Cəmiyyətin əksəriyyəti Gürcüstanda etnik azlıq olmağı bəxtəvərlik də hesab edə bilər. Onların düşüncəsilə biz də azad və bərabərhüquqlu vətəndaşlarıq və heç bir fərqli problemimiz yoxdur. Bəziləri hətta onu da düşünə bilər ki, ,,lazım olduqdan da artıq hüquqlardan istifadə edirik“. Reallıq isə tamamilə fərqlidir.
Bölgələrdəki problemlər
Etnik azlıqlarla məskunlaşmış bir bölgədə bir neçə problem özünü büruzə verə bilər. Bu daxili yolları, yol infrastrukturunun problemli olmasını, ambulatoriyaların olmamasını və ya qəzalı vəziyyətdə olmasını, habelə içməli suya əlçatımlıq problemlərini əhatə edir.
Özünüidarəetməyə müraciətin çətinliyi
Bu cür kəskin problem qarşısında dayanan əhali yerli özünüidarəetməyə müraciət belə edə bilmir və bunun səbəbi gürcü dilini bilməməkdir. Meriya etnik azlıqların dilində ərizələri qəbul etmir və bunun üçün tərcüməçilik xidmətlərini təmin etmir. Buna baxmayaraq Dövlət dili haqqında üzvi qanunda belə bir qeydimiz var:
,,Milli azlıq nümayəndələrinin kompakt şəkildə yaşadıqları bələdiyyələrdə, Dövlət, milli azlıqlara isnad edilən şəxslə dövlət və bələdiyyə orqanlarında ünsiyyəti həmin milli azlıqların dilində tərcüməçi vasitəsilə təmin etməlidir.’’
Beləliklə, Dövlət və yerli özünüidarəetmə vətəndaşlar qarşısında öz öhdəliklərini yerinə yetirmir və sonra „bizə heç kəs rəsmi şəkildə müraciət etməmişdir“ deyərək özlərinə bəraət qazandırırlar. Bu cür yanaşma sanki əhalinin heç bir problemi olmadığı təəssüratı yaradır. Onlar özünüidarəetmə və əhali arasında artıq 30 ildir ki, uçurum yarandığının fərqinə varmırlar. Əhalinin isə, öz növbəsində, yerli özünüidarəetməyə nə etibarı var nədə ki ümidi.
Təhsil məsələləri
Sistem təhsil sistemində belə öz qeyri-bərabər yanaşmasını göstərir. Həmin sistemdə etnik azlıq nümayəndəsi olan uşaqlar və gənclər ayrı-seçkiliyə məruz qalırlar. Bizim üçün ayrı-seçkilik 3-4 yaşından etibarən başlayır. Bizim bölgədə 1 uşaq bağçası belə tikilməyib, beləki, uşaqlar məktəbəqədər təhsildən məhrum olurlar. Ümumiyyətlə isə məktəbəqədər təhsil uşaqların həyatında çox əhəmiyyətli rol oynayır. Məktəbəqədər təhsil görmüş uşaq təhsilin növbəti mərhələlərində (məktəbdə, Ali məktəbdə və s.) daha yaxşı uğurlar əldə edir və bu onun həyatını əhəmiyyətli dərəcədə müəyyənləşdirir.
Məktəbəqədər təhsildən kənarda qalmış gənclər üçün ən böyük çağırışlardan biri qəzalı vəziyyətdə olan, lazımlı kadrlar və dərsliklər qıtlığından əziyyət çəkən məktəblərdir. Həmin məktəblər müvafiq təhsil səviyyəsini təmin edə bilmir. Yuxarıda adı çəkilən hallara tələbəlik arzusu olan gənclərin 1+4 proqramı ilə universitetə qəbul olaraq, gürcü dilinin 1 illik hazırlıq a
Ədalətsizliklərə qarşı vuruşmaq və maneələr
Təbiidir ki, bu ədalətsizliyə qarşı fərdlər və vətəndaş qrupları mübarizə aparır, müxtəlif məsələləri öz bölgələrində, kəndlərində, icmalarında və s. müsbətə doğru dəyişməyə can atırlar. Həmin mübarizə çətin və yorucudur, çünki əksər hallarda dövlət strukturları ilə toqquşmalı olursan, onlar isə sənə qarşı müxtəlif metodlara əl atırlar – hədələyirlər, qorxudurlar və ya təzyiq göstərirlər. Haz-hazırda etnik azlıqlarla məskunlaşmış ərazilərdə bir çox bazis problem öz həllini tapmamışdır.
Yoxsulluq və onun təsirləri
ISSA 2021-ci il kəmiyyət araşdırması nəticələrinin göstərdiyi kimi, Kvemo kartlidə yaşayan etnik azlıqların 84%-inin gəlirləri ortadan aşağıdır. Habelə Gürcüstanda yaşayan etnik azlıqların 84%-i gürcü ədəbiyyatını oxuya bilmir və mətnin məzmununu çox pis və ya pis bacarır. Meriyada tərcüməçilik xidmətinin fəaliyyət göstərmədiyini nəzərə alsaq, vətəndaşlar öz narahatlıqlarını yerli hakimiyyətə çatdıra bilmədiyini görərik. Meriyanın özü isə, seçkilər ilini çıxmaqla, vətəndaşların vəziyyətilə ümumiyyətlə maraqlanmır. Beləki, problem təcrübədə daha aydın görünür. Taleyin ixtiyarına bu cür buraxılmış Gürcüstan vətəndaşının vəziyyətini təsəvvür etmək heç də çətin deyildir. Həmin vəziyyətə isə etnik azlıqlara qarşı stereotiplər əlavə edilir:
,,İllərdir Gürcüstanda yaşayır və Dövlət dilini öyrənə bilməyiblər“;
,,Gürcü dilini öyrənməyi özlərinə layiq bilmirlər“ ;
,,Xoşlarına gəlmirsə getsinlər və öz ölkələrində yaşasınlar “ .
Heç kəs bizim Gürcüstanın tamhüquqlu vətəndaşları olduğumuz və yüzillərlə burda yaşadığımız barədə düşünmür. Bu gün isə dili keyfiyyətli şəkildə öyrənəcəyimiz, lazımınca təhsil alacağımız və “həssas qrup” olmayacağımız nə bir məktəbimiz, nədə ki bir uşaq bağçamız var.
Nəhayət,
Bütün bunları həll etmək üçün etnik azlıqlarla məskunlamış bölgələrdə yaşayan vətəndaşlar üçün tərcüməçilik xidmətini təmin etmək lazımdır. Dil maneəsi yüngülləşdirilməli, gənc nəsil üçünsə başçalar, məktəblərin tikilməsi, onları müvafiq kadrlarla təmin etmək və lazımlı tədris metodlarını tətbiq etmək lazımdır, problemləri əldə bayraq etmək deyil.
Müəllif: Ramidə Sarıyeva, tələbə
Mətnin məzmunu üzrə məsuliyyəti tamamilə müəllif daşıyır.
Məqalə “Etnik azlıqlarla məskunlaşmış bölgələrdə informasiya və təhlilin əlçatımlığı yolu ilə ictimaidayanıqlığın artırılması” layihəsi çərçivəsində Müharibə və Sülhü İşıqlandırma İnstitutu (IWPR) tərəfindən verilmiş fondlarla, Birləşmiş Krallıq Hökumətinin maliyyə dəstəyilə tərcümə edilmişdir. Məqalədə verilmiş düşüncələr, əsas faktlar və nəticələr yalnız müəlliflərə məxsusdur və onlar IWPR və Birləşmiş Krallıq Hökumətinin baxışlarını əks etdirmir.