Plebissit demokratiyası demokratiyanın alternatividir. O, elitaların gücünü məhdudlaşdırır və xalqın demokratik proseslərdə iştirakını gücləndirir. O, həqiqi xalq demokratiyası formasıdır. Lakin, demokratiyanın nəfinə yeganə bircə sistemdə işləyir – həmin demokratiyada siyasi proeslərə tək bir gücün təsiri, möhtəkirliyi və hakimiyyətdən sui-istifadə təhlükəsi olmamalıdır. Avtoritar təmayüllü ölkələrdə o öz demokratik səciyyəsini itirir və rejimin legitimlik alətinə çevrilir. Qarşıdakı məqalənin məqsədi Plebissit demokratiya ideyasını və ondan sui-istifadə etmək misallarını öyrənməkdir.
Bu mövzu məni niyə maraqlandırmalıdır?
Plebissit demokratiyası barədə müzakirə, Gürcüstanda, bir neçə həftə bundan əvvəl, 30 apreldə hökumət tərəfdarlı aksiyadan sonra fəallaşdı. Aksiya təşkilatçıları bir neçə tələb irəli sürdülər. Onlara əsasən, başqa məsələlərlə birlikdə, xalq azlıqların hüquqları və ölkənin avro-atlantik kursu ilə əlaqəli məsələlər haqqında qərarı birlikdə qəbul etməlidir. 2 gündən sonra „Avropalı sosialistlər“ həmin ideyanı bəyəndiklərini və yaxın gələcəkdə aksiyanın əsas tələblərini əks etdirən Qanunvericilik paketini təqdim edəcəklərini bildirdilər.
Rəyimiz
Bu güclər tərəfindən plebissist demokratiyası barədə müzakirələrin fəallaşması bizə ən azı iki şeyi göstərir: (1) Xalq və siyasi elitanın uzaqlaşmasını; (2) Dövlət idarəçiliyinin sağlam mexanizmlərindən məkrli məqsədlə istifadə etmək cəhdi. Seçkiqabağı, ağır sosial və iqtisadi şəraitlərin, qütbləşmələrin və Avropa ittifaqına qarşı düşməncə siyasət fonunda, Dövlətə seçicilərini səfərbər etmək, siyasi proseslərdə xalqın rolunun gücləndirilməsini göstərmək lazım gəlir. Bu vəziyyətdə hakimiyyət tərəfindən plebissit demokratiyası alətləri barədə danışmaq möhtəkirlik və gücün əlində saxlamaq mexanizmindən başqa bir şey deyildir.
Problem hardadır və onun haqqında nəyi bilməliyk?
Ümumi cəlbolunmağa istiqamətlənmiş bir siyasi sistemdə (inklüziv sistem) birbaşa demokratiyanın istənilən forması hər hansı bir məsələ ilə bağlı vətəndaşların yanaşmalarını öyrənmək üçün əhəmiyyətli bir alətdir. O, siyasətin təşəkkülü prosesində ictimaiyyətin daimi, lazımlı iştirakına imkan yaradır; seçicilər və hökümət arasında demokratik müzakirə formatlarını yaradır. Həmin formatlar isə vasitəsiz demokratiya mexanizmləri ilə qərarların alınma prosesini qabaqlamalıdır. Başqa kəlmələrlə, Plebissit demokratiyası avtoritar, və ya avtoritarizm meyilli liderlərin əlində, saxta “xəliqilik” adı altında şəxsi maraqlara nail olmaq alətinə çevrilir.
Plebissit dmeokratiya elementlərindən harda və necə sui-istifadə edirlər?
Plebissit demokratiya konsepsiyasından avtoritar təmayüllü rejimlərdə tez-tez möhtəkirlik üçün istifadə edirlər. Ona hakimiyyətlərini bərkitmək üçün müraciət edirlər (məsələn, Macarıstan praktikasında ondan tez-tez vergi və emiqrasiya siyasəti, KVİAR qrupların hüquqları ilə bağlı məsələlərlə bağlı istifadə edirlər). Təşəkkül tapmış avtoritarizmdə bu mexanizm, daha çox, hakimiyyətdə olan qüvvələrin səlahiyyətləri müddətlərinin uzadılmasına xidmət edir (Bu cəhətdən Rusiya, Qazaxstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Türkmənistan təcrübəsi maraqlıdır). Beləliklə, avtoritar rejimlərdə plebissit demokratiyası təktərəfli hakimiyyət, yalançı-demokratik rejimlərdə isə sistem legitimliyi vasitəsidir.
Məqalə Heynrix Böll Fondunun Tbilisi Ofisinin dəstəklədiyi “Gürcüstanda inklüziv və konsensusa əsaslanmış siyasi mühitin dəstəyi” layihəsi çərçivəsinə hazırlanmışdır. Məqalədə söylənilən fikirlər “Komentara” aiddir və ola bilsin ki, Heynrix Böll Fondunun Tbilisi Ofisinin baxışlarını əks etdirməsin.