“Komentar” Gürcüstanda və dünyada baş verən proseslər haqqında geniş ictimaiyyətə tənqidi baxış təqdim edən peşəkarları özündə birləşdirən bir platformadır.
Yoxsulluq – Xalq üçün ən əhəmiyyətli problem Parlament üçün nə qədər əhəmiyyətlidir
November 13, 2023

Liberal demokratiya siyasi nümayəndəlik çərçivəsini  fundamental şəkildə dəyişmişdir. O, xalqın ehtiyacları üzərində işləmək üçün  yer qoymadı.  Eyni təmayüllə Gürcüstanda da rastlaşırıq. Bu hal özünü seçicilər və siyasi elitanın yadlaşmasında büruzə verir.  İctimaiyyət üçün yoxsulluq və iqtisadi bərabərsizlik əsas problemdir, lakin siyasi gündəlik sosial narahatçılıqdan kənar düşübdür.

Qarşıdakı məqalədə Parlament üçün ölkədə xalqı narahat edən şeylərin nə qədər prioritetli olduğunu göstərməyə çalışacağıq.

Bu mövzu məni niyə maraqlandırmalıdır?

Son tədqiqata görə,  əhali üçün qiymətlərin artması, iş yerlərinin olmaması və yoxsulluq ən böyük çağırışdır.  Ölkənin iqtisadi vəziyyətini vətəndaşlardan  hər ikincisi mənfi qiymətləndirir.  Əhalinin yarısının isə Hökumətin və yaxud Parlamentin həmin problemlərin öhdəsindən  gələ biləcəyinə  şübhə ilə yanaşır.  Parlament vəziyyəti yaxşılaşdırmaq üçün nə edə bilər?

Rəyimiz

Parlament yoxsulluq, işsizlik və iqtisadi bərabərsizliyi yenmək üçün əlindəki mexanizmlərdən lazımınca istifadə etmir.

 Parlament nə işlər görə bilər?

Parlament bu problemlər üzərində işləmək üçün öz nəzarətçilik funksiyalarından istifadə edə bilər.   Nəzarətçiliyin adresatı ölkədə sosial və iqtisadi rifaha məsul olan struktur ola bilər. Bu Baş-Nazir qismində ümumiyyətlə Hökumət, habelə İqtisadi və Dayanıqlı İnkişaf Nazirliyi,  İşğal altında qalan Ərazilərdən Qaçqınlar, Əmək və Sosial müdafiə Nazirliyi  və başqası ola bilər.

Parlament üzvləri müxtəlif nəzarət mexanizmindən həm fərdi, həm də kollektiv şəkildə istifadə edə bilərlər. Misal üçün, hər bir deputat məsul idarələrə sualla müraciət edə bilər, ölkənin sosial-iqtisadi vəziyyətinə təsir bağışlayan məsələlərlə bağlı cavab tələb edə bilər.   Parlament üzvləri, reqlamentə əsasən, vəzifəli şəxsi Ali Nümayəndəlik Orqanına çağıra və ondan hesabat təqdim etməyi tələb edə bilər. Hakimiyyətin Qanunvericilik qolu işsizlik və iqtisadi vəziyyətlə bağlı məsələləri araşdıra, aidiyyatlı orqanlara tövsiyələrlə müraciət edə, bu məsələlərlə bağlı işçi qruplar formalaşdıra bilər və  sairə .

Lakin, bizim üçün maraqlı olan işlərlə bağlı Parlament həmin mexanizmlərdən nə qədər istifadə edir?

Məsələn: 2022-2023-cü illərdə (10 oktyabradək mövcud olan verilmişlərlə)  deputatlar Baş-Nazirə sualla 5 dəfə müraciət etdilər, Səhiyyə Nazirinə 68 dəfə,  İqtisadiyyat Nazirini isə 60 dəfə. Bu suallardan 4-ü işlə təmin və qiymətlərin artması  ilə bağlı idi.

Eyni dövrdə Baş-Nazirə qarşı interpellasiyadan iki dəfə, İqtisadiyyat Nazirinə qarşı iki dəfə, Səyihhə Nazirinə qarşı isə bir dəfə istifadə etdilər. Bilavasitə sosial cəhətdən müdafiə edilməyən şəxslərə qarşı  işsizlik və işlə təminlə bağlı sual bir dəfə yalnız Səhiyyə Nazirlinə verilib.

Parlamentin məlumatna əsasən, 2022-2023-cü illərdə 28 tematik araşdırma keçirildi.  Lakin onlardan heç biri qiymətlərin artması, yoxsulluq və işsizlik məsələlərinə toxunmurdu.


Məqalə Heynrix Böll Fondunun Tbilisi Ofisinin dəstəklədiyi “Gürcüstanda inklüziv və konsensusaəsaslanmış siyasi mühitin dəstəyi” layihəsi çərçivəsinə hazırlanmışdır. Məqalədə söylənilən fikirlər “Komentara” aiddir və ola bilsin ki, Heynrix Böll Fondunun Tbilisi Ofisinin baxışlarını  əks  etdirməsin.

Məqalə hazırlanmışdır
თამარ გვასალია
Tamar Qvasaliya
Hüquqşünas
ვახუშტი მენაბდე
Vaxuşti Menabde
Şərikli təsisçi, Demokratiya istiqaməti redaktoru