“Komentar” Gürcüstanda və dünyada baş verən proseslər haqqında geniş ictimaiyyətə tənqidi baxış təqdim edən peşəkarları özündə birləşdirən bir platformadır.
Hakim elitalar qütbləşməyə nə vaxt və niyə müraciət edirlər?
September 5, 2023

Siyasi qütbləşmə müxtəlif şəkildə və əsasla inkişaf edir.  Bəzi hallarda partiyalar arasında mövcud olan ideoloji fərq təbii şəkildə müqavimətə səbəb olur.  Lakin, ölkədə mövcud olan təmayüllər qütbləşmənin bir çox hallarda elitalar arasında süni şəkildə yaradılmış və məqsədyönlü şəkildə qorunub-saxlayan qarşıdurma olduğunu göstərir. Bu məqalədə hakim elitaların qütbləşməni nə vaxt və niyə seçdikləri barədə qısaca müzakirə aparacağıq.  

Bu mövzu ilə niyə maraqlanmalıyam?

Son dövrün siyasi və akademik qiymətləndirmələrində Gürcüstan tez-tez kəskin siyasi qütbləşmə nümunəsi kimi təqdim edilir. Doğrudan da,  qütbləşmə müasir gürcü siyasətinin əsas probleminə və demokratizasiyanın əsas çağırışına çevrildi. Gündəlik siyasi həyatda biz onun effektlərini müşahidə edə bilirik. O, həm Dövlət təsisatlarının fəaliyyətinə, həm də ölkənin demokratik inkişafına mane olur.  

Rəyimiz 

Zəif demokratiyada elitalar qütbləşməkdən öz qabiliyyətsizliyini ört-basdır etmək və seçicilərini səfərbər etmək üçün istifadə edirlər.  

Qütbləşməyə nə kömək edir və necə inkişaf edir?

Qütbləşmənin səbəblərini aydınlaşdırmaq bizə siyasi qarşıdurmaların əsaslarını müəyyənləşdirməkdə kömək edəcəkdir. Bir çox hallarda ona ölkədə mövcud olan iqtisadi və sosial bərabərsizlik  səbəb olur. O, habelə dövlət orqanlarının lazımınca fəaliyyət göstərməməsindən, insan hüquqlarının lazımınca müdafiə edilməməsindən irəli gəlir. Qütbləşməni ola bilsin ki, konkret bir dövlətdə fəaliyyət göstərən siyasi sistem və onun çərçivəsində müəyyənləşdirilmiş qəraralma forması da təşviq etsin. Məsələn, hakim kəsilmiş yanaşmaya müvafiq olaraq majoritar siyasi sistem qütbləşmə şansını artırır. Konsensual demokratiya şəraitində bu təhlükə sovuşdurulmuşdur.  

Elitlər qütbləşməyə nə vaxt müraciət edirlər

Sualın cavabını qütbləşmənin mümkün ola biləcək səbəblərindən ala bilərik. Ölkəmizin siyasi proseslərini müşahidə etməyimiz göstərir ki, qütbləşmə heç də  həmişə elitalar arasındakı təbii ixtilaflar və qarşıdurmaların nəticəsi deyildir. Əksinə, bəzən bu elitalar müqavimətin alovlanmasına dəstək olurlar. Bu isə o vaxt baş verir, nə vaxt ki, siyasi qruplar artıq  ictimai ehtiyacların qeydinə qalmırlar.  Belə halda qarşı tərəflə açıq, şəxsi qarşıdurmalar artıq məqsədyönlü və strateji bir addımdır. 

Elitalar qütbləşmədən necə istifadə edirlər?

Qütbləşmə ictimaiyyətin parçalanmasına imkan yaradır və hakim elitaya  (1) xalq və ölkə üçün əhəmiyyətli məsələlər üzrə məsuliyyətdən yayınmaqda; (2) məsuliyyəti rəqibinin boynuna atmaqda; (3) diqqəti strateji məsələlərdən qarşı tərəfin tənqidinə çevirməkdə; (4) ikinci tərəfin siyasi diskreditasiyası ilə öz seçicisini səfərbər etməkdə və qarşı tərəfin dəstəkçilərini tovlamaqda kömək edir.   

 

Məqalə Heynrix Böll Fondunun Tbilisi Ofisinin dəstəklədiyi “Gürcüstanda inklüziv və konsensusaəsaslanmış siyasi mühitin dəstəyi” layihəsi çərçivəsinə hazırlanmışdır. Məqalədə söylənilən fikirlər “Komentara” aiddir və ola bilsin ki, Heynrix Böll Fondunun Tbilisi Ofisinin baxışlarını əks etdirməsin.

Məqalə hazırlanmışdır
თამარ გვასალია
Tamar Qvasaliya
Hüquqşünas
ვახუშტი მენაბდე
Vaxuşti Menabde
Şərikli təsisçi, Demokratiya istiqaməti redaktoru