“Komentar” Gürcüstanda və dünyada baş verən proseslər haqqında geniş ictimaiyyətə tənqidi baxış təqdim edən peşəkarları özündə birləşdirən bir platformadır.
Gürcüstanda Əmək Müfəttişliyi Xidmətinin fəaliyyəti haqqında nəyi bilirik?
October 25, 2022

Giriş

İşləyənlərin hüquqlarını lazımınca müdafiə etmək üçün Əmək Müfəttişliyi Xidmətinin effektli fəaliyyəti həlledici əhəmiyyətə malikdir. İşin strukturu və səlahiyyətlərin tez-tez dəyişdiyi üçün, geniş ictimaiyyətin Əmək Müfəttişliyinin hazırkı mandatı haqqında bir o qədər də məlumatı yoxdur.

Kontekst

2021-ci ildə Əmək Müfəttişliyi Xidmətinə PHHŞ statusu verildi və səlahiyyəti  əmək bazarı sahələrində əmək təhlükəsizliyi və başqa əmək hüquqları üzərində genişləndirildi (Məs., iş saatları, əsas iş vaxtından artıq əmək, dekret məzuniyyəti).

Əmək Müfəttişliyi Xidməti tərəfindən dərc edilən statistik məlumatlara əsasən, əmək təhlükəsizliyi istiqamətində sözügedən xidmət:

  • 2021-ci ildə 446,
  • 2022-ci ilin 1-ci və 2-ci rübündə isə 805 iş yerini nəzarətdən keçirmişdir.

Əmək hüquqlarına nəzarət istiqamətində bu göstərici:

  • 2021-ci ildə 388,
  • 2022-ci ilin 1-ci və 2- rübündə isə 315  iş yerini təşkil edirdi.

2021-ci ildə Əmək Təhlükəsizliyi Monitorinqi çərçivəsində aparıcı yeri  tikinti sahəsi tutmuşdu (234 obyekt), əmək hüquqları çərçivəsində isə - səhiyyə və sosial xidmətlər  (124 obyekt) və topdan, pərakəndə ticarət tutmuşdur (60 obyekt).

Bölgələrdəki bölgü baxımından, verilmişlərin  göstərdiyi kimi, yoxlanışın böyük hissəsi Tbilisidə aparılmışdır. 2021-ci ildə Tbilisidə əmək təhlükəsizliyi normaları 254 obyektdə yoxlanıldı, ikinci yerdə isə  İmeretidir - 60 obyekt. Analoji olaraq, Tbilisidə əmək hüquqlarının müdafiəsi monitorinqi 155 obyektdə həyata keçirildi, ikinci yerdə olan İmeretidə isə - 23-cü yerdə.

Bundan əlavə,  Əmək Müfəttişliyinin fəaliyyəti əsasən işə götürmənin formal sektoruna istiqamətlənmişdir, halbuki  zəhmətkeşlərin böyük hissəsi qeyri-formal sektorda işləyir. Qeyri-formal sektorda isə hüquqların pozulması riskləri daha yüksəkdir.

Burdaca qeyd etmək lazımdır ki, hökumətin 2020-ci il qərarına görə,  Əmək Müfəttişliyi Xidməti 2021-ci ildə iş yerində Covid-19-la bağlı təhlükəsizlik qaydalarını yoxlamağa başlamışdır.  Əmək Müfəttişliyi Xidmətinin 2021-ci il hesabatına əsasən, 2021-ci il ərzində koronavirusun qabaqlanması protokolu çərçivəsində yoxlanılmış iş yerlərinin sayı 12778 təşkil edirdi. Bu rəqəm əmək təhlükəsizliyi və əmək hüquqları istiqamətində yuxarıda verilmiş saylardan qat-qat çoxdur.

Əmək müfəttişliyinin COVID-19-la bağlı reqlamentləri yoxlamaq öhdəiliyindən artıq azad olduğuna baxmayaraq, əlavə öhdəliklər Xidmətin effekliyinə və əsas funksiyasına - əmək normalarına monitorinqinə mənfi təsir bağışlaya bilər.

Rəyimiz

Əmək müfəttişliyi fəaliyyəti işçilərin hüquqlarının müdafiəsi keyfiyyətinə təsir bağışlaya bilər, onun üçün də onu müvafiq miqdar və səriştəli insan qaynaqları ilə təchiz etmək lazımdır ki, obyektlər daha intensiv şəkildə yoxlanılsın və monitorinq vaxtı əmək təhlükəsizliyi və başqa əmək hüquqlarının statistikcə yüksək olan sahələri intensiv şəkildə yoxlaya bilsin. Əmək müfəttişliyi qeyri-formal sektora da diqqət verərək, ən həssas işçilərin müdafiəsinə  və onların məlumatlılığının yüksəlməsinə kömək etsin.

Monitorinq həm böyük, həm də kiçik şəhərlərdə eynicür effektli şəkildə aparılmalı, geniş ictimaiyyətə Əmək müfəttişliyinin səlahiyyətləri haqqında məlumat fəal şəkildə verilməlidir.

Bundan əlavə, inzibati cərimələrin sayı da artmalıdır.

Bir vətəndaş kimi nəyi bilməliyik?

Əmək Müfəttişliyi Xidmətinin başlıca məqsədi əmək normalarını  effektlicə təmin etməkdir. Bu məqsədə nail olmaq üçün Xidmət müxtəlif mexanizmlərdən istifadə edir:

  • Əmək normalarının yerinə yetirilməsi ilə bağlı məsləhətlər vermək;
  • Əmək normalarının müdafiəsi ilə bağlı ictimaiyyətin təfəkkürünü yüksəltmək;
  • Əmək normalarının mümkün ola biləcək pozulması ilə bağlı şikayətlərin qəbulu və baxılması;
  • Təftiş etmək;
  • Qanunvericiliyin yaxşılaşdırılması ilə qanunvericilik təkliflərinin hazırlanması.

Sadalananlardan təftiş mexanizmi xüsusilə əhəmiyyətlidir. Təftişin başlanmasının əsası bunlar ola bilər:

  • Maraqlı şəxsin (Məs., işçinin) şikayəti;
  • Təftişə tabe tutulan obyektlərə yoxlayış qaydaları haqqında qəbul edilən qərara uyğun olaraq öz təşəbbüsü ilə daxil olmaq. Obyektdə təkrar təftiş də aparıla bilər;
  • Əmək təhlükəsizliyi normalarının pozulması ilə bağlı istənilən eyniləşdirilə bilən şəxs tərəfindən ötürülən bildiriş.

Təftiş nəyi nəzərdə tutur?

İş yerində təftişi əmək müfəttişi aparır. Onun təftiş ediləsi obyektin ərazisinə sərbəst, qabaqcadan bildirmədən, günün və ya gecənin istənilən vaxtında daxil olmaq hüququ var.

Məhkəmə tərəfindən verilmiş əmr əsasında, əgər məcburi əmək və əmək istismarına dair şübhələr varsa, müfəttiş istənilən tikili və iş məkanına qabaqcadan xəbər vermədən, günün və ya gecənin istənilən daxil ola bilər.

Təftişi həyata keçirərkən müfəttiş geniş səlahiyyətlərdən istifadə edir.  Məsələn, o istehsalat prosesini yoxlaya, bütün relevant faktı araşdıra, qeydlər apara, iqtibaslar, video qeydlər apara, iş yerində olan şəxsləri sorğu edə,  texniki ekspertin köməyindən isrifadə edə bilər və s.

İşə götürənin boynuna nə kimi məsuliyyət qoyula bilər?

Əmək normalarını pozduğu üçün işə götürən inzibati məsuliyyətə cəlb edilə bilər. Bu, aşağıdakıları nəzərdə tutur:

  • Xəbərdarlıq;
  • Cərimə;
  • İş prosesinin dayandırılması.

Pozuntunu aşkarladıqda Əmək Müfəttişliyi Xidməti işə götürənə ağlabatan müddətdə çatışmazlıqları düzəltməyə möhlət verir. Müddətin vaxtı keçdikdən sonra isə göstərişinin yerinə yetirilib-yetirilmədiyini yoxlayır və inzibati məsuliyyət şəklinin seçilməsi ilə bağlı qərarı da məhz bundan sonra verir.

Cərimə qismində nəzər alınmış  sanksiyaların  həcmi, işə götürənin gəlirlərini nəzərə alaraq,  200-dən 1000-lari çərçivəsində oynayır.

Sanksiyaların miqdarı göstərir ki, böyük şirkətlər üçün həmin cərimələr bir o qədər də böyük yük deyildir, beləki, obyektdə əmək hüquqlarının müdafiəsini stabil şəkildə təmin etməkdə bir o qədər də maraqlı olmurlar.

Gələcək praktika

Gürcüstan və Avropa İttifaqı arasında bağlanan assosialaşdırma müqavilələrinin 229-cu maddəsinə əsasən,  tərəflər “Hamı üçün ləyaqətli əməyin mövcud olmasını” təmin etməlidirlər və buna nail olmaq üçün Əmək Müfəttişliyi Xidmətinin rolu əvəzolunmazdır.  Gürcüstan son illərdə bu istiqamətdə müsbət addımlar atmışdır. Həmin addımlar Əmək müfəttişliyinin yenidən təsis edilməsində, onun institusional müstəqilliyində və geniş fəaliyyət arealı verilməsində özünü ifadə etmişdir. Lakin, real nəticələrə nail olmaq üçün inkişafın növbəti hədəfi Xidmətin qanunla verilmiş səlahiyyətləri praktikada effektli şəkildə həyata keçirməsi üçün onu lazımlı vasitələrlə təchiz etmək gərəkdir.


Məqalə Fridrix Ebert Fondunun dəstəyilə hazırlanmışdı. Söylənilən fikirlər Fridrix Ebert Fondunun düşüncələrilə üst-üstə düşməyə bilər.


Məqalə “Etnik azlıqlarla məskunlaşmış bölgələrdə informasiya və təhlilin əlçatımlığı yolu ilə ictimai dayanıqlığın artırılması” layihəsi çərçivəsində Müharibə və Sülhü İşıqlandırma İnstitutu (IWPR) tərəfindən verilmiş fondlarla, Birləşmiş Krallıq Hökumətinin maliyyə dəstəyilə tərcümə edilmişdir. Mətbdə verilmiş düşüncələr, tapıntılar və nəticələr yalnız müəlliflərə məxsusdur və onlar IWPR və Birləşmiş Krallıq Hökumətinin baxışlarını əks etdirmir.

 

Məqalə hazırlanmışdır
მერაბ ქართველიშვილი
Merab Kartvelişvili
Şərikli təsisçi, Sosial siyasət istiqaməti redaktoru
ზურაბ ქარჩავა
Zurab Karçava
Siyasət üzrə alim