Postsovet dövrdə mənzil siyasəti məsələsi aktuallaşmışdır. Bunun səbəbi planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçiş, bir kapital kimi daşınmaz əmlakın peyda olması oldu. Beləliklə, bu kimi kapitala əlçatımlıq ümumi mənfəət deyil, bir məziyyətdir. Qarşıdakı məqalədə yaşayış yerinin əlçatımlığı problemi və Gürcüstan reallığında mövcud olan təcrübələrə toxunulur.
Bu mövzu ilə niyə maraqlanmalıyam?
Mənzil siyasəti insanın fundamental, ləyaqətli iş yeri hüququ ilə birbaşa bağlıdır. Beynəlxalq praktika həmin hüquqa əlçatımlıq üçün müxtəlif yollar yaradır və ölkələrdə mövcud olan problemlərin həlli üçün tövsiyyələr verir. Gürcüstan reallığında nə kimi imkanlar və təcrübələrin mövcud olduğunu və onların beynəlxalq tövsiyyələrə nə qədər uyğunlaşdıqlarını bilmək əhəmiyyətlidir.
Rəyimiz
Gürcüstanda mənzil siyasəti olduqca zəifdir. O ehtiyac içində olan şəxslərə çox az toxunur, onların tam spektrini əhatə edə bilmir və müxtəlif qrup üçün ümumi dəstəkverici mühit yaratmır.
Nəyi bilməliyik?
Dövlətin vahid, sistemli mənzil siyasəti yoxdur, bunun üçün insanlar ağır vəziyyətdə yaşamalı olurlar. Gürcüstanda yaşayış yeri çağırışlarını bu kimi məsələlər problemli edir:
Daşınmaz əmlakın alınması və kirayə məsələsi - Gürcüstanda daşınmaz əmlakın qiyməti son illərdə olduqca artmışdır. kirayənin qiyməti də eyni aqibəti paylaşır. Beləki, yerli əhali üçün mənzilin alınması/kirayələnməsi olduqca aşağıdır. Bu məsələ, habelə, bölgələrdən gələn tələbələr üçün də əhəmiyyətlidir, çünki universitetlərin əksəriyyətinin tələbə yataqxanaları yoxdur. Olanlarında da yerlər məhduddur və bəzi tikili ümumiyyətlə təhlükəsizlik standartlarını təmin etmir. Müvəqqəti olaraq kirayə ilə təmin etmək proqramları mövcuddur (həm bələdiyyə, həm də mərkəzi səviyyədə). Onlar, xüsusilə ehtiyacı olan şəxslərə (Məs. Sosial cəhətdən müdafiə edilməyənlərə, ekomiqrantlara, zorakılıq qurbanlarına və s.) məhdud çüddət içərisində kirayə pulunu versələr də, artmaqda olan qiymətlərə paralel olaraq kirayənin maliyyələşdirilməsi artmır.
Borc, ipoteka və evdən çıxarmaq – tənzimlənməmiş bank münasibətləri və kredit bumu əhalinin böyük hissəsinin borclanmasına səbəb oldu. Əgər 2012-ci ildə fiziki şəxslərə verilmiş kreditlərin ümumi həcmi ÜDM-nin 15-16%-ni təşkil edirdisə, 2023-cü il üçünsə bu göstərici 37.3%-ə bərabər oldu. Ədalətsizlik siyasəti ucbatından, özəl sələmçilər və bankların tələbilə, insanları evlərindən çıxarırlar. Dövlət onlara heç bir ani/vaxtlı və adekvat alternativ yaşayış yeri təklif etmir.
Sosial yaşayış xidməti – Həssas qruplara sosial yaşayış yeri təklif edən proqram, 10 yıllık yaşamaq qarantiyası və qısamüddətli müqavilələr dayandırılmış, beləki, burda yaşayan ailələr istənilən vaxt tək tərəfli və əsaslandırılmamış qərarlar ucbatından yaşayış yerlərini tərk etmək məcburiyyətində qala bilərlər. Habelə, yaşayış şəraitləri, bir çox hallarda, yaşayanlar üçün ləyaqətli həyatın minimum standartlarını belə təmin edə bilmir. Məsələn, Kutaisi sosial yaşayış binası yaşamaq üçün əlverişli olmayan, keçmiş rabitə müəssisəsidir; Yuxa divarlara görə həmin binada daima səs var bu isə onların psixi vəziyyətinə böyük təsir edir və s.
Sığıncaq – Yaşayış yerlərindən fərqli olaraq sığıncaqlar uzun müddətli yaşayış və ailə mühitini nəzərdə tutmur. İnsanlar ora xüsusi hallarda düşür – dondurmalarda, küçədə qaldıqda, ailə zorakılığına məruz qaldıqda və s. Tbilisidə, Lilo ərazisində sosial yaşayış yerlərinə nisbətən müəyyən standartları təmin edən sığıncaq açılmışdır, lakin birincisi müraciətlər çox azdır, ikincisi də insanların uzunmüddətli yaşaya bilmələri üçün real yaşayış yeri kimi deyildir. Bununla belə, lokasiya da ayrıca bir çağırışdır, çünki şəhərin o biri ucunda yerləşir, bundan əlavə müxtəlif xidmətlərə əlçatımlıq, benefisiyarların şəxsi məkanın olmaması və s. da problemdir.