„Komentar“ tərəfindən keçirilmiş kəmiyyət xarakterli araşdırmanın verilmişlərinə əsasən, respondentlərin 63% narazı və yaxud, həddindən artıq narazıdır, 33% əməklə bağlı məsələlərin həllində dövlətin roluna qarşı neytral bir münasibət bəsləyir. Hətta, respondentlərin böyük əksəriyyəti işdə mövcud olan çağırışların öhdəsindən iş yerini əvəz etməklə (21%), başqa iş əlavə etməklə (32%) gəlir və yaxud, problemlərin öhdəsindən müstəqil şəkildə ümumiyyətlə gələ bilmir (18%). Bu isə aydın şəkildə mövcud çağırışların həllində Dövlətin rolunu və funksiyasının lazımınca olmadığını göstərir.
Son illərdə səhiyyə sektorunda xərclərin artması və ümumi səhiyyə proqramının qüvvəyə minməsinə baxmayaraq, səhiyyənin əlçatımlığı yenə də problem olaraq qalır. Tibbi xidmətlərin əlçatımlığı və ictimai sağlamlığın idarəsində əhəmiyyətli halqa olan ilkin səhiyyənin Gürcüstandakı miqyası hələ də məhduddur.
Təhsil hüququ Gürcüstan Konstitusiyası ilə zəmanət verilmiş bir hüquqdur. Bu hüququn kamil surətdə realizəsi Demokratik bir Dövlət qurmaq üçün vacibdir. Eyni zamanda, təhsilin əlçatanlığı cəhətdən maneələri insanları kamil surətdə yaşamaq imkanından məhrum edir.
Etnik azlıqlar üçün keyfiyyətli təhsil almaq potensiallarının, vərdiş-bacarıqlarının, bilik və imkanlarının inkişaflarının ilkin şərtidir, çünki ictimai həyatda onların effektli inteqrasiyaları üçün zəruridir.
Dünya Səhiyyə Təşkilatının məlumatı ilə, son dövrdə azartlı oyunlara qlobal səviyyədə həm investisiya yatırılır, həm də onun istifadəçiləri artır. Oyun müəssisələrinə Gürcüstanda da hər yerdə rast gəlmək olar. Onlar xüsusilə sərhədyanı və turist bölgələrdə çoxdurlar. Bu oyuna aludəliliyi (Ludomaniya) və onu müşaiyət edən başqa sosial risk təhlükələrini artırır.
Azartlı oyunları məşhurlaşdırmaq və daha çox, onunla bağlı təhlükələrin artması bu məsələ üzərində geniş şəkildə müzakirə aparmağın vacib olduğunu göstərdi. Hazırda bu məsələ artıq demokratiya modelləri, azadlıq konsepsiyası və ictimai rifa barədə diskussiyanı özündə birləşdirir.
Ana dilini və Dövlət dillərini öyrənmək üçün eynicür şəraitlər yaratmaq demokratik ölkələrdə sosial inklüziya və inteqrasiyanın əsas cəhətlərindən biridir. Dil fərdlərin özünüifadə etmələri üçün ilkin vasitə və identliklərinin ayrılmaz hissəsidir.
Ədalət mühakiməsini həyata keçirmək prosesi ictimai həyatın ayrılmaz bir hissəsidir. Dəyərlər yaratmaq prosesinə cəlbolunan məhkəmə, ictimaiyyət qarşısında həmişə hesabatlılıq rejimindədir və özünü xalqın ehtiyaclarına istiqamətlənmiş və həssas bir təsisat kimi təqdim edir. Sosial cəhətdən duyarlı məhkəmə nə deməkdir və belə bir ədalət mühakiməsi yaratmağa necə nail olmalıyıq? Məqalənin məqsədi, ictimaiyyətin ehtiyaclarına və gözləntilərinə cavab verən ədalət mühakiməsinin bazis prinsiplərini göstərməkdir.
Gürcüstan Dövləti son 2 il ərzində ölkənin varlandığını və iqtisadiyyatın böyüdüyünü, yoxsulluğun azaldığını, habelə işsizlərin sayının tarixi minimuma endiyini deyir.
Məqalənin məqsədi hökumətin bəyənatların həqiqətə nə qədər uyğun olduğunu, həmin statistikanın necə hesablandığını, həmin bəyənatlarda nələrin üstündən keçildiyini və ölkədə toplanılan varın ictimaiyyətin əksəriyyəti üzərində öz əksini tapıb-tapa bilmədiyini müəyyənləşdirməkdir.
Gürcüstan əhalisi üçün işsizlik ən başlıca problemdir. Buna baxmayaraq, ölkədə işsizlik benefitləri sistemi mövcud deyildir. Halbuki, həmin sistem işsiz qalmış vətəndaşlara müəyyən vaxt içərisində sabit gəlirlə təmin və yoxsulluq həddi altına düşənə qədər minimum sosial zəmanətlər təklif edərdi.
Gürcüstan əhalisi üçün aşağı maaşlar və əməyin lazımınca qarşılanmaması əhəmiyyətli bir problemdir. Bu məsələnin kəskinliyi özünü xüsusilə pandemiya dövründə və cari inflasiya şəraitində büruzə vermişdir. Buna baxmayaraq Gürcüstanda əməli bir alət mövcud deyildir. Elə bir alət ki, işlə təmin olunanlar arasında əməyin ədalətli şəkildə qarşılanması və işçi qüvvənin həssas qisminin yoxsulluqdan müdafiəsini təmin edə bilsin.
Sosial siyasəti sağlam şəkildə həyata keçirmək üçün, ölkələr tərəfindən sosial müdafiə modelini düzgün seçmək olduqca əhənmiyyətlidir. Bu modellər isə bir-birilərindən fərqlənir və ölkələrin siyasi quruluşu, reasursları, dəyərləri və yaxud, digər əlamətlərində asılı olaraq dəyişirlər.
Gürcüstanda işsizlik təməl problemlərdən biridir. Ölkənin sağlam Sosial müdafiə sistemi yoxdur. İnsanlar mövcud ehtiyaclarla özləri əlləşməli olur və nəticədə, başqa iş tapa bilmədikləri üçün, qeyri-formal (qeyri-rəsmi) işlərə cəlb olunmağa məcbur qalırlar. Bununla isə zəhmətkeşin həyatı proqnozlaşmaqdan uzaq qalır.