“Komentar” Gürcüstanda və dünyada baş verən proseslər haqqında geniş ictimaiyyətə tənqidi baxış təqdim edən peşəkarları özündə birləşdirən bir platformadır.
Ədalətin bərpası – Gürcüstan tarixinin hansı mərhələləri qiymətləndirilməni tələb edə bilər?
July 24, 2023

Gürcüstanın ən yaxın tarixinin bir çox epizodu qiymətləndirməni tələb edir. Zorakılıq təcrübəsindən imtina etməmək ölkəmizdə həqiqəti müəyyənləşdirməyə, barışığa, qısnanmanın qarşısını almağa və demokrtik islahatlarının  uğurla  həyata keçirilməsinə mane olur.  Buna qarşı keçid ədalət mühakiməsi yəni ədalətin bərpası konsepsiyası mövcuddur. O, bizə keçmişin təhlilini və gələcək inkişaf yollarını göstərir. Məqalədə qısa olaraq əsas tarixi mərhələlər haqqında danışacağıq, o mərhələlər haqqında ki, onların kontekstində keçid ədalət mühakiməsi ideyası barəsində açıq danışmağa dəyər.  

Bu mövzu məni niyə maraqlandırmalıdır?

Keçid ədalət haqqında danışarkən hansı konkret tarixi hadisəni və dövrü qiymətləndirdiyimizi dəqiq bilməliyik. Bu bizə bu kimi məsələlərdə kömək edəcəkdir: (1) faktların təhlilində; (2) Ədalətin bərpası strategiyasının hazırlanmasında; (3) onun mexanizmlərini doğru  seçməkdə. 

Rəyimiz 

Keçid ədalət mühakiməsi perspektivindən Gürcüstan tarixinin müxtəlif dövrlərini qiymətləndirə bilərik (lakin məsələni daha dərindən öyrəndikdən sonra, sadalanmalar dəyişə bilər): 1. Sovet təcrübəsi; 2. Müstəqilliyin ilkin dövrünün miliyyətçi siyasəti; 3. 1991-ci ilin hərbi çevrilişi və onun nəticələri;  3. Qızıl gül inqilabından sonrakı repressiyalar; 4. Gürcü arzusu hakimiyyəti şəraitində  qeyri-formal oliqarx idarəçiliyi.   

  Bu hadisələrin keçid ədalət mühakiməsi perspektivindən qiymətləndirilməsi niyə əhəmiyyətli ola bilər?

 Şərq Avropasının bəzi ölkələrindən fərqli olaraq, regionumuzda keçid ədalət mühakiməsi praktikası  demək olar ki heç vaxt mövcud olmayıb. Ədalətin bərpası üzrə bir neçə cəhdə baxmayaraq, Gürcüstanda bu proses sistemli xarakter daşımamışdır. Ölkəmiz heç bir hakimiyyət şəraitində bu mexanizmdən kamil surətdə istifadə etməmişdir.  

  • Müstəqilliyin ilk illərində dövlətin təşəkkülü keçmişi təhlil etmədən başlamışdır. O sərt milliyyətçilik ideyasına əsaslandı.  Qaynaqlarda inkişaf etmiş müzakirəyə əsasən,  o vaxtkı siyasət ölkədə yaşayan etnik azlıqları çox zədələdi və onların qarşısında müxtəlif sədlər, maneələr qoyaraq inteqrasiyalarını və ictimai həyatdakı  iştiraklarını ləngitdi. 
  •  1991-ci ilin hərbi çevriliş və onun nəticələri  də öz qiymətləndirilməsini tələb edir. Hakim elitanın cinayətkar qruplaşmalarla əlbirliyi ölkədəki yoxsulluğu və korrupsiyanı artırdı, dövlət təsisatlarının, qanun aliliyinin tətbiq edilməsi şansını  ititdirdi. Hakimiyyət Dövlət idarələri üzərindəki nəzarətini itirdi, nizam və ədalət axtarışının qeyri-formal, zorakılıq  praktikası tətbiq edilməyə başladı.  
  • Qızılgül inqilabından sonra Dövlətin quruculuğu, təsisatlar üzərində nəzarətin bərpası imkanları yaradıldı, ancaq yeni Hökumət Dövləti formalaşdırmağın kəskin yolunu seçərək keçmişin təhlilinə əsaslanmış siyasət  ideyasını  təksizb etdi. Bu cür yanaşmaq nəinki ədalətin bərpası şansını yarada bilmədi, hətta bir idarəetmə prinsipi kimi sistem zorakılığını da tətbiq etmiş oldu. 
  • Rejim 2012-ci ildə dəyişdi, lakin yeni siyasi qüvvə də  keçmişi qiymətləndirməkdən boyun qaçırdı.   O,  Dövlət idarəçiliyi, Dövlət orqanları üzərindəs siyasi nəzarət praktikasını qoruyub saxladı 

 

 Məqalə Heynrix Böll Fondunun Tbilisi Ofisinin dəstəklədiyi “Gürcüstanda inklüziv və konsensusa əsaslanmış siyasi mühitin dəstəyi” layihəsi çərçivəsinə hazırlanmışdır. Məqalədə söylənilən fikirlər “Komentara” aiddir və ola bilsin ki, Heynrix Böll Fondunun Tbilisi Ofisinin baxışlarını əks etdirməsin.

Məqalə hazırlanmışdır
თამარ გვასალია
Tamar Qvasaliya
Hüquqşünas
ვახუშტი მენაბდე
Vaxuşti Menabde
Şərikli təsisçi, Demokratiya istiqaməti redaktoru