ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Ofisi (ODHIR) hakim partiyanın irəli sürdüyü, sonra isə ictimai etirazlara görə imtina etdiyi qanunlayihə haqqında rəy dərc etmişdir. Sənəd qanunlayihəni və onun Gürcüstanın demokratik inkişafına mümkün ola biləcək təsirini tənqid edir.
Bu mövzu ilə niyə maraqlanmalıyam?
Doğrudur, hakimiyyət həmin qanunlayihələri geri çağırdı, ancaq qanunlayihələrdəki nitqindən yenə də imtina etməyibdir. Hökumət bu günün özündə belə ictimai təşkilatlarının nüfuzunu müxtəlif yollarla korlamağa çalışır. Ümumiyyətlə, bu addımla “Gürcü arzusu” iki şeyi göstərdi: birincisi odur ki, hakimiyyətini qorumaq üçün avtoritar metodlardan istifadə etməkdən çəkinmir, ikincisi isə ictimai qruplar arasında münaqişələr yaratmağa hazırdır. Bunun qarşısını almaq üçün hakimiyyətin niyyəti haqqında danışmaq olduqca əhəmiyyətlidir.
Rəyimiz
ATƏT-in verdiyi rəy hakim partiyanın anti-demokratik məqsədlərini aşkar edir. O təsdiqləyir ki, “Gürcü arzusunun” vətəndaş cəmiyyətini stiqmatlaşdırmaqla gözdən salma canatmaları, onları nəzarət altına almaq cəhdləri və onların Hökumətə nəzarət etmək mexanizmlərini pozmaq kimi amalı vardır.
ATƏT-in rəyinin deyəcəyi əsas şey nədir?
Rəy təklif edilən reqlamentlərin insan hüquqları ilə müvafiqliyini təhlil edir; təqdim edilən versiyaları başqa ölkələrin təcrübəsilə əlaqədə öyrənir və demokratik ölkədə bu cür məhdudlaşdırıcı mexanizmlərlə vətəndaş cəmiyyətinə nəzarət etməyin məqsədəuyğun olub-olmamasını müzakirə edir.
Sənədin göstərdiyi kimi, bu cür praktika, bir qayda olaraq, qeyri-demokratik rejimlər üçün əlamətdardır. Canlı və böyüməkdə olan vətəndaş sektorunun əhəmiyyətini tanıyan hər bir sistemdə bu cür monitorinq qəbuledilməzdir və dərhal təkzib edilir.
Sənədə əsasən, bu cür halları müşahidə etmək göstərir ki, qanunlayihələri nəzərə alaraq xarici maliyyə alan təşkilatlar üçün öhdəliklər təyin etmək bir çox hallarda həmin təşkilatların diskreditasiyasına və ictimai şəkildə təhqirinə xidmət göstərirdi.
ATƏT-in qiymətləndirməsi ilə, bu cür ayrı-seçkilik törədən tənzimləmə ictimai təşkilatlara onların nüfuzunu alçaldacaq ayamalar vermək riskini ehtiva edir. O, təşkilatlara qarşı düşmən mühiti yaradır, bu sektorun stiqmatlaşdırılmasına xidmət edir, onlara qarşı etibarsızlığı artırır və ictimaiyyətdə onların qorxulu obrazını yaradır.
Məqalə Heynrix Böll Fondunun Tbilisi Ofisinin dəstəklədiyi “Gürcüstanda inklüziv və konsensusaəsaslanmış siyasi mühitin dəstəyi” layihəsi çərçivəsinə hazırlanmışdır. Məqalədə söylənilən fikirlər “Komentara” aiddir və ola bilsin ki, Heynrix Böll Fondunun Tbilisi Ofisinin baxışlarını əks etdirməsin.