Marneuli bələdiyyəsinin Şaumyan kəndi etnik ermənilərlə kompakt şəkildə məskunlaşmışdır (hazırda, təxminən 3000 nəfərlə). Gürcüstanın etnik azlıqların kompakt şəkildə yaşadıqları yerlərdə olduğu kimi, inteqrasiya məsələsi Şaumyan kəndində də kəskin şəkildədir və özünü müxtəlif cəhətdən büruzə verir. Bunun əsası gürcü dilini bilməməkdir, hansı ki, sadəcə dil bilməməklə kifayətlənmir, etnik erməni əhalisini bir çox problemlə üzləşdirir.
Gürcü dilinin öyrənməsilə bağlı problemlərin səbəbi nədir?
Şaumyanda dil maneəsi müxtəlif səbəblərdən irəli gəlir. Onlardan bir neçəsini təqdi edirəm:
- Dil maneəsi Şaumyanın yetkinliklik yaşına çatmış əhalisində onların sovet dövründə anadan olmalarından və həmin dövrdə təhsil almalarından irəli gəlir. O vaxtlar etnik azlıqlar qrupunun nümayəndələri bir-birilə bir çox hallarda rusca danışırdılar, onlara gürcü dili lazım gəlmirdi. Sovet itifaqının süqutundan sonra isə, gürcücə kommunikasiya dilinə çevrildiyi üçün, dil maneəsi problemi yarandı. Dil maneəsi problemi isə, öz növbəsində, başqa problemlərə səbəb oldu.
- O ki qaldı gənc nəslə, burda iki dövrü bir-birindın ayırardım - „1+4 proqramı“ yaradılana kimi və o yaradılandan sonra. „1+4 proqramı“ yaradılanadək, Şaumyan gəncləri məktəbi bitirdikdən sonra Gürcüstanı olduqca tez-tez tərk edir və oxumaq üçün Ermənistana və ya Rusiyaya üz tuturdular. Bu isə əlbəttə ki, böyük problem idi və inteqrasiyaya mane olurdu.
- 2010-cu ildən bəri, ,,1+4 proqramı“ fəaliyyətə başladıqdan sonra, daha da çox gənc Gürcüstanda qalıq. Bu proqram ümumi bacarıqlardan erməni, azərbaycan, abxaz, osetin dillərində imtahan verməyi nəzərdə tutur və müvafiq xalları topladıqda, təhsil almaq imkanı verir. Gənclər 1 il ərzində gürcü dilində hazırlıq kursunu keçir və sonra, 60 kredit topladıqda, özlərinin arzu etdikləri fakultələrdə oxumağı davam etdirirlər. Beləki, son illərdə gənc nəsildə gürcü dilini bilmək cəhətdən müsbət tendensiya müşahidə edilir. Buna baxmayaraq, gürcü dilini kamil surətdə öyrənmək üçün 1 il nə qədər kifayətdir, ayrıca müzakirə predmetidir.
- Dil maneəsinin gətirdiyi əhəmiyyətli problemlərdən biri Şaumyan kəndində etnik ermənilərin kompakt şəkildə yaşamalarıdır. Məktəblərdə gürcü dilinin öyrədilməsinə baxmayaraq ki, onun keyfiyyəti haqqda burda danışan deyiləm, burda əhalinin gürcü dilində aldığı bilikdən istifadə etmək imkanı yoxdur. Bunun səbəbi Şaumyan kəndinin ətrafında azərbaycanlı kəndlərinin olmasıdır, bələdiyyənin özündə də etnik azərbaycanlılar çoxluq təşkil edirlər.
- Məktəblərdə gürcü dilinin tədrisi keyfiyyəti də problemlidir. Şaumyan kəndində ümdə 3 ictimai məktəb yerləşir – ikisi ermənidillidir, biri isə rusdilli. Həmin məktəblərdə gürcü dili ikinci dil kimi tədris edilir. Beləliklə, gənclər 12 sinifi bitirdikdən sonra, gürcü dilini mükəmməl bilmirlər. Mənim nəzərimcə, burda gürcü dilinin tədris edildiyi kitablar da böyük rol oynayır. Lakin, „Qeyri-gürcüdilli məktəblərin dəstəyi“ proqramı çərçivəsində elə gürcü müəllimlər də var ki, onlar situasiyanı dəyişmək üçün böyük səy göstərirlər.
Şaumyandakı qaçqınlar
Şaumyan kəndində 2008-ci il müharibəsində Didi və Patara Liaxvi dərəsindən qaçqınlar da yaşayırlar. Onlar gəldikdən sonra rus məktəbində gürcü sektoru da açıldı. Buna görə, Şaumyandakıların bir qismi son illərdə uşaqları rus və ya erməni məktəbinə deyil, birbaşa gürcü sektoruna aparmağa başladı. Habelə, qaçqınlar qəsəbəsində gürcüdilli uşaq bağçası da fəaliyyət göstərir. Son illərdə həmin uşaq bağçasına Şaumyandan da gedirlər.
Bütün buna və qaçqınlarla dinc yaşamağa baxmayaraq, dilin yaxşılaşması cəhətdən bir o qədər də böyük dəyişikliklər müşahidə edilmir. Hesab edirəm ki, bunun əsas səbəbi qaçqınların kompakt şəkildə bir məhəllədə (Sovet dövründəki „hərbi şəhərdə“) yaşamalarıdır. Həmin ərazi isə Şaumyanın ərazisindən nisbətən uzaqda yerləşir. Beləliklə, əhali arasında sıx kommunikasiya azdır. Lakin, qaçqınların həmin qəsəbəsində „Şaumyan icma təhsili mərkəzi“ fəaliyyət göstərir və burda başqa kurslarla birlikdə, gürcü dili də ödənişsizdir. Həmin kurslarda Dövlət dilini öyrənmək üçün Şaumyanın ermənidilli gəncləri də iştirak edirlər. Mənim özüm də, 4 ay ərzində gürcü müəllimi yanında hazırlaşırdım (o da qaçqın idi). O gürcü dilini tamamilə ödənişsiz şəkildə öyrədirdi və bu günə qədər minnətdaram, çünki mənim inteqrasiyamda onun töhfəsi həqiqətən də böyükdür.
İşsizlik, miqrasiya və xaricdə ağır əmək
Şaumyan əhalisi illərdir ki başqa çağırışlardan da əziyyət çəkir. Ən böyük çağırışlardan biri işsizlikdir. Qadınların kiçik hissəsi məktəb məktəblərdə və ermədilli uşaq bağçasında işləyir. Kişilərsə əmək emiqrasiyasına getməyə məcburdular. Onlar əsasən Rusiyaya gedir və son illərdir artıq Polşaya da üz tuturlar. Bundan əlavə bahardan payızın sonuna qədər ağır işlərdə işləməli olurlar. Bundan əlavə, ailə saxlamağı yeganə yolu – Ermənistandan Gürcüstandan keçərək gedən böyü yük maşınları ilə meyvə-tərəvəz daşımaq və Rusiyada alver etməkdir. Bu isə böyük səy və resurs tələb edir. Şaumyanda, əhalinin kiçik hissəsi maldarlıq və kənd təsərrüfatı ilə məşğuldur.
İnformasiyaya əlçatımlıq
Dili bilməmək üçün informasiyanın azlığı problemi nəzərəçarpandır. Məlumat boşluğunda qalmış Şaumyan əhalisi – ölkədə baş verən proseslər haqqında etibarlı məlumat ala bilmir və beləliklə, təbliğat qurbanlarına çevlirirlər, xüsusilə də rus telekanalları vasitəsilə.
İctimai-siyasi həyata cəlbolunmaq
Şaumyanda yaşayan etnik azlıqların ictimai və siyasi həyatdakı cəlbedilmə göstəricisi olduqca aşağıdır, onlar təcrid olunmuş şəkildə yaşayırlar. Gürcü dilini bilməmək yerli hakimiyyətə öz problemlərini çatdırmaqda çətinliklər yaradır.
Səhiyyə hüququ
Bu günkü reallıqda səhiyyəyə əlçatımlıq əhəmiyyətli amillərdən biridir. Bu insanların təməl hüququdur. Lakin, Dövlət dilini bilməyən qeyri-gürcüdilli əhali üçün informasiya qıtlığı problemdir. Bu, xüsusilə yaşlı əhali üçün belədir. Dili bilmədikləri üçün onlar təcridolunmuş vəziyyətdə qalırlar və həkimə problemlərini anlatmaqda çətinlik çəkirlər, bu isə onların sağlamlıqlarına ciddi təhlükə yaradır.
Nəhayət,
Dil maneəsi problemlərinin aktuallığı aydındır, ondan irəli gələn çətinliklərsə Şaumyanda yaşayan etnik azlıqların həyatını mürəkkəbləşdirir. Dövlət dilini bilmək inteqrasiya və sosiallaşmanın rəhnidir, beləki, Şaumyanın etnik azlıqlarına xüsusi diqqət göstərmək lazımdır ki, bunu biz Dövlət tərəfindən, təəssüf olsun ki, görə bilmirik.
Dil maneəsi problemini həll etmək üçün, Şaumyanın xüsusi ehtiyacları və mədəni nüanslarına uyğunlaşdırılmış icma dil proqramlarını hazırlamaq və həyata keçirmək lazımdır. Həmin proqramlar dil kurslarını, danışıq klublarını və mədəni mübadilə tədbirlərini əhatə edə bilər. Şaumyan kəndində yaşayan qaçqın gürcülərlə əməkdaşlıqla, onları bu proqramlara cəlb etməklə, həmin problem daha asand həll edilərdi.
Müəllif: Edik Kamalyan – Siyasi Elmlər tələbəsi, İlya Çavçavadze adına Dövlət Universiteti
Mətnin məzmunu üzrə məsuliyyəti tamamilə müəllif daşıyır.
Məqalə “Etnik azlıqlarla məskunlaşmış bölgələrdə informasiya və təhlilin əlçatımlığı yolu ilə ictimaidayanıqlığın artırılması” layihəsi çərçivəsində Müharibə və Sülhü İşıqlandırma nstitutu (IWPR) tərəfindən verilmiş fondlarla, Birləşmiş Krallıq Hökumətinin maliyyə dəstəyilə tərcümə edilmişdir. Məqalədə verilmiş düşüncələr, əsas faktlar və nəticələr yalnız müəlliflərə məxsusdur və onlar IWPR və Birləşmiş Krallıq Hökumətinin baxışlarını əks etdirmir.