Demokratiyanın heç vaxt Dövlətin idarəsində iştirak etmək istəyənlərin üzünə qapını bağlamaq kimi imkanı olmayıb. Təəssüflər olsun ki, Gürcüstanın siyasi elitası bu məsələ ilə bağlı qərar qəbul etdikdə daima əksinə davranıb (nadir istisnalar xaric).
Son 30 il ərzində gürcü siyasətinin başlıca problemlərindən biri “Majoritarizm” seçki üslubudur. „Majoritarizm“ sadəcə seçki sistemi deyildir. O, elitalar tərəfindən hakimiyyəti əldə etmək, onu həyata keçirmək və sonra başqasına ötürmək prosesini necə gördüklərinə dair siyasi qavrayış məntiqidir. Masjoritarizmin əsasını təşkil edən konsepsiya “Hər şey qalibindir” baxışıdır. O, hakimiyyətin, beləliklə, məsuliyyətin bölüşdürülməsinin istənilən modelini təkzib edir. Majoritarizmdə şərikli iştirak, razılaşmalar, kompromislər institusional məntiqdən irəli gələrək əvvəlcədən qeyri-mümkündür və bu hal, majoritarizmi sıfır nəticə oyununa çevirir.
Majoritarizm siyasi iştirakı iki səviyyədə ləngidir:
- İlk növbədə zəif qruplar qarşısında hədlər qoyur;
- Sonra isə, ilk həddi aşan, ancaq çoxluq əldə edə bilməyənlərin siyasi proseslərdə effektli işitrak etmək imkanlarını əllərindən alır.
Siyasi sinfimiz məhz bu sistemli məntiqə uyğun şəkildə davranır və yuxarıda gətirilən nəzəri mülahizələri dəqiq şəkildə təkrarlayır, nəticədə isə qütbləşməyə gəlib çıxırıq. Aydın məsələdir ki, bu vəziyyət cavab tələb edir. Cavab özü-özlüyündə majoritarizmin süqutuna zəmanət verməlidir. Prosesisə onun əsaslarından, seçki sistemindən başlatmalıyıq. Bu dəfə yalnız Parlament seçkilərindən danışacam.
Bu möczunu niyə müzakirə edirik?
2021-ci ilin baharında müxalifət və hakimiyyət, “Mişel sənədi” adlandırılan sənəd çərçivəsində, seçki həddinin 0,67%-dən 2%-ə kimi endirilməsi barədə razılığa gəldi. Bir neçə ay əvvəl “Mokalakeebi” (Vətəndaşlar – tərc) partiyası və hakim komanda razılaşmasında da həddin 2024-cü il üçün 3%-dən çox olmaması qeyd edilmişdi. İyul ayında çoxluq „Mişel sənədini” tərk etdi, lakin, buna baxmayaraq, 7 sentyabrda növbəti iki parlament seçkiləri üçün həddin 2%-ə qədər endirilməsi ideyasını Parlament ilk dinləmə ilə dəstəklədi.
Bundan sonra proses dayandı. Sonradan hakim partiya Konstitusiyaya daxil edilməli olan həmin dəyişikliyi Avropa İttifaqına namizədlik statusunu almaq səbəbi kimi qələmə verdi. Namizədlik məsələsi 2023-cü ilin sonuna kimi məlum olacaqdır. Hazırda mövcud olan verilmişlərlə isə, 2024-cü il seçkiləri tam proporsional sistemlə keçiriləcəkdir. Parlament üzvlərinin sayı 150, Seçki həddi isə 5% olacaqdır. Qarşıdakı məqaləmizdə Gürcüstanda bu qədər böyük həddin niyə yolverilməz olduğunu izah etmək istəyirik.
Bizim rəyimiz
Doğrudur, hakimiyyət bir tərəfdən illər ərzində qaldırılan əsas tələbi təmin etdi – ölkə yaxınlaşmaqda olan seçkiləri tam proporsional sistemlə qarşılayır, ancaq, eyni zamanda, o yüksək seçki həddini qoruyub-saxladı və bununla majoritar sistemi üçün səciyyəvi olan məntiqi müdafiə etdi. Beləliklə, 2024-cü ilin seçki sistemi yalnız iki siyasi gücə - “Gürcü arzusuna” və “Vahid Milli Hərəkata” əl verir. İllərdir ki, bu güclərin qarşıdurmaları Gürcüstandakı qütbləşməni qidalandırmaqdadır nəticədə isə ölkənin inkişafına ciddi maneə törədilir, 5%-lik sədd şəraitində belə mahiyyət etibarı ilə dəyişən bir şey olmayacaq; mövcud kontekst və proseslərin mümkün ola biləcək inkişafını nəzərə alaraq, qütbləşmə get-gedə daha da dərinləşəcəkdir. Bu model konsensusa əsaslanmış siyasətin yaranma şansını gələcəkdə də qeyri-mümkün edir.
Problem nədir?
2024-cü ildə planlaşdırılmış seçkilərdən sonra belə, Gürcüstan majoritar siyasətə məhkumdur. Bu iki cəhətdən problemlidir:
Birinci məsələ itirilmiş səslərin böyük göstəricisidir. Həmin itkiyə yüksək seçki həddi səbəb olur. Bu isə vətəndaşların bir hissəsini ölkəni idarə etməkdən kənarda qoymaq deməkdir. Bu cür sistemdə partiyalarının seçki həddini keçə bilməyən vətəndaşlar Parlamentdən kənarda qalırlar. Məsələn, 2020-ci ilin seçkilərində 5%-lik hədlə keçirilsə idi, seçici səslərinin 25% itəcəkdi, 2016-cı ildə (5%-lik hədlə keçirildi) isə - 20%-dək. Belə bir vəziyyətdə, hər dördüncü və ya beşinci adam nümayəndəsiz qalır. Bu isə Parlamentdə onun maraqlarını heç kəs müdafiə edən deyil deməkdir. Majoritarizmin ilk məqsədinə belə nail olunur: nisbətən kiçik qruplar üçün siyasətdə iştirak etmək imkanının əlindən alınması.
İkinci məsələ hərşeyəqadir çoxluğun təşəkkülüdür. Gürcüstanda qüdrətin mərkəzləşməsi həmişə problem olub. Bizdə, kolaisiya hökumətləri belə yavaş-yavaş təkqüvvəli hakimiyyətlərə çevrilirdi. Hazırkı siyasi landşaftı nəzərə alaraq, mövcud olan həddi 2, maksimum 3 partiya aşa bilər. Bu isə bir qrupun böyük çoxluqla hakimiyyətə gəlməsi üçün əlverişli əsaslar yaradır və nəticədə qalib gələn bütün cilovlara sahib olur, məğlub olan isə hər şeyi uduzur, ölkənin idarəçiliyində heç pir payı qalmır. Bu hal, qalibdə siyasi qüvvəni başqası ilə paylaşmamaq, məğlub olanda isə məsuliyyəti üzərinə götürmək motivasiyasını itirir. Majoritarizm üçün səcivvəyi olan ikinci məqsədə də məhz belə nail olunur: müxalifət siyasi proseslərdə effektli iştirak etmək imkanından məhrum edilir.
Son dövr Gürcüstanda seçkilər sistemi necə fəaliyyət göstərir?
2016-cə il seçkilərində gürcü arzusu ictimai dəstəyindən 57,47%-lə artıq mandat aldı, Milli hərəkat və Patriotlar (Vətənpərvərlər) alyansı isə - 33,60%-lə və 20,15%-lə az. Seçkilər 2024-cü il modeli ilə keçirilsə idi, hamısı ala biləcəklərindən daha çox səs alacaqdı – Gürcü arzusu 24,60%-lə, Milli hərəkat 22,94%-lə, Patriotlar alyansı 19,76%-la.
2020-ci il seçkilərində isə Gürcü arzusu ictimai dəstəyindən 24,42%-lə artıq mandat aldı, Milli hərəkat və başqa 9 partiya isə 11,69%-lə və 13,27%-lə az. Seçkilər 2024-cü ilin modeli ilə keçirilsə idi, mandatlara yalnız iki partiya sahib ola biləcəkdi. Gürcü arzusunun 32,72%-lə, Milli hərəkatın isə 32,45%-lə daha çox səsi olacaqdı.
Statistika qarışıq sistem şəraitində hakim partiyanın yerdə qalan siyasi partiyalardan mandatları oğurladığını göstərir, tam proporsional və yüksək hədd olduqda isə, həddi keçə bilən partiyar – həddi keçə bilməyənlərdən. Seçici perspektivindən, bu mandatlar əldən alınmış nümayəndələr deməkdir. Parlametin funksiyasının ictimai əhval-ruhiyyəni Qanunvericilik orqanına təqdim etməkdən ibarət olduğunu nəzərə alsaq, 2024-cü il üçün planlaşdırılan seçkilər buna xidmət edə bilməyəcək, əksinə, mane olacaqdır.
Çıxış yolu hardadır?
Yuxarıda gətirilən arqumentlər göstərir ki, 2024-cü il üçün majoritar siyasi sistem bir dayaq kimi qüvvədə qalır. Hətta hazırda qüvvədə olandan belə daha da möhkəmlənir, çünki:
- Əsas partiyalar, ilk növbədə isə hakim partiya, onlar üçün daha da əlverişli vəziyyət alır, nəinki 2020-ci il seçkilərində;
- Nisbətən kiçik siyasi birləşmələrin Parlamentə daxil olmaq şansları və orda ictimaiyyətin müvafiq qruplarını təmsil etmək imkanları faktiki olaraq olan deyil.
Qütbləşməni azaltmaq və inklüziv siyasəti tətbiq etmək üçün majoritar sistemi əvəz edilməldir. Seçki sistemi bu işdə əhəmiyyətli, ancaq yenə də çoxsaylı komponentlərdən yalnız biridir. Beləliklə, hazırda siyasi gündəlikdə itib-batmış seçki həddi məsələsini fəallaşdırmaq lazımdır. İdeal hədd, 0,67% olardı, lakin o 2%-i ümumiyyətlə keçməməlidir.
Məqalə Heynrix Böll Fondunun Tbilisi Ofisinin dəstəklədiyi “Gürcüstanda inklüziv və konsensusa əsaslanmış siyasi mühitin dəstəyi” layihəsi çərçivəsinə hazırlanmışdır. Məqalədə söylənilən fikirlər “Komentara” aiddir və ola bilsin ki, Heynrix Böll Fondunun Tbilisi Ofisinin baxışlarını əks etdirməsin.