“Komentar” Gürcüstanda və dünyada baş verən proseslər haqqında geniş ictimaiyyətə tənqidi baxış təqdim edən peşəkarları özündə birləşdirən bir platformadır.
Səhiyyəyə ümumi əlçatımlıq ideyası
February 27, 2024

Sağlamlıq ləyaqətli həyatın,  ictimaiyyətin inkişafı və rifahının bir ölçüsüdür.  Onunqeydinə qalmaq fərdi məsuliyyət çərçivələrini aşır, Dövlətə sağlamlıq və sosial siyasətin elə bir modelini yaratmağı həvalə edir, hansı ki, ictimaiyyətin bütün qruplarına çatır.

 Bu mövzu ilə niyə maraqlanmalıyam?

Gürcüstan səhiyyə xidmətlərinə tələbat artır.  Maliyyələşdirilmə artsa da, əhali tərəfindən ödənən xərclər (Cibdən ödəmələr) yenə də yüksəkdir.  Problemin qlobal miqyasını Dünya Səhiyyə Təşkilatının 2023-cü il hesabatı da göstərir. Ona əsasən, tibbi xidmətlər üçün çəkilən xərclər 344 milyon insanı kasıblatmışdır.

Rəyimiz

İctimaiyyətin hər bir qrupunun sosial rifahı, ədalət və həmrəylik prinsiplərini qəbul edən və eyni zamanda onları yoxsulluqdan qoruyan  səhiyyə sisteminə əli çatmalıdır.

İnsanın sağlamlığa olan hüququ

İnsanın səhiyyə hüququ sağlamlığı qorumağın ali standartlarını nəzərdə tutur. O, onun fiziki, əqli və sosial rifahı üçün lazımdır.  Ali mümkün ola biləcək standarta əlçatma səhiyyə xidmətlərinə ümumi əlçatma prinsipinə əsaslanır. Ümumi əlçatımlıq tibbi xərclərin şəxs üçün xüsusilə ağır maliyyə yükü olmasına imkan vermir. Şəxsin  cibindən ödəmək metodu ilə, Dövlətin iştirakı olmadan qarşılanmasına yol vermir. Səhiyyəyə ümumi əlçatımlıq hüququnun əsas elementlərindən biri onun barəsində informasiya və fiziki əlçatımlılıqdır.

Səhiyyə hüququ barədə Gürcüstan Konstitusiyasında yazılanlar

Sosial dövlətdə ictimai səhiyyə modeli ictimaiyyətin hər bir qrupu üçün əlçatımlı, keyfiyyətli və etibarlı tibbi xidmət təklif etməlidir. Gürcüstan sosial dövlətdir. O, səhiyyə hüququnu Konstitusiya səviyyəsinə qaldıraraq, üzərinə öhdəlik götürür ki,  ümumi və bərabər əlçatımlıq prinsipilə və resursları maksimum səfərbər etməklə, məhz belə bir, əlçatımlı və keyfiyyətli səhiyyə siyasəti işləsin.

 Ümumi səhiyyəyə əlçatımlıq nə kimi problemlərlə üzləşir?

Dünya Səhiyyə Təşkilatı, hansı ki tibbi xidmətlərə ümumi əlçatımlığın tərəqqisini ildə iki dəfə qiymətləndirir 2023-cü ilin hesabatında deyir ki, prosesin yavaşlamasının miqyası 2030-cu il üçün  ümumi səhiyyənin dayanıqlı inkişafını sual işarəsi altına aparır. Dövlətləri isə ilkin səhiyyəni gücləndirməyə çağırır və onu səhiyyə siyasəti/sisteminin əsas kilid halqası kimi qəbul edir.  Gürcüstanda ilkin səhiyyə halqasının necə fəaliyyət göstərdiyi barədə növbəti məqalələrdə toxunacağıq.


Məqalə “Etnik azlıqlarla məskunlaşmış bölgələrdə informasiya və təhlilin əlçatımlığı yolu ilə ictimaidayanıqlığın artırılması” layihəsi çərçivəsində Müharibə və Sülhü İşıqlandırma İnstitutu (IWPR) tərəfindən verilmiş fondlarla, Birləşmiş Krallıq Hökumətinin maliyyə dəstəyilə tərcümə edilmişdir. Məqalədə verilmiş düşüncələr, əsas faktlar və nəticələr yalnız müəlliflərə məxsusdur və onlar IWPR və Birləşmiş Krallıq Hökumətinin baxışlarını əks etdirmir.

Məqalə hazırlanmışdır
ნინა ჩიხლაძე
Nina Çixladze
Hüquqşünas
სოფო ვერძეული
Sopo Verdzeuli
Şərikli təsisçi, Hüquq siyasəti istiqaməti redaktoru