“Komentar” Gürcüstanda və dünyada baş verən proseslər haqqında geniş ictimaiyyətə tənqidi baxış təqdim edən peşəkarları özündə birləşdirən bir platformadır.
Avropa İttifaqı Məhkəməsi haqqında nəyi bilirik?
June 27, 2023

Avropa İttifaqı  üzv ölkələrinin vətəndaşlarına qanun qarşısında bərabərcə rəftarı, eyni imkanları və müdafiəni vəd edir. Burda isə ədalət mühakiməsi üzrə avropa məhkəməsinin xüsusi rolu var.

Bununla niyə maraqlanmalıyam?

Gürcüstan Avropa İttifaqının siyasi və  hüquqi sistemilə yaxınlaşmağa çalışır. Bununla  milli məhkəmələr, vətəndaşlar və müxtəlif qrupların hüquqlarının müdafiəsi gündəlik məişətlərini yaxşılaşdırmaq üçün nə kimi imkanlar və zəmanətlərin yarandığını bilməyimiz əhəmiyyətlidir.

Rəyimiz

Avropa İttifaqının ədalət mühakiməsi məhkəməsi Avropa İttifaqı ərzisində Avropa İttifaqı Qanunvericiliyindən eynicür icra edilməsinə nəzarət edir, qanunun aliliyinin möhkəmlənməsini təmin  edir və vətəndaşlara hüquqlarının müdafiəsini, bərabərlik üçün daha möhkəm zəmanətlər təklif edir.  

Nəyi bilməliyik?

Avropa İttifaqının hər bir vətəndaşı bərabərlik, ləyaqətli rəftar, azadlıq və demokratiya prinsiplərinə əsaslanan fundamental hüquqlardan faydalanır. Həmin dəyərlər Avropa İttifaqının müxtəlif hüquqi aktında öz əksini tapmışdır. Onlardan bəziləri  avtomatik, üzv ölkələrin qanunvericiliyinə köçürülmədən, hər bir ölkəyə şamil edilir. Bəzənsə onları icra etmək üçün  milli səviyyədə müəyyən ölçülərin qəbul edilməsi lazımdır.

Ədalət mühakiməsinin avropa məhkəməsinin nə kimi funksiyası var?

  • Milli məhkəmələr  ədalət mühakiməsi avropa məhkəməsinə  Avropa İttifaqının Qanunvericiliyini izah etməsi üçün suallar verə bilər və ilkin qərarların alınmasını istəyə bilərlər;

Məsələn,  bu mexanizm çərçivəsində, məhkəmə hamilənin işdən azad edilməsini  1998-ci ildə  ayrı-seçkilik  kimi qiymətləndirdi, bu isə Avropa İttifaqında bərabərcə rəftar və sosial hüquqlarının möhkəmlənməsi üçün əhəmiyyətli izah idi.

Dövlət və ya Avropa Komissiyası   Avropa İttifaqı hüququ ilə uyğunsuzluğuna görə, başqa dövlətə qarşı ədalət mühakiməsi məhkəməsinə müraciət edə bilərlər;

Məsələn,  Avropa Komissiyası Polşa və Macarıstana qarşı məhkəməyə müraciət edərək, həmin ölkələrin hakimiyyətləri tərəfindən atılan qeyri-demokratik addımların əleyhinə çıxış etdi.

  • Məhkəmə habelə Avropa İttifaqının özünün Avropa İttifaqı müqavilələrilə uyğunluğunu yoxlayır;
  • Məhkəmə Avropa İttifaqı təsisatı aktını ləğv edə bilər.  Aktdakı səhvlər islah etmək Avropa İttifaqına məhkəmə qərarı ilə  həvalə edilir;
  • Məhkəmə fərdlərin, şirkətlərin nəfinə, hüquqları pozulduqları təqdirdə, Avropa İttifaqı təsisatlarına təzminat ödəməyi həvalə edir.

Məhkəmənin strukturu necədir?

Məhkəmənin strukturunda iki məhkəmə vardır:

  • Ədalət mühakiməsi məhkəməsi (Court of Justice), Avropa İttifaqının hər bir ölkəsindən bir hakimdən 11  Baş vəkildən ibarətdir. Baş vəkillər  hakimlərə müzakirə etməli olduqları işlərlə bağlı ictimai,  əsaslandırılmış fikirləri təqdim edirlər. Avropa İttifaqı Qanunvericiliyinin izahı və Avropa İttifaqı təsisatları aktının ləğvi məhz elə həmin məhkəmənin funksiyasıdır.
  • Ümumi məhkəmə (General Court) isə Avropa İttifaqının hər bir ölkəsini təmsil edən iki hakimdən  ibarətdir və  bir qayda olaraaq, avropa İttifaqı təsisatlarına qarşı fərdi şikayətlərə  baxmaqla məşğuldur.

Məqalə Komentar tərəfindən USAID Hüququn Aliliyi Proqramının dəstəyilə hazırlanmışdır. Proqram Şərq-Qərb İdarə İnstitutu (EWMI) Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyələşdirməsilə hazırlanmışdır. Məqalənin məzmunu üzrə tamamilə Komentarın üzərindədir və məqalədə söylənilən düşüncələr yuxarıda adı çəkilən beynəlxalq təşkilatının nəzərlərini əks etdirməyə bilər.


Məqalə “Etnik azlıqlarla məskunlaşmış bölgələrdə informasiya və təhlilin əlçatımlığı yolu ilə ictimai dayanıqlığın artırılması” layihəsi çərçivəsində Müharibə və Sülhü İşıqlandırma İnstitutu (IWPR) tərəfindən verilmiş fondlarla, Birləşmiş Krallıq Hökumətinin maliyyə dəstəyilə tərcümə edilmişdir. Mətbdə verilmiş düşüncələr, tapıntılar və nəticələr yalnız müəlliflərə məxsusdur və onlar IWPR və Birləşmiş Krallıq Hökumətinin baxışlarını əks etdirmir.

 

 

Məqalə hazırlanmışdır
ნინა ჩიხლაძე
Nina Çixladze
Hüquqşünas
სოფო ვერძეული
Sopo Verdzeuli
Şərikli təsisçi, Hüquq siyasəti istiqaməti redaktoru