“Komentar” Gürcüstanda və dünyada baş verən proseslər haqqında geniş ictimaiyyətə tənqidi baxış təqdim edən peşəkarları özündə birləşdirən bir platformadır.
Yerli səviyyədə etnik azlıqların səsi niyə eşidilmir?
February 6, 2024

Liberal demokratiyada formalaşmış idarə modelləri vətəndaşın siyasi rolunu zəiflədərək elitaya həddindən artıq güc verdi. Vaxt keçdikcə xalqın siyasi nümayəndəlik ideyası ilkin  hədəflərə  cavab verə bilmədi. Narazılıq və etirazlar artdı. Bu isə elitanın stabilliyinə təhlükə yaratdı və o gücünün yarısını güzəşt getməyə məcbur oldu.  Nümayəndəli demokratiya yəni qərarın alınma prosesində vətəndaşların iştirakına yönəlmiş idarə modeli belə yarandı. Vaxt keçdikcə onun mexanizmləri də inkişaf etdi. Lakin dövlətlər bu vaxta qədər, cəmiyyətin hər bir qrupu üçün iştirakın bərabər imkanlarını yarada bilmədilər. Bu sonuncusu xüsusilə etnik azlıqlar haqqında deyilə bilər, nəticədə siyasətin təşəkkülündə onların ehtiyaclarını nəzərə almaq ləngiyir və ictimaiyyətin üzvləri arasındakı bərabərsizliyi dərinləşdirməyi artırır. Bu   Gürcüstan üçün də bir çağırışdır.

Bu mövzu ilə niyə maraqlanmalıyam?

Yerli səviyyədə siyasətçilərin aldığı qərarlar həyatımıza birbaşa təsir göstərir. Beləliklə, demokratiyanın şərti odur ki, bu prosesə vətəndaşların da təsir imkanı olsun. Dövlət orqanlarından siyasəti planlaşdırdıqda bizim ehtiyaclarımızı nəzərə almalarını tələb etməli və onların fəaliyyətlərinə nəzarət etməliyik. Bunun üçün qəraralma prosesində cəmiyyətin hər bir qrupunun iştirakının necə təmin edildiyini, nə kimi maneələrlə üzləşdiyimizi və həmin meneələri aşmaqda dövlətin nə kimi işlər gördüyünü, qəraralma prosesində iştirakımıza nəyin mane olduğunu bilməyimiz çox əhəmiyyətlidir.

Rəyimiz

Etnik azlıqların yerli səviyyədə iştirakını bir neçə amil çətinləşdirir. Həmin amillər bunlardır: (1) mədəni, sosial və iqtisadi maneələr; (2) prosedual çatışmazlıq. Lakin, yalnız bu problemləri təhlil etmək bizə qənaətbəxş cavab verə bilməz.  Başlıca  problem siyasi seçimdir. Hakimiyyət ictimaiyyətin cəlbolunmasının yerli  orqanlar üzərinə xalq nəzarətini gücləndirdiyini, əl-ayağını bağlayacağını, ictimaiyyət qarşısında məsuliyyətini artırdığını yaxşı bilir.  Beləliklə,  iştirakı təşviq etmək və onu populyarlaşdırmaq elita üçün siyasi cəhətdən əlverişli deyildir.

Qəraralma prosesində ictimai iştirakın nə kimi əhəmiyyəti var?

Qəraralma prosesində iştirak etmək nəinki xalqın səsini gücləndirir, siyasi səviyyədə onların ehtiyaclarını önə sürür və xalqa yönəlmiş siyasəti formalaşdırmaq imkanı yaradır, habelə  demokratiyanın keyfiyyətini də  artırır. İctimaiyyətin iştirakı dövlət orqanlarını şəffaf işləməyə məcbur edir.  Bu prosesdə ictimaiyyətin iştirakı qərar vermək istəyənlərə qarşı etibarı artırır və onları   daha da  hesabatlılı edir. Bu isə Dövlətin fəaliyyətini legitimləşdirir. Bu kimi modeldə qərar nəinki hakimiyyətdə olan şəxslərin, habelə bilavasitə xalq tərəfindən, onların xeyiri üçün qəbul edilir.

Gürcüstan Qanunvericiliyi ilə iştirak zəmanətləri

2015-ci ilin qanunvericilik dəyişikliyilə Gürcüstanda yerli səviyyədə qəraralma prosesində vətəndaşların cəlbolunma mexanizmləri  genişlədildi. Dövlətin bu addımı əvvəlcə müsbət qiymətləndirildi, çünki o özünüidarəetmələrlə əhali arasındakı münasibətlərin fəallaşma şansını artırırdı. Lakin,  Son vaxtlardakı tədqiqatlar həmin mexanizmlərin çatışmazlıqlarına diqqət verir. Burda bir neçəsini müzakirə edəcəyik:

Yaşayış məntəqəsinin ümumi toplantısı:   iştirakın bu şəkli az-çox müsbət qiymətləndirilmişdir. O ümumi toplantı haqqında vətəndaşlara xəbər verməyi, onların cəlbolunmalarını,  toplantıda alınan qərarın icbari şəkildə müzakirəsini və yekun qərar haqqında əhalinin məlumatandırılmasını nəzərdə tutur.  Bununla belə, bələdiyyə merləri ildə iki dəfə öz təşəbbüsləri ilə ümumi toplantı çağırmağa borcludurlar. Bu qeyd praktikanın tətbiqi və inkişafına dəstək verir.

Vətəndaş Müşavirlər Şurası: Bu mexanizm bələdiyyə merisinin məşvərət orqanıdır. Onun tərkibinə əhalinin nümayəndələri daxildirlər. Mer Müşavirlər Şurasına bələdiyyə büdcəsinin layihəsini, məkan planlaşdırma sənədlərini, coğrafi obyektlərə advermə təkliflərini, sosial layihələri və   s. təqdim etməyə borcludur. Lakin, bu mexanizm haqqında qanunun bəzi qeydləri qaranlıq və çatışmaz olaraq qalır. Məsələn:

  • Aydın deyil, Şuranın formalaşması Merin vəzifəsidir, yoxsa onun xoş məramı;
  • Müşavirlər Şurasının tərkibi Merin istəyindən asılıdır, bu isə bütün maraqlı şəxslərin iştirakını təmin edə bilmir;
  • Şuranın qərarlarının dərcinin və onunla bağlı vətəndaşların düşüncələrini qəbul etmək qaydası müəyyənləşdirilməmişdir. Halbuki bu Şuranın  fəaliyyətini dahada şəffaf edərdi.

Şəhər şuraları (Sakrebulo) və komissiya iclaslarında iştirak etmək: Vətəndaşlar bələdiyyələrin iclaslarında  əvvəlcədən xəbər vermədən, icazə almadan iştirak edə bilərlər, lakin:

  • Praktikada vətəndaşlara buraxılış vəsiqələri lazımdır. Şəhər şurasının isə vəsiqə vermək öhdəliyi yoxdur. Bu cəmiyyətə əhəmiyyətli menaələr yaradır;
  • Vətəndaşların məruzəçiyə sual verməsi iclas rəhbərinin xoş məramından asılıdır.  Həmin reqlament  cəlbolunmanı ləngidir və iştirak formal xarakter daşımış olur.

Hesabatları dinləmək:  Qanun hesabatın formatını və  onun əhatə etməli   olduğu icbari informasiyanın siyahısını müəyyənləşdirmir.  Tədqiqatlar hesabatların təqdiminin formal xarakterli olduğunu göstərir. Vəzifəlilər bir çox hallarda hesabatları ya ümumiyyətlə təqdim etmirlər, ya da qapalı auditoriya qarşısında oxuyurlar.   Hesabatın təqdim edilmə tarixi və prosedurları haqqında xəbər də  nadir hallarda dərc edilir.

Bu çatışmazlıqlardan savayı, bəzi müəllif Qanunvericiliyin iştirakçılıq üzrə bir çox mütərəqqi, beynəlxalq səviyyədə tanınmış şəklini tanımır. Həmin iştirak şəkillərini, hansılar ki, vətəndaşlar və özünüidarətmələr arasındakı əlaqəni  gücləndirir. Məsələn: Vətəndaşlar xartiyası; Vətəndaş laboratoriyası; Azad məkan texnologiyası; Vətəndaşlar assambleası; Elektron kommunikasiyaları və s. Lakin, qanun bələdiyyələrə əlavə mexanizmlər müəyyənləşdirmək və iştirak imkanlarını genişlətmək üçün imkanlar verir. Burda problem münasibətdədir −  idarəçi xalqı siyasətin formalaşmasına cəlb etməkdə nə qədər maraqlıdır.

Qəraralma prosesi ndə etnik azlıqların iştirakına mane olan nədir?

Platformamız son aylar ərzində Ninotsmindada, Qardabanidə, Marneulidə və Axalkalakidə yaşaya etnik azlıqlar nümayəndələrilə görüşlər keçirdirdi. Görüşlər bizə iştirakla bağlı problemlərin miqyasını və müntəzəmliyini göstərdi. İştirakın formaları ilə əlaqəli prosedual nöqsanlardan əlavə ki, bu ölkənin bütün vətəndaşı üçün  maneə törədən ola bilər,  etnik azlıqlara dil maneəsi və onunla əlaqədar olan informasiya qıtlığı əlavə çətinliklər yaradır.  Yerli özünüidarəetmə orqanaları qəraralma prosesində iştirak etmək imkanı haqqında məlumatı lazımınca yaymırlar.

Bu kimi maneələri kənd və bələdiyyə mərkəzini birləşdirən yol infrastrukturunun nasazlığı, ictimai nəqliyyat vasitələrinin qıtlığı, taksi tutmağın bahalığı və s.  problemlər də müşaiyət edir. Görüşlərin göstərdiyi kimi, ölkəmizin başqa tərəflərində olduğu kimi, bu bələdiyyələrdə də iqtisadi  kasadlığa görə əmək mühacirəti halları tez-tez baş verir.  Məlum olduğu kimi xaricə işləməyə əsasən kişilər gedir. Bu isə  təbiidir ki,  qadınların ailədəki iş yükünü artırır, ailəyə başçılıq etmək məsuliyytini onların boynuna qoyur. Belə şəraitdə isə  ailədən kənardakı məsələlərin qayğısını çəkmək üçün vaxt qalmır. Bu isə qadınların icma problemləri haqqında müzakirəyə fəal qoşulmağına mane olur.


Məqalə “Etnik azlıqlarla məskunlaşmış bölgələrdə informasiya və təhlilin əlçatımlığı yolu ilə ictimaidayanıqlığın artırılması” layihəsi çərçivəsində Müharibə və Sülhü İşıqlandırma İnstitutu (IWPR) tərəfindən verilmiş fondlarla, Birləşmiş Krallıq Hökumətinin maliyyə dəstəyilə tərcümə edilmişdir. qalədə verilmiş düşüncələr, əsas faktlar və nəticələr yalnız müəlliflərə məxsusdur və onlar IWPR və Birləşmiş Krallıq Hökumətinin baxışlarını əks etdirmir.

Məqalə hazırlanmışdır
თამარ გვასალია
Tamar Qvasaliya
Hüquqşünas
ვახუშტი მენაბდე
Vaxuşti Menabde
Şərikli təsisçi, Demokratiya istiqaməti redaktoru