“Komentar” Gürcüstanda və dünyada baş verən proseslər haqqında geniş ictimaiyyətə tənqidi baxış təqdim edən peşəkarları özündə birləşdirən bir platformadır.
Dövlət əmək haqlarının müdafiəsi və onu yaxşılaşdırmaqda nə kimi rola və funksiyaya malikdir?
May 30, 2024

Komentartərəfindən keçirilmiş kəmiyyət xarakterli araşdırmanın verilmişlərinə əsasən, respondentlərin 63% narazı yaxud, həddindən artıq narazıdır, 33%  əməklə bağlı məsələlərin həllində dövlətin roluna qarşı neytral bir münasibət bəsləyirHətta, respondentlərin böyük əksəriyyəti işdə mövcud olan  çağırışların öhdəsindən yerini əvəz etməklə (21%), başqa əlavə etməklə (32%) gəlir yaxud, problemlərin öhdəsindən müstəqil şəkildə ümumiyyətlə gələ bilmir (18%). Bu isə aydın şəkildə mövcud çağırışların həllində Dövlətin rolunu funksiyasının lazımınca olmadığını göstərir. 

 Bu mövzu ilə niyə maraqlanmalıyam? 

Əməkçilərin dövlətin onların haqlarının müdafiəsindəki rola ümumiyyətlə necə baxdıqlarını bilmək olduqca əhəmiyyətlidir. Bu bizə mövcud çağırışlar və onların həlli yollarını eyniləşdirməkdə kömək edəcəkdir.  

Rəyimiz 

Əmək təhlükəsizliyi, əmək hüquqlarının müdafiəsi istiqamətində  dövlət təsisatları – istər Parlament, Əmək müfəttişliyi və yaxud, məhkəmə hakimiyyəti yaşı işləməlidir. 

Əməkçilər məhkəmənin roluna necə baxır, onu necə qiymətləndirirlər.  

  İşçilər məhkəməyə, əsasən, işdən azad edildikdə müraciət edirlər.  Nə zamansa məhkəməyə müraciət edibsinizmi sualına respodentlərin az qalsın üçdə biri, ehtiyac olmasına baxmayaraq məhkəməyə müraciət etmədiyini deyir.  

 Məhkəməyə müraciət edənlər, bəzi hallarda mübahisələri qazanır, lakin, bunu olduqca az insan belə edir, bu isə ədaləti bərpa etmək üçün kifayət deyildir. Araşdırmada iştirak edən vəkillərə əsasən, işçi üçün pul gec ödənir, bundan əlavə, məhkəmə prosesi olduqca uzunmüddətli və pulla əlaqəli bir prosesdir, bu isə əməkçilərin əksəriyyəti üçün maneədir. Nəticədə, əməkçilərin ümumi vəziyyətləri bununla yaxşılaşmır.  

Əməkçilər Əmək müfəttişliyinin roluna necə baxır, onu necə qiymətləndirirlər? 

Komentarın araşdırmasında, Əmək müfəttişliyinin funksiyalarına bələd olduqlarını bildirən respondentlərdən Əmək müfəttişliyinin fəaliyyətini yalnız 8% müsbət qiymətləndirdi. Əməkçilərin söylədiklərində həmin təsisatın fəaliyyəti ilə bağlı müxtəlif münasibətlər üzərə çıxır. Bir tərəfdən,  Onun təsisat səviyyəsində mövcudluğu və fəaliyyəti əhəmiyyətli və qabağa atılmış addımdır. İkinci tərəfdən isə, Əmək müfəttişliyinin praktiki fəaliyyəti ilə bağlı tənqidlər də var. Respondentlərin bir qisminin fikrincə, müfəttişliyin fəaliyyəti effektli deyildir, çünki 

  •  Onların müvafiq mandatı yoxdur, əhəmiyyətli dərəcədə mövcud olan problemləri aradan qaldırardı. Məs. konkret şirkətlərin büdcəsi üçün  onların yazdıqları cərimələrin miqdarı heç də ağır iqtisadi yük deyil və beləliklə yazılan tövsiyyələrə əməl edilmir.  
  • Qeyri-formal əmək, onlar tərəfindən minimum dərəcədə belə nəzarət edilmir 
  • Yenidən təftiş etmək halları çox az olur – problemin düzəlib-düzəlmədiyi çox az hallarda yoxlanır 
  • Daha çox problemin həlli üzərində işləyirlər və obyektlərdə prevensiya xarakterli işlər aparmırlar.  

Çağırışların həlli barədə əməkçilərin baxışları necədir? 

 Tədqiqatda iştirak edən şəxslərin fikrincə,  problemlərin aradan qaldırılması üçün, sistemli baxış gərəkdir, həmin baxış sosial müdafiə sisteminin müxtəlif modellərinin müzakirəsini və ən yaxşı versiyasını tətbiq etməyi nəzərdə tutur. Həmin versiya fraqmental, uzunmüddətli deyil və bütün qrupları əhatə edərək heç bir əməkçini müdafiəsiz qoyan deyildir.   

Konkret məsələlər istiqamətində onların tövsiyyələri bunları əhatə edir: 

  • Müvafiq və ləyaqətli, universal minimum maaş; 
  • İş müddətindən artıq işləmək üçün əmək haqqı məsələsini (minimum faiz) qanunvericiliklə müəyyənləşdirmək; 
  • Əmək müfəttişliyi mandatını daha da genişlətmək, tərəfsizliyi təmin etmək, kadrların kvalifikasiya səviyyələrini artırmaq, problemin aşkarlanması və pozulmasının mövcud rıçaqlarını əlavə etmək, həmin təsisatı ictimaiyyətə tanıtmaq, o cümlədən, əməkçilərlə daha çox kommunikasiya, demək ki, onlara müraciət etmək konfidenskialdır; 
  • Məhkəmədə, işçi tərəfindən təşəbbüs edilmiş bütün əməklə bağlı işləri rüsumdan azad etmək və əmək mübahisələrinin  cəld və effektli müzakirəsi; 
  •  Dövlət tərəfindən kollektiv danışıqların təşviqi və işçilərin və həmkarlar ittifaqı qruplarının ehtiyacları və problemlərinin həlli 
  • Sektorlara görə,  Əmək məcəlləsində dəyişiklik etməyə ehtiyac duyulan məsələləri təmin etmək, misal üçün: əmək münasibətlərinin rəsmiləşdirilməsi, səhiyyə, təhlükəsizlik, infrastruktur və başqa əhəmiyyətli məsələlərin həlli.  Xüsusilə, təşilat tərəfindən maliyyələşmiş sağlamlığın sığortası, maaşlı dekret məzuniyyəti öhdəliyi və işsizliyi/müavinəti qəbul etmək. 

Qarşıdakı məqalə Amerika xalqı tərəfindən Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Milli-Demokratik İnstitutuna (NDI) maliyyə dəstəyi ilə hazırlanmışdır. Qeyd olunan məqalənin məzmunu üzrə məsuliyyət müəllifin üzərinə düşür və onda söylənilən fikirlər Milli-Demokratik İnstitutu və Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAID)   və Amerika Birləşmiş Ştatları Hökumətinin baxışlarını əks etdirməyə bilər.  

 

Məqalə hazırlanmışdır
მარიამ სვიმონიშვილი
Mariam Svimonişvili
Hüquqşünas
მერაბ ქართველიშვილი
Merab Kartvelişvili
Şərikli təsisçi, Sosial siyasət istiqaməti redaktoru