Gürcüstan etnik qrupların müxtəlifliyi ilə seçilir. Etnik azlıqlar bir neçə bələdiyyədə kompakt şəkildə yaşayırlar (o cümlədən, Ninotsminda, Axalkalaki, Axaltsixe, Marneulidə). Bu məqalədə öz təcrübəmdən və Ninotsmindada yaşayan əhalinin ağır vəziyyətindən danışacağam.
Əmək miqrasiyası və qadınların əməyi
Ninotsmindadan əmək miqrasiyasına getmək ağır məsələlərdən biridir. Bildiyimiz kimi Gürcüstanda işsizlik səviyyəsi yüksəkdir və əhalini iş üçün xaricə getməyə vadar edən də məhz budur. Mənim icmamdan emiqrasiyanın əsas yeri Rusiyadır. Ninotsminda timsalında desək, mövsüm miqrasiyasına əsasən kişilər gedirlər. Bu isə o deməkdir ki, qadınlar qalır və bütün məişət yükü – ailə və təsərrüfat işləri qadınların üzərinə düşür.
Ninotsminda və Axalkalaki kənd təsərrüfatı, konkret olaraq, kartof yetişdirməklə məşhurdur. Kənd təsərrüfatına cəlb edilmiş şəxslərin əməyi isə olduqca böyükdür. Lakin, təəssüflər olsun ki, bu fəaliyyət son illərdə o qədər də gəlir gətirici deyildir – xərci çox, məhsulların qiyməti isə ucuzdur. Kəndlilər idxal edilən məhsullarla rəqabətə girə bilmirlər. Bu isə o deməkdir ki, ölkədə kəndlinin əməyi lazımınca qiymətləndirilmir.
Vətəndaşlığı itirmək
Əmək miqrasiyasına getmək daha bir problemlə - vətəndaşlıq məsələsi ilə əlaqəlidir. Rusiyaya mövsumi işlərə getmək və maneələri aşmaq üçün, əhalinin bir qismi başqa ölkənin, əsasən, Ermənistan vətəndaşlığını da qəbul edirdi, çünki Ermənistan pasportu ilə Rusiya sərhədini keçmək asanddı. Beləliklə, Ninotsminda əhalisi paralel olaraq iki ölkənin vətəndaşlığını seçirdi. Lakin, bu Ninotsmindada yaşayan insanları çətin vəziyyətə saldı, çünki Ermənistan vətəndaşlığını götürdükləri üçün Gürcüstan vətəndaşlığından məhrum olduqları məlum oldu. Gürcüstan vətəndaşlığını bərpa etməksə bir çox maneələrlə bağlıdır. Həmin maneələr arasında Dövlət dilindən imtahan vermək də var. Atam Gürcüstan vətəndaşlığını bu cür itirənlərdən biridir. Ninotsminda bələdiyyəsində daha çox etnik ermənilər yaşayırlar, onların əksəriyyəti, xüsusilə də yaşlı nəsil Dövlət dilini bilmir və bu səbəbdən bir çox insan Gürcüstan vətəndaşlığını geri qaytara bilmir.
Əlbəttə, hər bir vətəndaşın Dövlət dilini bilməsinin tərəfdarıyam, ancaq yaşlı nəslin nə kimi şəraitlərdə yaşadıqlarını nəzərə almalıyıq. Yaşlı nəsil təhsilini sovet dövründə almışdır. O vaxtlar gürcü dilini onlara öyrətməyi heç kəs düşünmürdü və Ninotsmindalıların buna ehtiyacları da yoxdu.
İndi isə, ölkədə gürcü dilinin tədrisinin nisbətən yaxşılaşsa da, təhsil sistemində sistemli problemlər yenə də qalır. İllər ərzində yaşlı nəsil gürcü dilini öyrənmək imkanları ümumiyyətlə olmadığından hazırda gürcü dilindən imtahan vermələri az qalsın qeyri-mümkündür.
Səhiyyədəki problemlər
Nnotsmindalıların qarşısında dayanan başqa əhəmiyyətli problemləri də unutmamalıyıq. Səhiyyə istiqamətdindəki problemlər də bu qəbildəndir. Konkret olaraq bələdiyyəmdə bununla bağlı çox problemin olduğunu görürük. Məsələn, kəndlərdə tibb məntəqələrinin olmaması kənd əhalisini olduqca çətin vəziyyətdə qoyur. Onlar qışda, pis havada Ninotsmindaya ümumiyyətlə gələ bilmirlər. Belə olduqda xalq tibbi yardımsız qalır.
Bələdiyyə nəqliyyatının mövcud olmaması
Mərkəz və kəndlərarası nəqliyyat vasitələrində əhəmiyyətli maneələr var. Bu isə xalqı olduqca çətin vəziyyətə salır. Bu vaxt yalnız bircə çıxış yolu var – Taksi. Taksinin qiymətisə olduqca bahadır və hamının onu ödəmək imkanı yoxdur. Onun üçün də, bələdiyyə nəqliyyatının olması vacibdir. Mənim özüm də Ninotsmindanın kəndlərindən birindənəm və şəxsi maşınının olmadıqda kənddən şəhər getməyin necə əziyyətli olduğunu yaxşı bilirəm.
Çıxış yolu
Ninotsmindada olan problemlər bir gündə həll edilə bilməz. Onun üçün də daimi işləmək lazımdır, hakimiyyət yerli problemləri görüb həll etməyə başlamalıdır.
Dillə bağlı problemləri həll etmək üçün məktəblərdə bilinqval tədrisin tətbiq edilməsi lazımdır. Bu şagirdlərə Dövlət dilini mükəmməl öyrənməkdə və sonra təhsillərini davam etdirərək sosial inteqrasiyalarına kömək edəcəkdir.
Habelə, hakimiyyət „Vətəndaşlığı itirməyin“ problemli məsələlərinin həlli üzərində düşünməlidir. Çıxış yollarından biri konkret yaşın təyin edilməsidir ki, bundan yuxarı insanlar üçün vətəndaşlıq gürcü dilindən imtahan vermədən bərpa etmək imkanı verilməlidir və ya insanlara hansı ölkənin vətəndaşlığını seçmələri üçün vaxt ayrılmalıdır. Bir çox hallarda insanlar ikili vətəndaşlığın Gürcüstan vətəndaşlığını itirməyi nəzərdə tutduğunu bilmirdilər.
Nəhayət,
Dövlətdən öz öhdəliklərini yerinə yetirməsini və əhalini bazis məsələlərlə təmin etməsini daha yüksəkdən tələb etməliyik.
Maəllif: Varduhi Hovsepyan, tələbə; ictimai fəal
Mətnin məzmunu üzrə məsuliyyəti tamamilə müəllif daşıyır.
Məqalə “Etnik azlıqlarla məskunlaşmış bölgələrdə informasiya və təhlilin əlçatımlığı yolu ilə ictimaidayanıqlığın artırılması” layihəsi çərçivəsində Müharibə və Sülhü İşıqlandırma İnstitutu (IWPR) tərəfindən verilmiş fondlarla, Birləşmiş Krallıq Hökumətinin maliyyə dəstəyilə tərcümə edilmişdir. Məqalədə verilmiş düşüncələr, əsas faktlar və nəticələr yalnız müəlliflərə məxsusdur və onlar IWPR və Birləşmiş Krallıq Hökumətinin baxışlarını əks etdirmir.