Ətrafımızda bir çox ailə maliyyə öhdəliklərinə görə özünün son yaşayış yerini belə itirir. Yaranmış ağır sosial-iqtisadi vəziyyəti aradan qaldırmaq və labüd ehtiyacları təmin etmək üçün insanlar maliyyə vəsaitləri axtarır və bir çox hallarda bu axtarış sələmçidən borc almaqla nəticələnir. Lakin, bu cür kredit münasibətlərini nə kimi təhlükələrin və çətinliklərin müşaiyət etməsindən bir çoxunun xəbəri yoxdur. Qanun borcluları sələmçilərin fırıldaqcı və dələduzluq sxemalarından müdafiə edə bilmir. Təəssüf ki, bunu məhkəmənin özü belə bacarmır. Qarşıdakı məqalədə məhkəmə yaşayış yerləri ilə bağlı mübahisələri müzakirə edərkən nəyi və necə dəyişməli olduğu haqqında danışacağıq.
Bu mövzu ilə niyə maraqlanmalıyam?
Borclanma və bank reqlamentlərinin tarixi bizə əhalini sosial-iqtisadi vəziyyətin pisləşməsindən müdafiə etməli olan qanunvericilik dəyişikliyi haqqında danışır. Lakin, gördüyümüz kimi, fiziki şəxslər arasında ipoteka kreditini qadağan etmək, habelə kredit verən subyekt kimi qeydiyyatdan keçirmək tələbi bu məqsədə nail olmaq üçün effektli və kifayət olmadı. Buna görə, bu gün yaşayış yerini itirmək riskini azaltmaqda məhkəmənin xüsusi rolu var, ancaq o da təəssüflər olsun ki, həmin funksiyanı yerinə yetirə bilmir.
Bizim rəyimiz
Yaşayış yeri ilə bağlı işləri müzakirə edərkən məhkəmə bunlara diqqət verməlidir:
- Yeganə yaşayış yerindən çıxarılmanın beynəlxalq standartlarına;
- Məhkəmə prosesində tərəfin qeyri-bərabər və kvalifikasiyalı nümayəndəliklərinə;
- Gələcək sosial-iqtisadi həssaslığa;
- Yaşayış yerini itirmə nəticələri və dövlət mənzil təmini öhdəliklərinə.
Nəyi bilməliyik?
Fiziki şəxslər arasında pulunu ödəyərək geri qaytarmaq hüququ ilə kupça müqaviləsi bağlamaq qanuni hərəkətdir, ancaq bir çox hallarda, ondan praktikada fiziki şəxslər arasında qadağan edilmiş, ipoteka ilə təmin edilmiş krediti örtmək üçün istifadə edirlər. Məhkəmənin qərarı ilə, borclular, bir qayda olaraq, ya sələmçilərlə nə kimi hüquqi münasibətə girdiklərini anlamırlar və yaxud, onlara etimad bəslədikləri üçün öz istədiklərindən fərqli saziş qoymağa razılıq verirlər, bu isə onları ağır vəziyyətə salır.
Kimin məsuliyyətidir?
Yaşayış yeri ilə təmin etmək və ya onu itirmək riskləri yalnız şəxsin fərdi məsuliyyəti predmeti kimi müzakirə edilmir. Buna beynəlxalq standartlar da dəlalət edir. Onlara görə, bu riskləri aradan qaldırmaq üçün Dövlətin hər bir qolu, öz fərdi kompetensiyaları çərçivəsində, müsbət rol oynamalıdır. Daha konkret desək, onlar öz biliyi, təcrübəsi ilə sosial və ya iqtisadi cəhətdən həssas şəxsi müdafiə etməlidirlər.
Problem nədir?
Gürcüstanda sələmçilərin manipulyativ müqavilələrilə bir çox ailə zərər görmüşdür. Məhkəmə tərəfindən yaşayış yerini itirmək risklərini borclunun fərdi məsuliyyəti kənarında müzakirə edən birmənalı praktika və reqlament formalaşmışdır.
Gürcüstanda nə baş verir?
Məhkəmənin apardığı müzakirə, bir qayda olaraq, borclunun spesifik ehtiyaclarından yan keçir. Yaşayış yerini itirdikdə isə həmin ehtiyaclar kəskin problemlərə çevrilirlər. Bundan əlavə, məhkəmə presedentlərinə söykənərək, məhkəmə bu məsələ üzrə yalnız yeni sahibin (sələmçinin) hüquqi baxımından və onun maraqlarının nəfinə müzakirə aparır;
- Kvalifikasiyalı vəkil tapmaq da problemdir. Məsələnin aktuallığını Hüquqi Yardım Xidməti tərəfindən çatdırılan, 2022-2023-cü ilin verilmişləri də təsdiq edir, onlara görə, kredit və yaşayış yeri ilə bağlı 377 benefisiyara hüquqi məsləhətləşmə göstərilmişdir, məhkəmədə isə -yalnız 66-na nümayəndəlik edilmişdir;
- Məhkəmə müsbət rol oynamağı bacara bilər, lakin Qanunvericilik bu istiqamətdə kamil deyildir. Məsələn, tərəf üçün vəkil təyin etmək hissəsində hakimin səlahiyyəti məhduddur və o yalnız şəxsin ödəmə qabiliyyətinə qoşulur. Yaşayış yerlərini itirmək təhlükəsi qarşısında qalan borcluların isə, ağır sosial/iqtisadi vəziyyətə baxmayaraq, sosial cəhətdən mühafizə olunmayan statusu olmaya bilər;
- Vəkil olmayan şəxsin nümayəndəlik imkanı 2017-ci ildə Gürcüstan Vəkillər Assosiasiyası tərəfindən hazırlanmış və Avropa miqyasında həmkarlar ittifaqları tərəfindən dəstəklənən təklifə baxmayaraq, yenə də qüvvədədir;
- Bundan əlavə, qanun əgər hakim müdafiə üçün tələb olunan kompetensiyası olmayan şəxsin nümyəndəliyik hüququnu məhdudlaşdırsa nələrin baş verməli olduğunu müəyyənləşdirmir. Bu isə tərəfi yenə də öz maddi gücü bahasına nümayəndə axtarmağa vadar edir.
Məhkəmə bu cür mübahisələrə necə baxmalıdır?
- Konteksti nəzərə alaraq
Bu növ mübahisələrin çoxluğunu məhkəmələrin özləri də təsdiq edirlər. “Komentar“-ın öyrəndiyi məsələlərin faktiki halları, bir qayda olaraq, eyni səhnələrini təsvir edir. Bəzi hakim problem haqqında özü də danışır, lakin bu geniş miqyaslı deyildir.
Məhkəmənin reallığa, kontekstə qarşı həssas olması lazımdır. Həmin reallıq və kontekstdə hallarda qanuni hüquqi münasibət (kupça-geri alma müqaviləsi) zərərli praktikanı maskalayır.
- Beynəlxalq standartları nəzərə alaraq
Gürcüstanın boynunda yaşayış yeri hüququnun beynəlxalq standartlara müvafiq olaraq təmin etmək öhdəliyi var. Standartlar müxtəlifdir və o cümlədən məhkəmədən də evdən çıxarılma qərarının yalnız ən ifrat hallarda insan hüququnun üstünlüyünü nəzərə alaraq və ona hörmət bəsləyərək verilməsini tələb edir. Bu hakimin boynuna xüsusi məsuliyyət qoyur. O, daşınmaz əmlakın qanunsuz mülkiyyətçisindən tələb etmə məsələsini ehtiyatla qiymətləndirməli və bunları nəzərə almalıdır:
- Yaşayış yerini itirmək riski qarşısında dayanan şəxslərin (nəinki borclunun, hətta onlarla birlikdə yaşayan şəxslərin) fərdi ehtiyacları, təhlükələri, həssaslıq səbəbləri və evlərindən çıxarılmalarını müşaiyət edən nəticələri nəzərə alınmalıdır. Yaşayış yeri hüququ insanın başqa hüquqlarından təcrid olunmuş şəkildə müzakirə edilməlidir;
- Ədalətli müzakirə nəticəsində, pozulmuş hüququn bərpası üçün hüquqi yardımı təmin etmək şəraitində evdən məcburi çıxarılma qərarının alınması;
- Qanunsuz mülkiyyətdən daşınmaz əmlakın geri tələb edilməsi haqqında qərar qanunvericiliklə dərhal icra edilə bilər, bunun üçün o BMT və Avropa Sosial Hüquqları Komitəsinin qışda, xüsusilə də pis havada və ya gecəykən evdən çıxarılmanın qadağan edilməsi haqqında qərarlarına zidd olmamalıdır.
Yekun
Manipulyativ metodla yaşayış evinin itirilməsi praktikası kompleksiv problemdir, lakin məhkəmənin mütərəqqi, insan ehtiyaclarına yönəlmiş, çoxhədli müzakirəsi və qanunvericilik dəyişikliklərilə hakimin səlahiyyətlərini genişlətmək, riskləri maksimum sığortalayardı. Bunun üçün lazım olan şeylər bunlardır:
- Məhkəmə mübahisəsini manipulyativ praktikanın mövcudluğunu tanıyan perspektivindən irəli gələrək müzakirə etsin;
- Məhkəmə, borclunun yaşayış evini itirməsinin səbəbləri və sosial nəticələri haqqında beynəlxalq standartlara görə müzakirə aparsın;
- Məhkəmədə tərəfin maraqlarını qoruya bilməyən, lazımlı kompetensiyası olmayan nümayəndəni məhkəmə işdən uzaqlaşdırsın;
- Qanunvericilik dəyişkliklərlə hakimin diskressiyası genişlənməlidir. Onun sayəsində, hakim, şəxsin sosial statusuna baxmayaraq, onun ehtiyaclarını nəzərə alaraq, tərəfə Hüquqi Yardım Xidməti vəkilini təyin edə bilsin;
- Fırıldaqcı sövdələşməni təyin etdikdən sonra tərəflər arasında kredit müqaviləsinin hüquqi şərtləri müəyyənləşdirməyin qeydinə qalsın: faiz dərəcəsinə, müddəti və ödəmə qrafikinə. Bütün bunlar Ədalət mühakiməsi məhkəməsi standartlarına müvafiq olardı.
Məqalə Komentar tərəfindən USAID Hüququn Aliliyi Proqramının dəstəyilə hazırlanmışdır. Proqram Şərq-Qərb İdarə İnstitutu (EWMI) Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyələşdirməsilə hazırlanmışdır. Məqalənin məzmunu üzrə tamamilə Komentarın üzərindədir və məqalədə söylənilən düşüncələr yuxarıda adı çəkilən beynəlxalq təşkilatının nəzərlərini əks etdirməyə bilər.
Məqalə “Etnik azlıqlarla məskunlaşmış bölgələrdə informasiya və təhlilin əlçatımlığı yolu ilə ictimai dayanıqlığın artırılması” layihəsi çərçivəsində Müharibə və Sülhü İşıqlandırma İnstitutu (IWPR) tərəfindən verilmiş fondlarla, Birləşmiş Krallıq Hökumətinin maliyyə dəstəyilə tərcümə edilmişdir. Mətbdə verilmiş düşüncələr, tapıntılar və nəticələr yalnız müəlliflərə məxsusdur və onlar IWPR və Birləşmiş Krallıq Hökumətinin baxışlarını əks etdirmir.