Məhkəmə Dövlət orqanının fəaliyyətini və yaşayış müavinətindən faydalanmağa əlçatımlılığın əhəmiyyətli şəkildə artırılmasını yaxşılığa doğru dəyişə bilər. Bu məqalədə verilmiş bucaqdan Ali Məhkəmə praktikasını müzakirə edəcəyik.
Bu mövzu ilə niyə maraqlanmalıyam?
Komentar yaşayış müavinəti ilə bağlı Ali məhkəmənin 2019-2023-cü illərdəki praktikasını öyrəndi. Məlum oldu ki, Ali məhkəmənin mövcud olduğu praktikası Sosial Agentliyinin fəlaiyyətini yaxşılığa doğru dəyişmir.
Rəyimiz
Nəzərə çarpacaq müsbət dəyişikliklərə nail olmaq üçün Ali məhkəmə hansı qərara istinad etdiyini açıq şəkildə göstərməlidir. Bu cür qərar olmadıqda isə presedent yaratmalı və həmin presedent daha yaxşı praktikanın tətbiq edilməsi üçün rəhbər tutulmalıdır.
Nəyi bilməliyik?
Sosial yardımla bağlı Agentlik bu kimi qərarları ala bilər: yardım təyin etmək, dayandırmaq, xitam vermək, yenilənmək. Agentliyin bu qərarı məhkəmədə şikayət edilə bilər.
Komentar, Ali məhkəməsinin yaşayış müavinəti ilə bağlı 42 publik işini axtarıb tapdı. Komentar hər bir işlə bağlı icazə verilmə məsələsini araşdırdı və məzmun etibarı ilə isə 10 işi müzakirə etdi. Məzmun etibarı ilə müzakirə edilən işlərin əksəriyyəti reytinq xallarının verilməsi və agentlik tərəfindən alınan qərara toxunur. Bir çox hallarda yenidən yoxlanma nəticəsilə verilən reytinq xallarının miqdarı mübahisəli qalır, daha konkret:
- Bir çox hallarda, yenidən yoxladıqda, ailənin əmlak bəyənnaməsindəki verilmişlər qeyri-dəqiq halların detallı araşdırılması olmadan daxil edilmişdir;
- Mahiyyət etibarı ilə dəyişməz qalan sosial-iqtisadi şəraitlərdə tərtib edilən bəyənnamələr arasında uyğunsuzluqlar var;
- „Rifahın səviyyəsini“ – yəni yardım alan şəxsin sosial vəziyyəti əsassız müyyənləşdirmək və reytinq xallarının faktiki əsasları olmadan dəyişdirilməsi də tez-tez baş verir.
Agentliyin bu cür praktikası ilə insanlar üçün sosial yardım almaq hüquqları məhdudlaşdırılır.
Məhkəmə mübahisələrində nə kimi tendensiyalar var?
Məhkəmədəki mübahisələrin əksəriyyəti yoxlandıqdan sonra sosial yardımı məhdudlaşdırılan şəxslər tərəfindən başlayır. Bir çox hallarda birinci instansiya məhkəməsi şikayətin tələbini qismən və ya tam şəkildə təmin edir. Belə hallarda o Agentliyə yeni aktın çıxarılmasını və şikayətçinin tələbi üzrə ala bilinməyən yardımın qarşılanmasını tapşırır. Bəzi halarda birinci instansiyanın qərarı apellyasiya mərhələsində də dəyişməz qalır. İşlərin təhlili göstərir ki, məsələlərin eynicür olmasına baxmayaraq, Agentlik mübahisəni yenə də sonuncu instansiyaya qədər aparır. Komentar tərəfindən öyrənilən işlərin əksəriyyətində, Ali məhkəmədə mübahisənin təşəbbüskarı məhz elə Agentlikdir.
Ali məhkəmə hansı işlərə baxır?
Ümumiyyətlə, Ali məhkəmə yalnız icazə verilmə mərhələsini keçən işlərə baxır. Açıq şəkildə əlçatan verilmişlərə əsasən, 2019-2023-cü ildə sosial yardımla bağlı 42 işdən, məhkəmə:
- 34 işi qəbul etməmişdir;
- Yalnız 8 işi mahiyyət etibarı ilə müzakirə etmişdir.
Kassasiya məhkəməsi necə müzakirə aparır?
İşin qəbulu, icazəsi üzrə müzakirələr məhkəmə üçün standart işdir. Təəssüflər olsun ki, Ali məhkəmə bütün hallarda eyni işlə bağlı yeni qərarların qəbul edilməsilə bağlı təyin etdiyi standartları əks etdirən konkret işi göstərmir.
Bəzi hallarda, məhkəmə müzakirə apardıqda sosial dövlətin konstitusiya prinsipi və təməl beynəlxalq aktlarına söykənir. Məhkəmə qeyri-dəqiq və əsassız verilmişlər əsasında təqdim edilən inzibati hüquqi aktın qanunili və onun nəticədə vurulan zərərin qarşılanması öhdəliyi haqqında da müzakirə aparır.
Yardımın verilməsi praktikasına Ali məhkəmənin nə kimi təsiri var?
2019-2023-cü illərdə Ali məhkəmə tərəfindən işin müzakirəsi tendensiyalarına bənzərdir. Lakin, məhkəmədə mübahisənin məzmunu daha çox təkrar edilir. Bundan əlavə, məhkəmə praktikasının dövlət siyasətinə və Agentliyin fəaliyyətinə heç bir təsir bağışlaya bilmədiyini düşünə bilirik.
Məqalə Komentar tərəfindən USAID Hüququn Aliliyi Proqramının dəstəyilə hazırlanmışdır. Proqram Şərq-Qərb İdarə İnstitutu (EWMI) Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyələşdirməsilə hazırlanmışdır. Məqalənin məzmunu üzrə tamamilə Komentarın üzərindədir və məqalədə söylənilən düşüncələr yuxarıda adı çəkilən beynəlxalq təşkilatının nəzərlərini əks etdirməyə bilər.
Məqalə “Etnik azlıqlarla məskunlaşmış bölgələrdə informasiya və təhlilin əlçatımlığı yolu ilə ictimai dayanıqlığın artırılması” layihəsi çərçivəsində Müharibə və Sülhü İşıqlandırma İnstitutu (IWPR) tərəfindən verilmiş fondlarla, Birləşmiş Krallıq Hökumətinin maliyyə dəstəyilə tərcümə edilmişdir. Mətbdə verilmiş düşüncələr, tapıntılar və nəticələr yalnız müəlliflərə məxsusdur və onlar IWPR və Birləşmiş Krallıq Hökumətinin baxışlarını əks etdirmir.