“Komentar” Gürcüstanda və dünyada baş verən proseslər haqqında geniş ictimaiyyətə tənqidi baxış təqdim edən peşəkarları özündə birləşdirən bir platformadır.
Keçid ədalət mühakiməsi nəyi nəzərdə tutur və necə işləyir?
June 29, 2023

Uzun illər boyunca keçmişi unutmaq avtoritar rejimlərin süqutunun və dövlətin yenidən qurulmasının dinc yolu kimi qəbul edilirdi. Lakin, ədalət duyğusu dövlətlərdən kollektiv travmalara reaksiya verməyi tələb etdi. Bu ideyaya əsaslanaraq keçid ədalət mühakiməsi inkişaf etdirildi. Qarşıdakı məqalə qısaca keçid ədalət mühakiməsinin nə olduğunu və necə fəaliyyət göstərdiyini izah edir.

Bu mövzu məni niyə maraqlandırmalıdır?

Müstəqilliyi bərpa etdikdən sonra Gürcüstan əhalisi daima münaqişələr, institusional süqut və ya repressiv siyasət şəraitində yaşamaqdadır. Bunu nəzərə alaraq, bizdə keçid ədalət mühakiməsi mexanizmlərindən istifadə etmək yerində olardı. O cəmiyyətə keçmiş ədalətsizliklər üzərində ədalətə nail olmaq imkanını verərdi.

Bizim rəyimiz

Gürcüstanda bu günə qədər heç bir hakimiyyət keçmişi təhlil etməyə və ümumi travmalara reaksiya verməyə cəhd göstərməmişdir. Bu hər dəfəsində xalqla sistem arasındakı qarşıdurmanı daha da kəskinləşdirir, siyasi sistemə qarşı etibarsızlığı gücləndirir, nihilizmə dəstək verir. Gürcüstan keçid ədalət mühakiməsi alətlərindən istifadə etməyə başlamalıdır. Bu insan hüquqlarının ağır, keçmişdəki pozuntularını etiraf etməyə, onlar barədə hüquqi reaksiya verməyə və Dövlətin zorakılıq siyasətinin qarşısını almağa kömək edəcəkdir.

Keçid ədalət mühakiməsi nə deməkdir?

Keçid Ədalət mühakiməsi insan hüquqlarının ağır və sistemli pozuntulara ədalətli cavabdır. O, cəmiyyətə əxlaqi və sosial gücünü bərpa etməkdə kömək edir. Post-münaqişə sistemində sülh, barışıq, demokratiyanın qurulmasına cəhd edir.
Hədəfi: keçmişlə bağlı həqiqətin müəyyənləşdirilməsidir – nə, niyə baş vermişdir; qurbanın və onun emosialarını tanımaq; müqəssirləri üzərə çıxarmaq və məsuliyyət; küçmiş pozuntuların təzminatı və gələcək repressiyaların prevensiyası.

Keçid Ədalət mühakiməsi ideyası necə və hansı alətlərlə fəaliyyət göstərir?

Bir neçə yol var, o cümlədən:

Cinayət təqibi keçmiş pozuntularda müqəssir şəxslərin məsuliyyətinin birbaşa, ən sərt formasıdır. Belə halda ədaləti bərpa etmək üçün ən möhkəm siyasi iradə gərəkdir, çünki müqəssirlər bir çox hallarda məsuliyyətdən hakimiyyətdə qalmaqla və yaxud yeni siyasi elita ilə əlaqələnməklə çalışırlar.

Ədaləti müəyyənləşdirən komissiyalar hüquqların sistemli pozulma hallarını öyrənir. Onların məqsədi faktları üzərə çıxarmaq və obyektiv təhlildir. Bu mexanizmlərin cəzalandırıcı funksiyaları yoxudur. Onların araşdırmanın nəticələrini nəzərə alır və konkret şəxslərin məsuliyyətləri barədə yalnız tövsiyyələr verirlər. Komissiyalar nəyin niyə baş verdiyini, gələcəkdə oxşar faktların necə qabaqlana biləcəyini izah etməyə çalışırlar.

Repatriasiya qurbanlarını üzərə çıxarmağı, vurulmuş zərərin qiymətləndirilməsini, habelə təzminatı nəzərdə tutur. O, zərərçəkənlər üçün ləyaqətli yaşamağı, cəmiyyət üçünsə etimad və həmrəyliyi geri qaytarmağa çalışır. Qurbanın travmalı təcrübəsini qarşılamaq qeyri-mümkündür. Beləliklə, repatriasiyanın məqsədi qurbanın daha çox emosional və fiziki travmasını tanımaqdır (Məs., restitusiya, reabilitasiya), nəinki həmin travmanı “satınalmaq” cəhdi (lakin, yollardan biri kimi ziyanın pulla qarşılanması da istisna olunmur).

İnstitusional islahatlar – avtoritar rejimlərdə Dövlət təsissatları tərəfindən insan hüquqlarının sistemli pozulması halları tez-tez baş verir. Repressiv rejimlərin süqutundan sonra Dövlət orqanlarının mövcud formasını, onların fəaliyyətlərinin, komplektləşmə qaydasını tamamilə dəyişmək gərəkdir. Buna isə köklü institusional islahatlarla nail olunur.

 

Məqalə Heynrix Böll Fondunun Tbilisi Ofisinin dəstəklədiyi “Gürcüstanda inklüziv və konsensusa əsaslanmış siyasi mühitin dəstəyi” layihəsi çərçivəsinə hazırlanmışdır. Məqalədə söylənilən fikirlər “Komentara” aiddir və ola bilsin ki, Heynrix Böll Fondunun Tbilisi Ofisinin baxışlarını əks etdirməsin.
Məqalə hazırlanmışdır
თამარ გვასალია
Tamar Qvasaliya
Hüquqşünas
ვახუშტი მენაბდე
Vaxuşti Menabde
Şərikli təsisçi, Demokratiya istiqaməti redaktoru