqaməti redaktoru
ია ერაძე
İa Eradze
İqtisadiyyat istiqamətli məsləhətçi