Giriş: Gürcüstanda işsizlik ən kəskin problemlərdən biridir. Buna baxmayaraq, vətəndaşlar dövlətdən işsizlik müavinəti almırlar, halbuki həmin müavinət yoxsulluq həddi altına düşməzdən qabaq onlara minimum sosial zəmanətlər verərdi.
Bu mövzu ilə niyə maraqlanmalıyam?
Dəyişkən iqtisadiyyatın, işləyənlərin maraqlarının təkzib edildiyi bir şəraitdə hər birimiz daima işimizi itirmək riski ilə qarşı-qarşıyayıq.
Rəyimiz:
- Konstitusiyaya görə, Gürcüstan sosial dövlətdir, bununla belə, iqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq pakta bağlıdır.
- Beləliklə, dövlət hər bir insanı sosial risklərdən müdafiə etməyə borcludur, xüsusilə isə o işsiz qaldıqda.
Problem nədir?
Dövlət yoxsulluq həddindən kənarda qalana qədər [M1] işsiz qalan insanları elementar yaşayış qaynaqları ilə təmin etmir. Bu isə ifrat yoxsulluğa səbəb olan amildir.
Rəqəmlərdə:
- İctimaiyyətin 88%-nin heç bir qənaəti yoxdur və işi itirdikdə tamamilə pulsuz qala bilər.
- 316 200 nəfər işsizdir, bu isə iş gücünün beşdə biridir;
- Əhalinin 18%-i mütləq yoxsullu həddindən aşağı yaşayır.
- 175 000-dək ailə işsizlik və ifrat yoxsulluğa görə dövlətdən yaşayış müavinəti alır.
Nəyi bilməliyik?
İşsizlik müavinəti, dövlət tərəfindən işsiz qalan insanlara göstərilən birdəfəlik və ya mütəmadi pul yardımıdır.
- İşsizlik müavinəti, bir qayda olaraq, minimum yaşayış müavinətindən çoxdur, lakin, işçi yerinə yetirdiyi iş üçün alacağı məbləğdən azdır.
- Bir qayda olaraq, belə bir müavinət müvəqqəti, yeni iş tapana qədər ağlabatan müddət içərisində vətəndaşın vəziyyətini yüngülləşdirməyi nəzərdə tutur.
Məsələn:
Böyük Britaniyada yaşayan yetkin yaşlı əməkqabiliyyətli insan, hansı ki son 2-3 il ərzində müəyyən növ vergilər ödəyirdi, işini itirdikdən sonra dövlətdən müavinət alır.
- 25 ili keçmiş işsiz üçün müavinətin miqdarı həftədə 77 funtdur.
- Bu müddətdə o fəal şəkildə yeni iş axtarmaqla məşğul olmalıdır
Daha detallı
İşsizlik müavinəti işsizlik sığortasından fərqlənir.
- İşsizlik müavinət almaq üçün lazımlı şərtlər əsasən eynicürdür və maliyyə qaynağı da Dövlət büdcəsidir.
- Sığortaya gəldikdə maliyyələşdirməyə işçi və işə götürən cəlb edilir, şərtlərsə razılaşma predmetidir.
Nüfuzlu araşdırmaların təsdiq etdiyi kimi
- İşsizlik müavinəti/sığortası yoxsulluğun səviyyəsini azaldır;
- İşsiz qalan insanın mental və psixi sağlamlığına müsbət təsir bağışlayır.
Nəyi gözləyirik?
- 2021-ci ildə Gürcüstan Hökuməti 2023-cü il üçün Sosial Məcəllənin qəbulunu anons etmişdir.
- Başqa sosial məsələlərlə birlikdə, layihə işsizliyin sığortalanmasını da nəzərdə tutur.
Məqalə Fridrix Ebert Fondunun dəstəyilə hazırlanmışdı. Söylənilən fikirlər Fridrix Ebert Fondunun düşüncələrilə üst-üstə düşməyə bilər.
Məqalə “Etnik azlıqlarla məskunlaşmış bölgələrdə informasiya və təhlilin əlçatımlığı yolu ilə ictimai dayanıqlığın artırılması” layihəsi çərçivəsində Müharibə və Sülhü İşıqlandırma İnstitutu (IWPR) tərəfindən verilmiş fondlarla, Birləşmiş Krallıq Hökumətinin maliyyə dəstəyilə tərcümə edilmişdir. Mətbdə verilmiş düşüncələr, tapıntılar və nəticələr yalnız müəlliflərə məxsusdur və onlar IWPR və Birləşmiş Krallıq Hökumətinin baxışlarını əks etdirmir.