“Komentar” Gürcüstanda və dünyada baş verən proseslər haqqında geniş ictimaiyyətə tənqidi baxış təqdim edən peşəkarları özündə birləşdirən bir platformadır.
Avropa İttifaqında seçki həddi haqqında diskussiya niyə aparılır?
June 7, 2023

Seçki sistemi demokratik cəmiyyətin təməl  elementidir. O, demokratiyanın hər bir vətəndaşı siyasi proseslərdə bərabərcə və ədalətli şəkildə nə qədər təmsil edə bildiyini müəyyənlşdirir. Seçki sistemində həlledici rol seçki həddinə verilir. Yüksək seçki həddi siyasi proseslərdə aşağı təmsilçilik təhlükəsi yaradır. Məqalənin məqsədi, Avropa İttifaqı ölkələrində seçki həddlərini və onunla bağlı tənqidləri qısaca müzakirə etməkdir.  

Bu mövzu məni niyə maraqlandırmalıdır?

Bu gün mövcud olan verilmişlərə görə, Gürcüstanda 2024-cü ilin parlament seçkiləri tam proporsional sistemlə və 5%-lik seçki həddi ilə keçiriləcək. Belə vəziyyətdə Gürcüstan vətəndaşlarının əhəmiyyətli hissəsi tərəfindən dəstəklənən partiyalar Ali təmsilçilik orqanına daxil ola bilməyəcək və beləliklə, öz seçicilərinin maraqlarını müdafiə edə bilməyəcəklər.  

Bizim rəyimiz

Avropa İttifaqında yüksək seçki həddlərinin məqsədəuyğunluğu barədə fəal diskussiyalar aparılır. Belə bir hədd olan yerdə Dövlətin idarəsində ictimaiyyətin bütün qruplarının iştirakı əngəllənir. Bu isə çoxluğun hökmünü gücləndirir və qütbləşmə təhlükəsini yaradır. 

Avropa İttifaqı üzvü ölkələrdə seçki həddi nə qədərdir?

Seçki həddini müəyyənləşdirdikdə bir neçə amili, o cümlədən, ölkənin tarixi təcrübəsini, onun siyasi və partiya sistemini nəzərə almaq gərəkdir. Avropa İttifaqı ölkələrində seçki həddi, əsasən, 5%-dən 0.67%-i arasında oynayır.

Gördüyümüz kimi, Avropa İttifaqının bir çox üzvü ölkəsi bu günə qədər yüksək seçki həddini qoruyur və bu qərar daim tənqid pretmetidir. Tənqidçilər hesab edirlər ki, yüksək seçki həddi milyonlarla insanı siyasət meydanın təmsilçisiz və səssiz qoyur. O, üzv ölkələrdə demokratik prosesləri ləngidir, siyasi debatları azaldır və gücü bir neçə böyük partiyanın əlində cəmləşdirir. Yüksək seçki həddi konfrontasiya və qütbləşmə təhlükəsini gücləndirir. Tənqidçilərin fikrincə, bu praktika üzv ölkələri majoritarizm məntiqinə qapayır və Avropa İttifaqında “Müxtəliflik içərisində birlikdə yaşamaq” ideyası ilə ziddiyət təşkil edir. Yüksək seçki həddləri ilə eyniləşdirilən təhlükələr, bir zaman Avropa Şurasının Parlament Assambleası tərəfindən 3%-lik hədd təyin etmək tövsiyyəsinə əsas olmuşdur, bu Avropa İttifaqı miqyasında qeyri-demokratik seçki hədlərinə qarşı müzakirələri gücləndirdi və sağlam, demokratik seçki mühitinin yaradılması  haqqında fikirlərə təkan verdi.  

Məqalə Heynrix Böll Fondunun Tbilisi Ofisinin dəstəklədiyi “Gürcüstanda inklüziv və konsensusa əsaslanmış siyasi

mühitin dəstəyi” layihəsi çərçivəsinə hazırlanmışdır. Məqalədə söylənilən fikirlər “Komentara” aiddir və ola bilsin ki,

Heynrix Böll Fondunun Tbilisi Ofisinin baxışlarını əks etdirməsin.

Məqalə hazırlanmışdır
თამარ გვასალია
Tamar Qvasaliya
Hüquqşünas
ვახუშტი მენაბდე
Vaxuşti Menabde
Şərikli təsisçi, Demokratiya istiqaməti redaktoru