Dünya Səhiyyə Təşkilatının məlumatı ilə, son dövrdə azartlı oyunlara qlobal səviyyədə həm investisiya yatırılır, həm də onun istifadəçiləri artır. Oyun müəssisələrinə Gürcüstanda da hər yerdə rast gəlmək olar. Onlar xüsusilə sərhədyanı və turist bölgələrdə çoxdurlar. Bu oyuna aludəliliyi (Ludomaniya) və onu müşaiyət edən başqa sosial risk təhlükələrini artırır.
Azartlı oyunları məşhurlaşdırmaq və daha çox, onunla bağlı təhlükələrin artması bu məsələ üzərində geniş şəkildə müzakirə aparmağın vacib olduğunu göstərdi. Hazırda bu məsələ artıq demokratiya modelləri, azadlıq konsepsiyası və ictimai rifa barədə diskussiyanı özündə birləşdirir.
Öz növbəsində, oyun biznesinin inkişafının əsasını liberal demokratiya çərçivəsində formalaşan iqtisadi sistem təşkil etdi. O, Dövlətin iqtisadi fəaliyyətini tənzimləməkdəki rolunu zəiflədərək, nəticələr üzərindəki məsuliyyəti vətəndaşların üzərinə atdı. Bu modeldə dövlətlər üçün prioriteti biznes fəaliyyətin iqtisadi mənfəətidir. O invesitisiya mühitinə kömək edir, müvafiq qanunvericilik çərçivə yaradır və korporasiyalar üçün istixana şəraitləri düzəldir. Bunun müqabilində isə vətəndaşın sosial rifahı, mental və fiziki sağlamlığına təsir edən mənfi effektlərə əsla fikir vermir. Bu, xüsusilə Gürcüstan kimi aşağı iqtisadi inkişafı olan ölkələr misalında özünü yaxşı göstərir. Belə ölkələrdə oyun biznesi büdcənin doldurmağın əsas gəlir mənbəyidir.
Gürcüstanda bu mövzuda müzakirə etmək niyə əhəmiyyətlidir?
Oyun biznesi obyektlərinə paralel olaraq, Gürcüstanda Ludomaniya göstəriciləri yüksəkdir, o cümlədən yetkinlik yaşına çatmamışlar arasında da. Lakin, onu azaltmaq və ondan yayınmaq üçün atılan addımlar olduqca azdır. Bunun üçün dövlətdən nəyi tələb etməli olduğumuzu yaxşı bilməliyik.
Dövlətdən konkret olaraq nəyi tələb edirik?
Dövlət təhlükələri sığortalamağı öz üzərinə götürməlidir. Bu oyun biznesi siyasətinin bir hissəsi olmalıdır. Lakin, bu məsələdə işləmək yalnız mərkəzi səviyyədə, yerli səciyyələri nəzərə almadan nəticə verən deyildir – bələdiyyə hakimiyyətinin rolu və məsuliyyəti də müəyyənləşdirilməlidir. O, bölgə səviyysində mövcud olan təmayüllərin təhlilini təmin etməli, mütərəqqi, insan rifahına yönəlmiş yerli inkişaf üçün zəmin yaratmalıdır.
Gürcüstandakı oyun biznesi
Gürcüstanda oyun biznesinin yüksəlişi Sovet İttifaqının süqutundan sonra başladı. Bazar iqtisadiyyatı sisteminə keçmək regionda yeni sahələrin inkişafına təkan verdi, onların arasında azartlı oyunlar da var. Oyun biznesinə qarşı liberal siyasət yürütmək keçmiş sistemlə qarşıdurmanın misallarından biri idi. O, həm idarə, həm də istehsalat sektorunda sovet təcrübəsindən fərqli modellər yaratmalı idi. Gürcüstan oyun biznesinin nəzarətdən buraxmağa başlayan postsovet ölkələrdən birincisi idi. Ölkədə oyun biznesinin qurulmasının ümumi modeli fəaliyyətə düşdü. Həmin fəaliyyətə görə, belə bir müəssisələrin yerləşdirilməsi bütün ölkə miqyasında mümkün oldu. Qızılgüllər inqilabından sonra 2005-ci ildə bu biznes üçün fərqli vergi rejimi tətbiq edilməyə başladı. Biznesin bəzi ərazi vahidlikdə oyun müəssisələrinin qurulması təqdirdə vergidən azad edildi.
Gürcüstanda oyun müəssisələrinin böyük hissəsi turist və sərhədyanı bölgələrdə yerləşmişdir. Milli Statistika Bürosunun məlumatı ilə, hazırda Gürcüstanda oyun biznesinin 1030 subyekti qeydiyyatdan keçmişdir. Fəaliyyət göstərən subyektlərlə böyük hissəsi Tbilisidə (83), Acarıstanda (40) və Samtsxe-Cavaxetidə (11) rastlaşırıq. Bu verilmişlər məhz azartlı oyunların turizmlə əlaqəsinin göstəricisidir. Sərhədyanı tərəflərdə oyun müəssisələrinin çoxu „Oyun turizmi“-nin qaynağıdır. Yuxarıda qeyd etdiyimiz kimi, qonşu ölkələrdə azartlı oyunlar, bir qayda olaraq, sərt şəkildə tənzimlənmiş və ya qadağandır. Bunun üçün də, həmin ölkələrdən Gürcüstana gələnlərin sayı çoxdur.
Oyun biznesinin iqtisadiyyata olan təsiri
Şəksiz ki, oyun industriyası həm dövlət, həm də investor üçün sərfəli biznesdir.
- 2022-ci ildə oyun biznsinin dövriyyəsi 50 milyard larini keçdi. Bu 2021-ci ilin verilmişlərilə müqayisədə 709 mlrd lari ilə, 2020-ci ilə nisbətən isə 20.556 mlrd laridən çoxdur;
- 2022-ci ildə Gürcüstanda biznes-sektorunun dövriyyəsi 8 mlrd lari təşkil etmiş və burda oyun biznesinin payı isə 29% idi;
- 2022-ci ildə oyun biznesindən çox gəlir qismən yalnız topdan və pərakəndə ticarətdən gəldi (38%).
Son dövrün tədqiqatları Gürcüstanda oyun biznesinin inkişafına dəstək verən hallar arasında bir neçə amilin altına xətt çəkirlər, o cümlədən:
(1) Çevik Qanunvericilik tənzimlənmələrinin;
(2) Sərhədyanı ölkələrdə bu sahənin ciddi tənzimlənməsinin;
(3) Ölkədə turizmin inkişaf etməsinin artmaqda olan tendensiyasının;
(4) Qonşu və bu əyləncə növünün qadağan olduğu/məhdudlaşdırıldığı ölkələrlə liberal, vizasız rejimin.
Sosial risklər
Yuxarıda təsvir edilən verilmişlər bu əyləncə industriyasının inkişafının yalnız bir cəhətidir. O onun sosial cəhətlərini örtə bilmir. Onun üçün də oyun biznesinin tarazlaşdırılmış siyasətinin təşəkkülündə Dövlətin məsuliyyəti haqqında müzakirə aparmaq vacibdir. Bu tənzimlənmənin vacibliyini, oyun biznesinin iqtisadi mənfəətini, habelə təhlükələrin bərabərliyinin araşdırılmasını və təhlilinə əsaslanmış reqlamentlərin hazırlanmasını nəzərdə tutur.
İqtisadi mənfəətlə birlikdə, azartlı oyunlar böyük sosial itkilərlə də əlaqəlidir. Dünya Səhiyyə Təşkilatının hesabatı ilə oyun biznesini mental və fiziki səhhət riskləri, depressiya, intihar, ailə münaqişələri, maliyyə problemləri, karyera və təhsildə ləngimək, kriminal davranış, alkoqol və narkotika vasitələrindən istifadə etməyi artırmaq və sairə müşaiyət edir. Buna baxmayaraq, azartlı oyunlardan istifadə etmək və istifadəçilər üzərində ondan irəli gələn mənfi amillər həm qlobal səviyyədə, həm də o cümlədən Gürcüstanda da artmaqdadır. 2023-cü ilin noyabr verilmişlərilə gəlirlər xidməti bazasında azartlı oyun aludəçisi olan 10 793 şəxs qeydiyyatdan keçmişdir.
Yerli kontekst nə deyir?
Tədqiqatın miqyası və məlumat qıtlığı bizə Gürcüstanda azartlı oyunlara qarşı aludəçiliyin artmasının, ictimaiyyətin hansı seqmentinin daha həssas olsuğunun və ya bölgələrdə bu əyləncə industriyasına bağlılığın səbəbləri haqqında müzakirə etmək imkanı vermir. Lakin, azartlı oyunlara bağlılıq riskini, başqa amillərlə birlikdə, iqtisadi, sosiallaşma və mədəni inteqrasiya vasitələrinin qıtlığı artırır. Bu fikri Samtsxe-Cavaxetidə oyun biznesini müşahidə etmək gücləndirir. Əvvəlki məqalələrdə də gördüyümüz kimi, bu tərəfdə vətəndaşların oyun biznesə bağlılığı yüksəkdir. Yerli media verilmişlərinə söykənərək fikir yürütsək, bunun kompleksiv səbəbləri var. O, ictimaiyyətdə etnik azlıqların əməklə, vətəndaş və ya mədəniyyət inteqrasiyasını axsadır. Buna ümumiyyətlə ölkədə mövcud olan ağır sosial və iqtisadi fon, yerli səviyyədə əyləncə, rekreyasiyanın alternativ mexanizmlərinin qıtlığı da əlavə edilir.
Məqalə “Etnik azlıqlarla məskunlaşmış bölgələrdə informasiya və təhlilin əlçatımlığı yolu ilə ictimaidayanıqlığın artırılması” layihəsi çərçivəsində Müharibə və Sülhü İşıqlandırma İnstitutu (IWPR) tərəfindən verilmiş fondlarla, Birləşmiş Krallıq Hökumətinin maliyyə dəstəyilə tərcümə edilmişdir. Məqalədə verilmiş düşüncələr, əsas faktlar və nəticələr yalnız müəlliflərə məxsusdur və onlar IWPR və Birləşmiş Krallıq Hökumətinin baxışlarını əks etdirmir.