Son siyasi müzakirələrdə hökumət suverenlikdən getdikcə daha çox bəhs edir. Strateji tərəfdaşlarımız ölkənin xarici siyasət kursunun kəskin dəyişməsini tənqid etməyə və Avropaya inteqrasiya prosesinə mane olmağa başlayarkən iqtidar komandası bu ritorikanı aktivləşdirdi. Bu məqalədə “suveren demokratiya” ideyasının haradan qaynaqlandığını qısaca izah etməyə çalışacağıq, bunun real olaraq suverenliklə nə əlaqəsi var və Gürcüstan kontekstində bu nə deməkdir?
Gürcüstanın Avropa İttifaqı ilə əlaqələrində növbəti inteqrasiya prioriteti, mühakimənin təmkinlənməsi və məqsədəuyğun olaraq məhkəmədə vettinqin təşkil edilməsidir. Məqalədə, məhkəmədə vettinqin təşkililinin zəruriliyinə işarə edən məqamları vurğulayacağıq.
Bu gün ölkədə bir çox aktiv sosial etiraz ocağı mövcuddur, xüsusilə də Tbilisidə, Mexanizasiya küçəsində “Evolution Georgia”da işçilərin iki aydan artıq davam edən tətilini qeyd etmək lazımdır, ikinci ocaq isə Şukreti kəndidir, burada sakinlər 180 gündür ki, “Georgian Manganese” şirkəti tərəfindən vurulmuş ziyanın ədalətli şəkildə ödənilməsini tələb edirlər.
Hər iki etiraz ocağı radikal etiraz formalarına əl atır, istər aclıq aksiyası, istərsə də dodaqların tikilməsi olsun, lakin dövlət tərəfindən susqunluq hökm sürür, şirkətlərdən və ya işəgötürəndən danışmağa isə dəyməz.
Son dövrlərdə hakimiyyət bir sıra qeyri-demokratik addımlar atmaqla yanaşı, sosial etirazlara qarşı münasibətini də dəyişib. Əgər əvvəllər, heç olmasa zahirən, problemlərin həllinə cəhd edirdisə, indi bu cəhdlər daha da azalıb, o, tamamilə susqunluq siyasətini seçib, digər tərəfdən isə nümayişçilərə qarşı repressiv tədbirlərə əl atır.
İstənilən ölkənin sosio-iqtisadi proseslərin formalaşdırılmasında həlledici rol oynayır.
Məqalə Gürcüstanın fiskal siyasətini, büdcə xərclərini və gəlirlərini qısaca müzakirə edir və fiskal qərarlarının ölkə iqtisadiyyatı və sosial rifah üzərində necə əks etdiriləcəyini göstərir.
İstənilən ölkənin sosio-iqtisadi proseslərin formalaşdırılmasında həlledici rol oynayır.
Məqalə Gürcüstanın fiskal siyasətini, büdcə xərclərini və gəlirlərini qısaca müzakirə edir və fiskal qərarlarının ölkə iqtisadiyyatı və sosial rifah üzərində necə əks etdiriləcəyini göstərir.
Gürcüstanda məqsədyönlü sosial yardım proqramının məqsədi yoxsulluğu yenmək və sosial müdafiəsinin artması olmalıdır.
Gənclərin xüsusi iqtisadi çağırışlarını həll etmək üçün müxtəlif yanaşma mövcud ola bilər. Məqalədə avropanın müxtəlif ölkələrində gənclərin çağırışlarının prevensiyası və onların həlli yolları üçün beynəlxalq praktikanı müzakirə edəcəyik.
İşsizlik o qəbil problemlərdəndir ki, onun həll edilməsi ölkənin iqtisadi vəziyyətinə və insanların rifahına əhəmiyyətli dərəcədə təsir edəcəkdir.
Gürcüstanın büdcə-vergi (fiskal) siyasəti “İqtisadi azadlıq haqqında” qanunla tənzimlənir. Qanunun ilkin variantını Gürcüstan Parlamenti 2011-ci ildə qəbul etmiş və 31 dekabr 2013-cü ildə qüvvəyə minmişdir.
Qarşıdakı məqalədə, həmin Qanunvericiliyin fiskal siyasətin effektli şəkildə həyata keçirmək imkanını necə məhdudlaşdırdığı müzakirə edilmişdir.
Qlobalizasiya şəraitində, milli iqtisadiyyatlar kənar şoklara qarşı daha çox həssas olur, bu isə özünü yerli səviyyədə iqtisadi təlatümlərdə və qeyri-sabitlikdə ifadə edir.
Fiskal siyasətdən istifadə etməklə, hansı ki vergi, kredit və büdcə xərclərilə bağlı hökumət siyasətini əhatə edir, oxşar çaxnaşmalardan yayınmaq mümkündür. Bununla belə, fiskal siyasət ölkə daxilində maliyyə resurslarının səfərbərliyi və sosio-iqtisadi siyasətlərinin həyata keçirilməsinin əsas alətidir.
Fiskal siyasət üzərində, bir qayda olaraq, həm Maliyyə Nazirliyi məsuldur ki, o Maliyyə-Büdcə-Vergi sahələrini idarə edir və həm də Parlament, hansı ki illik büdcəni təəsdiqləyir.
İqtisadi çaxnaşmalar və böhranlar vaxtı, Hökumətlər fiskal siyasətdən istifadə edərək ölkənin iqtisadi vəziyyətini yaxşılaşdıra bilərlər.
Tarixən, bəzi Hökumətlər, doğru vaxt doğru fiskal siyasət yürütməklə, iqtisadi sağalmağa kömək etmiş oldu. Ancaq Hökumətlərin qeyri-düzgün fiskal siyasətə əl atdıqları və ölkəni daha kəskin iqtisadi problemlərlə üz-üzə gətirdiyi hallar da var.
Məqalədə, fiskal siyasətin bir neçə uğurlu və uğursuz hallarını müzakirə edəcəyik. Bununla hansı iqtisadi kontekstdə, hansı növ fiskal strategiyanın işlədiyi barədə təsəvvürümüz yaranır.
Daha detallı şəkildə bax: Fiskal siyasətin mahiyyəti və təyinatı
Mənzil siyasəti sosial siyasətin bir hissəsidir. O olmadan rifah yaratmaq qeyri-mümkündür.
Giriş
Müvafiq yaşayış yerinin əlçatımlığı məsələlərində ən problemli komponent evsizlik konsepsiyasının çatışmazlığıdır. Evsizlər üçün lazımınca şəraitlər yaradılması üçün, həmin qrupa kimlərin aid olduğu və nə kimi çağırışlarla bağlı olduğu düzgün müəyyənləşdirilməlidir.
Postsovet dövrdə mənzil siyasəti məsələsi aktuallaşmışdır. Bunun səbəbi planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçiş, bir kapital kimi daşınmaz əmlakın peyda olması oldu. Beləliklə, bu kimi kapitala əlçatımlıq ümumi mənfəət deyil, bir məziyyətdir. Qarşıdakı məqalədə yaşayış yerinin əlçatımlığı problemi və Gürcüstan reallığında mövcud olan təcrübələrə toxunulur.
Müvafiq yaşayış yeri hüququ fundamental hüquqdur, o beynəlxalq sazişlərlə möhkəmlənmişdir. Buna baxmayaraq, onun müdafiəsi, bir çox hallarda, çağırışlarla bağlıdır.
„Komentar“ tərəfindən keçirilmiş kəmiyyət xarakterli araşdırmanın verilmişlərinə əsasən, respondentlərin 63% narazı və yaxud, həddindən artıq narazıdır, 33% əməklə bağlı məsələlərin həllində dövlətin roluna qarşı neytral bir münasibət bəsləyir. Hətta, respondentlərin böyük əksəriyyəti işdə mövcud olan çağırışların öhdəsindən iş yerini əvəz etməklə (21%), başqa iş əlavə etməklə (32%) gəlir və yaxud, problemlərin öhdəsindən müstəqil şəkildə ümumiyyətlə gələ bilmir (18%). Bu isə aydın şəkildə mövcud çağırışların həllində Dövlətin rolunu və funksiyasının lazımınca olmadığını göstərir.
Ölkədə sosial müdafiə mexanizmləri sistemli deyil və əksər hallarda fraqmental xarakterlidir. Qeyri-formal əməkdə işləyən insanlar üçün bu problem daha ağırdır, çünki onlar güzəştlər və sosial müdafiənin fövqündədirlər. Bununla belə, bəzən, formal sektorda işləyənlərin belə sosial müdafiənin müəyyən alətlərinə əlləri çatmır.
Gürcüstanda əməkçilərin öz haqlarını müdafiə etmək və ədalətsiz əmək şərtlərini dəyişmək üçün mübarizə etmələri daha çətindir, nəinki iqtisadi cəhətdən güclü ölkələrdə. Bunun bir çox səbəbi var.
Son illərdə, ölkədə əmək haqlarının müdafiəsi istiqamətində qanunvericilik islahatları aparıldı. Bunun nəticəsində əməkçilərin hüquqi qarantiyaları, habelə əmək haqlarına nəzarətçilik gücləndirildi. Buna baxmayaraq, Gürcüstanda bir çox sahədə əməkçilər haqları hər gün pozulmaqdadır.
Hakimiyyət ictimaiyyətə verdiyi vədi pozdu və qanunlayihəsini yenidən müzakirə etmək üçün Parlamentə qaytardı. Hazırda hakimiyyətin təşviqatı həmin təşəbbüsü şəffaflıq arqumenti ilə bəzəməyə və ictimaiyyəti analoji qanunların demokratik sistemlərdə də qüvvədə olduğuna əmin etməyə çalışır. Qarşıdakı məqalənin məqsədi ictimaiyyətə qanunlayihə haqqında həqiqəti söyləməkdir.
Gürcüstan Hakimiyyəti, məhkəmə və Ali Ədliyyə Şurasının əsaslı islahatlarına dair çağırışları dəfələrlə və nümayişkəranə şəkildə təkzib etdikdən sonra, Venesiya komissiyası, ilk dəfə və açıq şəkildə Gürcüstanda Vetinq mexanizminin istifadəsi ideyasına işarə etdi. Sonra bu məsələni Avropa Komissiyası da gündəmə gətirdi. Ötən il, Gürcüstan üçün Avropa İttifaqına Namizəd Ölkə Statusunun verilməsilə bağlı, Avropa İttifaqının 9 prioritetində Ali Ədliyyə Şurası üzvlərinin, Ali Məhkəmə hakimlərinin və məhkəmə sədrlərinin vicdanlılığının yoxlanmasının xüsusi mexanizminin tətbiqi haqqında bəndlər qeyd edildi. Vetinqlə bağlı bir çox sual toplandı və bu mətndə onları cavablandırmağa çalışacağıq.
Son illərdə səhiyyə sektorunda xərclərin artması və ümumi səhiyyə proqramının qüvvəyə minməsinə baxmayaraq, səhiyyənin əlçatımlığı yenə də problem olaraq qalır. Tibbi xidmətlərin əlçatımlığı və ictimai sağlamlığın idarəsində əhəmiyyətli halqa olan ilkin səhiyyənin Gürcüstandakı miqyası hələ də məhduddur.
Cəmiyyətin əksəriyyəti Gürcüstanda etnik azlıq olmağı bəxtəvərlik də hesab edə bilər. Onların düşüncəsilə biz də azad və bərabərhüquqlu vətəndaşlarıq və heç bir fərqli problemimiz yoxdur. Bəziləri hətta onu da düşünə bilər ki, ,,lazım olduqdan da artıq hüquqlardan istifadə edirik“. Reallıq isə tamamilə fərqlidir.
Marneuli bələdiyyəsinin Qırıxlı kəndində anadan olub böyüdüm. 2006-cı ildə məktəbə getməyə başladım. Uşaq bağçasına ümumiyyətlə getməmişəm, çünki nə bizim, nədə qonşu kəndlərdə nə bir uşaq bağçası, nədə ki məktəbəqədər təhsil mərkəzi var. 6 yaşlı uşaq üçün birbaşa məktəbə getməyin və məktəb mühitinə uyğunlaşmağın necə çətin olduğunu təsəvvür edin.
Marneuli bələdiyyəsinin Şaumyan kəndi etnik ermənilərlə kompakt şəkildə məskunlaşmışdır (hazırda, təxminən 3000 nəfərlə). Gürcüstanın etnik azlıqların kompakt şəkildə yaşadıqları yerlərdə olduğu kimi, inteqrasiya məsələsi Şaumyan kəndində də kəskin şəkildədir və özünü müxtəlif cəhətdən büruzə verir. Bunun əsası gürcü dilini bilməməkdir, hansı ki, sadəcə dil bilməməklə kifayətlənmir, etnik erməni əhalisini bir çox problemlə üzləşdirir.
Gürcüstan etnik qrupların müxtəlifliyi ilə seçilir. Etnik azlıqlar bir neçə bələdiyyədə kompakt şəkildə yaşayırlar (o cümlədən, Ninotsminda, Axalkalaki, Axaltsixe, Marneulidə). Bu məqalədə öz təcrübəmdən və Ninotsmindada yaşayan əhalinin ağır vəziyyətindən danışacağam.
Gürcüstanda ümumi səhiyyə proqramı fəaliyyətə başladıqdan sonra, xidmətlərə coğrafi əlçatımlıq artdı. Lakin, etnik azlıqlarla məskunlaşmış bölgələrdə tibbi müəssisələrə fiziki əlçatımlığı nəqliyyat sisteminin səhmansızlığı yenə də ləngidir. Tibb müəssisəsinə gedən vətəndaşlar isə dil maneəsi, həkimlərin məhdud iş cədvəli, kifayət etməyən qaynaqlar və infrastruktur xarakterli problemlərə kamil surətdə xidmət almaqda çətinlik çəkirlər.
Ölkədə tibbi xidmətlərə əlçatımlılığın keyfiyyəti fəaliyyətdə olan modellə əlaqəlidir. Ən əla səhiyyənin konkret bir modeli olmasa da, Dünya Səhiyyə Təşkilatına əsasən, istənilən sistemdə ilkin səhiyyə inkişaf etmiş, əhatəli, keyfiyyətli, təhlükəsiz, vaxtlı və xalqın ehtiyacına yönəlmiş bir xidmət olmalıdır. Özəl və ya ictimai müəssisələrdə ona effektli nəzarəti dövlət həyata keçirməlidir.
Sağlamlıq ləyaqətli həyatın, ictimaiyyətin inkişafı və rifahının bir ölçüsüdür. Onunqeydinə qalmaq fərdi məsuliyyət çərçivələrini aşır, Dövlətə sağlamlıq və sosial siyasətin elə bir modelini yaratmağı həvalə edir, hansı ki, ictimaiyyətin bütün qruplarına çatır.
Təhsil hüququ Gürcüstan Konstitusiyası ilə zəmanət verilmiş bir hüquqdur. Bu hüququn kamil surətdə realizəsi Demokratik bir Dövlət qurmaq üçün vacibdir. Eyni zamanda, təhsilin əlçatanlığı cəhətdən maneələri insanları kamil surətdə yaşamaq imkanından məhrum edir.
Etnik azlıqlar üçün keyfiyyətli təhsil almaq potensiallarının, vərdiş-bacarıqlarının, bilik və imkanlarının inkişaflarının ilkin şərtidir, çünki ictimai həyatda onların effektli inteqrasiyaları üçün zəruridir.
Etnik azlıqlar ali təhsili daha az alırlar. Tam orta təhsil haqqında yüksək pilləyə ölkə əhalisinin 43%-i çatmışdır, eyni göstəricilər etnik azlıqlara gəldikdə 26%-dır.
Qanunvericiliklə Dövlət ümumi təhsili dövlət və ya ana dilində almağı təmin etdir. Gürcüstanda erməni, azərbaycan və rusdilli məktəblər və sektorlar fəaliyyət göstərir. Bu kimi məktəblər təhsil müəssisələrinin təxminən 10%-dir (294). Qeyri-gürcüdilli və ya sektoral məktəblərdə oxuyan qeyri-gürcüdilli şagirdlərin payı isə, 14%-dir.
Məktəbəqədər təhsilin ümumiliyi və hamılıqlı əlçatımlılığı Qanunvericiliklə qorunur. Buna baxmayaraq, Gürcüstanda uşaq bağçalarına məktəbəqədər yaşlı uşaqların yalnız 72% gedir, halbuki, avropa hədəf həddi 95%-dir. Bununla belə, BMT Uşaq Fondunun 2018-ci il verilmişlərilə, etnik azlıqların nümayəndələri olan uşaqlar arasında məktəbəqədər müəssisələrdəki sayı sadəcə 33% təşkil edirdi.
Dünya Səhiyyə Təşkilatının məlumatı ilə, son dövrdə azartlı oyunlara qlobal səviyyədə həm investisiya yatırılır, həm də onun istifadəçiləri artır. Oyun müəssisələrinə Gürcüstanda da hər yerdə rast gəlmək olar. Onlar xüsusilə sərhədyanı və turist bölgələrdə çoxdurlar. Bu oyuna aludəliliyi (Ludomaniya) və onu müşaiyət edən başqa sosial risk təhlükələrini artırır.
Azartlı oyunları məşhurlaşdırmaq və daha çox, onunla bağlı təhlükələrin artması bu məsələ üzərində geniş şəkildə müzakirə aparmağın vacib olduğunu göstərdi. Hazırda bu məsələ artıq demokratiya modelləri, azadlıq konsepsiyası və ictimai rifa barədə diskussiyanı özündə birləşdirir.
Ölkədə mövcud olan ümumi vəziyyəti öyrəndikdən sonra, oyun biznesilə bağlı məsələləri bələdiyyə səviyyəsində müzakirə etmək qərarına gəldik. Bunun üçün Axalkalakini seçdik.
Bunun iki səbəbi var:
Liberal demokratiya çərçivəsində inkişaf etmiş iqtisadi sistem azartlı oyunlar industriyasının (yəni oyun biznesinə) inkişafına münbit zəmin yaratmışdır. Bunun üçün həmin sahə üzrə tənzimləmələr və idarəsində Dövlətin rolunu zəiflətmişdir. Vaxt keçdikcə bu sahə büdcənin başlıca gəlir mənbəyinə çevrildi, xüsusilə kasıb ölkələr üçün. Ancaq bu vəziyyət ictimaiyyətin sosial toxumasına təhlükə yaratdı.
Dünya Səhiyyə Təşkilatı oyun biznesini səhhət üçün təhlükəli hesab edir. Lakin, buna baxmayaraq, son illərdə, həmin biznes dünya miqyasında yenə də geniş yayılmaqdadır. Gürcüstanda da eyni iş baş verir. Tədqiqatlarıın göstərdiyi kimi azartlı oyunların təşkilatçılığı Gürcüstanda ən çox mənfəət gətirən fəaliyyətdir və onun dövriyyəsi ilbəil artmaqdadır.
Liberal demokratiyada formalaşmış idarə modelləri vətəndaşın siyasi rolunu zəiflədərək elitaya həddindən artıq güc verdi. Vaxt keçdikcə xalqın siyasi nümayəndəlik ideyası ilkin hədəflərə cavab verə bilmədi. Narazılıq və etirazlar artdı. Bu isə elitanın stabilliyinə təhlükə yaratdı və o gücünün yarısını güzəşt getməyə məcbur oldu. Nümayəndəli demokratiya yəni qərarın alınma prosesində vətəndaşların iştirakına yönəlmiş idarə modeli belə yarandı. Vaxt keçdikcə onun mexanizmləri də inkişaf etdi. Lakin dövlətlər bu vaxta qədər, cəmiyyətin hər bir qrupu üçün iştirakın bərabər imkanlarını yarada bilmədilər. Bu sonuncusu xüsusilə etnik azlıqlar haqqında deyilə bilər, nəticədə siyasətin təşəkkülündə onların ehtiyaclarını nəzərə almaq ləngiyir və ictimaiyyətin üzvləri arasındakı bərabərsizliyi dərinləşdirməyi artırır. Bu Gürcüstan üçün də bir çağırışdır.
Gürcüstanda sosial və iqtisadi bərabərsizlik gündəlik həyatı müşaiyət edən hadisədir. Etnik azlıqlar isə işləməklə mədaxillərin əldə edilməsi baxımından əlavə problemlərlə üzləşirlər.
Təhsil müstəqil, universal bir hüquq kimi qəbul edilir. O elə bir fundament və ilkin şərtdir ki, başqa hüquqların həyata keçirilməsi üçün həlledici bir rola malikdir. Təhsillə bağlı məsələləri etnik azlıqlar üçün xüsusilə böyük əhəmiyyət kəsb edir, çünki təhsil sistemi onların xüsusi ehtiyaclarını nəzərə almalıdır.
Məhkəmə yolu ilə hüquqları müdafiə etməyi maliyyə xərcləri müşaiyət edir. Bəzən həmin labüd xərclər vətəndaşı hüquqi mübahisədən yayınmağa təkan verir və problemlərin bu yolla həllindən imtina etdirir. Qarşıdakı məqalə məhz məhkəmə mübahisəsi ilə bağlı xərcləri müzakirə edir.
Etnik azlıqlar dil maneələrinə görə bir çox hallarda çətinliklərlə üzləşirlər, məsələn, əmək bazarında, təhsildə, səhiyyədə və başqa sosial xidmətlərə əlçatımlıqda.
Bundan əlavə, rəsmi dili bilməmək mədəniyyət, ənənələrin paylaşması və ictimai həyata daha çox cəlbedilməsinə müəyyən şəkildə mane olur.
Nümayəndəli demokratiya xalqın siyasi proseslər üzərindəki təsirini yavaş-yavaş azaltdı. Bu isə ictimaiyyətin narazılığına və sistemə qarşı çıxmasına səbəb olur. Bu şəraitdə ümumi cəlbolunmağa yönəlmiş idarə modeli əhəmiyyətli funksiyaya malikdir. O siyasətdə sıravi insanların iştirak alətlərini yaradır və onları proseslərə qoşur. Məqalədə Gürcüstanda yerli səviyyədə iştirakın nə kimi şəkilləri olduğunu görəcəyik.
Ədalət mühakiməsinə əlçatımlılıq elə bir hüquqdur ki, o, ilk növbədə ərazi və fiziki əlçatımlılığı nəzərdə tutur. Daha geniş anlayışla, bu prinsip vətəndaşlara həmin hüquqdan istifadə etmələrini asandlaşdırmaq üçün hər bir sosial-siyasi maneələri aradan qaldırmağı tələb edir. Həmin maneələr məhkəmə xərcləri, məhkəmə prosesi dili, hüquqi yardımın olmaması və b. ola bilər. Məqalələrin bu silsiləsində, ədalət mühakiməsinin əlçatımlılığı və etnik azlıqlar üçün mövcud olan maneələr haqqında danışacağıq.
Vətəndaşların iştirakına əsaslanmış demokratiya fəaliyyəti üçün ən azı iki element gərəkdir: (1) iştirak alətləri; (2) həmin alətlərə əlçatımlılıq. Birinci məsələ haqqında əvvəlki məqalədə danışdıq. İndi isə etnik azlıqlarla məskunlaşmış bir neçə bələdiyyənin (Axalkalaki, Ninotsminda, Marneuli, Qardabani) misalında iştirak etməyin əlçatımlılığı haqqında danışacağıq.
Dövlət məhkəmə prosesinin uzunmüddətli, çətin və baha başa gələn prosesinin öhdəsindən gələ bilməyən şəxslər üçün ödənişsiz, kamil hüquqi yardım təklif edir. Lakin, bu xidmət ümumi deyildir, yəni onu hamı şərtsiz-şürutsuz ala bilməyəcək. Bu isə xüsusilə etnik azlıqlar üçün problemlidir.
Məhkəmədə məhkəmə prosesi gürcücə aparılır, dövlət dilini bilməyən şəxs üçünsə, Dövlət xərcinə tərcüməçi təyin edilir. Bu məqalədə etnik azlıq nümayəndələrinin tərcüməçi xidmətindən istifadə etdikdə nə kimi çətinlikləri olduğundan danışacağıq.
Ana dilini və Dövlət dillərini öyrənmək üçün eynicür şəraitlər yaratmaq demokratik ölkələrdə sosial inklüziya və inteqrasiyanın əsas cəhətlərindən biridir. Dil fərdlərin özünüifadə etmələri üçün ilkin vasitə və identliklərinin ayrılmaz hissəsidir.
Yerli səviyyədə idarə prosesindən ictimaiyyətin cəlbolunmasının iki faydası var: O, bələdiyyənin fəaliyyəti effektivliyini yüksəltməklə yanaşı, xalqın ehtiyaclarına yönəlmiş siyasətin icrasına kömək edir. Bu ideyanın əhəmiyyəti və dəyəri şəksizdir, onun üçün də hazırda diskussiyalar daha çox formalar, alətlər və bütün qruplar üçün cəlbolunmanın eyni imkanları haqqında aparılır. Məqalədə yerli səviyyədə qəraralma prosesində etnik azlıqların iştirakı və onun əhəmiyyəti barədə danışacağıq.
Ətrafımızda bir çox ailə maliyyə öhdəliklərinə görə özünün son yaşayış yerini belə itirir. Yaranmış ağır sosial-iqtisadi vəziyyəti aradan qaldırmaq və labüd ehtiyacları təmin etmək üçün insanlar maliyyə vəsaitləri axtarır və bir çox hallarda bu axtarış sələmçidən borc almaqla nəticələnir. Lakin, bu cür kredit münasibətlərini nə kimi təhlükələrin və çətinliklərin müşaiyət etməsindən bir çoxunun xəbəri yoxdur. Qanun borcluları sələmçilərin fırıldaqcı və dələduzluq sxemalarından müdafiə edə bilmir. Təəssüf ki, bunu məhkəmənin özü belə bacarmır. Qarşıdakı məqalədə məhkəmə yaşayış yerləri ilə bağlı mübahisələri müzakirə edərkən nəyi və necə dəyişməli olduğu haqqında danışacağıq.
Məhkəmə Dövlət orqanının fəaliyyətini və yaşayış müavinətindən faydalanmağa əlçatımlılığın əhəmiyyətli şəkildə artırılmasını yaxşılığa doğru dəyişə bilər. Bu məqalədə verilmiş bucaqdan Ali Məhkəmə praktikasını müzakirə edəcəyik.
Tələbə yataqxanası nəinki yalnız tələbələrin problemini həll edir, habelə, dövlət üçün vətəndaşlarının təhsilə əlçatımlılığının nə qədər əhəmiyyətli olduğunu göstərir.
Ödənişsiz hüquqi yardım əlçatımlı ədalət mühakiməsinin zəruri komponentidir. Yoxsulluq, resursların qeyri-bərabər bölgüsü və siyasi təsisatların qeyri-demokratik xarakteri ədalət mühakiməsi sistemindən istifadə etməyi çətinləşdirir. Qarşıdakı məqalədə ödənişsiz hüquqi yardımın əhəmiyyətindən danışacağıq.
Xalqa yönəlmiş ədalət mühakiməsi ədalət mühakiməsi üzərində işləməyin indiyədək mövcud olan metodunu dəyişməlidir. Onun məqsədi, ədalət mühakiməsi sistemi mərkəzində xalqı görməkdir, təsisatları deyil.
Yaşayış minimumu insana ləyaqətli yaşaması üçün minimum məbləğdir. O, Dövlətin müxtlif proqramlar və sosial siyasət üzərində işlədiyində istifadə etməli olduğu bir növ oryentirdir.
Liberal demokratiya siyasi nümayəndəlik çərçivəsini fundamental şəkildə dəyişmişdir. O, xalqın ehtiyacları üzərində işləmək üçün yer qoymadı. Eyni təmayüllə Gürcüstanda da rastlaşırıq. Bu hal özünü seçicilər və siyasi elitanın yadlaşmasında büruzə verir. İctimaiyyət üçün yoxsulluq və iqtisadi bərabərsizlik əsas problemdir, lakin siyasi gündəlik sosial narahatçılıqdan kənar düşübdür.
Qarşıdakı məqalədə Parlament üçün ölkədə xalqı narahat edən şeylərin nə qədər prioritetli olduğunu göstərməyə çalışacağıq.
Giriş: Gürcüstanda işsizlik ən kəskin problemlərdən biridir. Buna baxmayaraq, vətəndaşlar dövlətdən işsizlik müavinəti almırlar, halbuki həmin müavinət yoxsulluq həddi altına düşməzdən qabaq onlara minimum sosial zəmanətlər verərdi.
Ədalət mühakiməsini həyata keçirmək prosesi ictimai həyatın ayrılmaz bir hissəsidir. Dəyərlər yaratmaq prosesinə cəlbolunan məhkəmə, ictimaiyyət qarşısında həmişə hesabatlılıq rejimindədir və özünü xalqın ehtiyaclarına istiqamətlənmiş və həssas bir təsisat kimi təqdim edir. Sosial cəhətdən duyarlı məhkəmə nə deməkdir və belə bir ədalət mühakiməsi yaratmağa necə nail olmalıyıq? Məqalənin məqsədi, ictimaiyyətin ehtiyaclarına və gözləntilərinə cavab verən ədalət mühakiməsinin bazis prinsiplərini göstərməkdir.
Avropa İttifaqı üzv ölkələrinin vətəndaşlarına qanun qarşısında bərabərcə rəftarı, eyni imkanları və müdafiəni vəd edir. Burda isə ədalət mühakiməsi üzrə avropa məhkəməsinin xüsusi rolu var.
Giriş
İşləyənlərin hüquqlarını lazımınca müdafiə etmək üçün Əmək Müfəttişliyi Xidmətinin effektli fəaliyyəti həlledici əhəmiyyətə malikdir. İşin strukturu və səlahiyyətlərin tez-tez dəyişdiyi üçün, geniş ictimaiyyətin Əmək Müfəttişliyinin hazırkı mandatı haqqında bir o qədər də məlumatı yoxdur.
Giriş: Kazreti Kvemo kartlidə, Bolnisiyə yaxın yerləşən yaşayış məntəqəsidir, ordan qızıl, mis və başqa rəngli metallar hasil edilir. Strateji cəhətdən sənaye təyinatından savayı, Kazreti özünün tarixi qədimliyi ilə də məşhurdur – bürünc və daş dövrünün unikal məzarları, antik dövrün keçmiş yaşayış məskənləri və s.
Ədalət mühakiməsi əlçatımlılığı müasir hüquqi nizamın mərkəzi konsepsiyası və fundamental hüququdur. Onsuz başqa hüquqların realizəsi faktiki olaraq qeyri-mümkündür.
Nümayəndəli demokratiyanın xalq üçün, xalqın gücü ilə və xalqın adından hərəkət etmək iddiası var. Onun başlıca ideyası ictimaiyyətin “idarəçi” və “idarəolunan” hissələrə ayırmanın gətirdiyi disbalansı pozmaq idi. Həmin modeldə səsvermə yolu ilə seçilmiş elita hakimiyyəti ələ keçirir. Nümayəndəli sistemin xüsusiyyəti ondan ibarətdir ki, onun səlahiyyəti və legitimliyi qaynağı bircə element – ictimai maraqdır. Nümayəndəliklə idarə etmək xalqın maraqlarını uzlaşdırma əsası ilə edilmiş azad seçimə söykəndikdə və həmin maraqlar çərçivəsində hərəkət etdikdə legitimdir. Lakin, müasir ədəbiyyat, tədqiqatlara əsaslanaraq bu modelin yaşadığı böhrandan tez-tez danışmaqdadır. Bunu bir neçə amil şərtləndirsə də ən çox özünü iki şeydə büruzə verir – Bunlardan biri seçicinin reprezentasiyasını (kimi siyasi proseslərdən kənar qoyur və kimi həmin prosesə cəlb edir), ikincisi isə – seçicinin maraqlarını müdafiə etmək böhranıdır.
Nümayəndəli demokratiyanın böhranı yalnız gənc dövlətlərin problemi deyildir. Lakin kövrək və möhkəm demokratiyalarda onun yenə də fərqli əsasları var. Bu məsələni biz Gürcüstan misalında müzakirə edəcək və diqqəti seçicilərin maraqlarına yönəldəcəyik.
Liberal demokratiya nümayəndəlik prinsipi vasitəsilə işləyir. Nəzəri olaraq bu konsepsiyanın başında xalq və onun maraqları dayanır. Lakin, son dövrdə bu modelin böhranı haqqında get-gedə daha çox yazılmağa başlayır. Müəlliflər nümayəndəli demokratiyanın öz məqsədlərini doğrultmadığı, vətəndaşları təmsil etməkdə, habelə onların maraqlarını qorumaqda uğursuz olduğu qənaətindədirlər. Həmin modelin böhranının qlobal tendensiyası Gürcüstan Parlamenti timsalında da özünü yaxşı göstərir. Əvvəlki məqalələrdə biz Parlamentin sosial məsələlərilə bağlı rolu haqqında müzakirə apardıq. Hazırda isə Parlamentin təbii fəlakətdə cəmiyyətin təhlükəsizliyini qorumaq üçün nə edə bildiyini və nə etdiyini mazakirə edəcəyik.
Ölkədə yoxsulluğun səviyyəsini qiymətləndirmək üçün həm işlə təmin statistikasını öyrənmək vacibdir, həm də gəlirlərin təhlili. Qarşıdakı məqalədə müxtəlif metodologiya ilə hesablanmış verilmişlər arasındakı fərqləri müzakirə edirik.
Qlobal cəhətdən artmaqda olan sosial bərabərsizlik və hakim elitalara qarşı ictimai nazarılıq fonunda, liberal demokratiyanın böhranı haqqında çox danışırlar. Bu diskussiya vətəndaş nümayəndəliyinin ənənəvi konsepsiyasına şübhə bəsləyir və gündəliyə mövcud olan demokratik modelin yenidən düşünülməsinin vacibliyini gətirir. Bunun öz səbəbləri var – liberal demokratiyada hakimiyyət xalqı lazımınca təmsil edə və onun maraqlarını qoruya bilmir. Bu silsilə çərçivəsində bir ali təmsilçilik orqanı kimi Parlamentimiz haqqında danışacağıq.
Sosial müdafiə sxemlərinin məqsədi ictimaiyyətin müdafiə olunmayan üzvlərinə, onların güclənməsi, yoxsulluğun öhdəsindən gəlməsi və əmək bazarında ləyaqətli şəkildə iş tapmaları üçün yardım göstərməkdir.
Beynəlxalq Əmək Təşkilatının verilmişlərinə əsasən, 2020-ci ilin vəziyyətilə, qlobal əhalinin 47%-i minimum bir sosial müdafiə güzəştilə əhatələnmişdi. Həmin güzəştlərdən istifadə edənlərin əksəriyyəti Amerika və Avropa qitəsində yaşayanlardır. Bu heç də təəccüblü deyildir, çünki tarixən güclü milli sosial təhlükəsizlik sistemlərinin təşəkkülü uzunmüddətli bir prosesdir və onun kamil, dayanıqlı inkişafına vaxt və düzgün, vətəndaşlara uyğunlaşdırılmış, siyasi addımlar lazımdır.
İkiqütblü siyasi məkanda seçicinin səfərbərliyinin ən effektli mexanizmi emosional qütbləşmədir. Bu vaxt partiyalar ictimaiyyət qarşısında duran problemləri həll etmək üçün əhatəli strategiyalar üzərində işləmir, siyasəti təşviqat əvəz edir, partiyalar isə dəstək əldə etməyi oponentlərinə hücum çəkməklə cəhd edirlər.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Ofisi (ODHIR) hakim partiyanın irəli sürdüyü, sonra isə ictimai etirazlara görə imtina etdiyi qanunlayihə haqqında rəy dərc etmişdir. Sənəd qanunlayihəni və onun Gürcüstanın demokratik inkişafına mümkün ola biləcək təsirini tənqid edir.
Gürcüstan əhalisinin altıda biri mütləq yoxsulluq şəraitində yaşayır, nisbi yoxsulluğun payı isə təxminən 20%-dir. Bu isə ona işarə edir ki, insanların böyük hissəsi bazis tələblərini qane edə bilmir və bir çox hallarda kredit vasitəsilə iqtisadi ehtiyaclarının öhdəsindən gəlməyə çalışır.
Siyasi qütbləşmə kəskin şəkildə fərqli baxışları olan insanların qarşıdurmasına, o cümlədən təzadlı hisslərin gücləndirilməsinə səbəb olur. O, qruplar arasında normal kommunikasiyanı korlayır və strateji əhəmiyyətli məsələlər üzərində razılığa gəlməyi qeyri-mümkün edir. Qarşıdakı məqalədə qütbləşmənin əhəmiyyətini, onun şəkillərini, demokratiya üzərində nə kimi təsiri olduğunu qısaca müzakirə edəcəyik.
Siyasi qütbləşmə müxtəlif şəkildə və əsasla inkişaf edir. Bəzi hallarda partiyalar arasında mövcud olan ideoloji fərq təbii şəkildə müqavimətə səbəb olur. Lakin, ölkədə mövcud olan təmayüllər qütbləşmənin bir çox hallarda elitalar arasında süni şəkildə yaradılmış və məqsədyönlü şəkildə qorunub-saxlayan qarşıdurma olduğunu göstərir. Bu məqalədə hakim elitaların qütbləşməni nə vaxt və niyə seçdikləri barədə qısaca müzakirə aparacağıq.
Son illərdə, ölkədə əmək hüquqlarının müdafiəsi istiqamətində bir xeyli islahatlar aparıldı, işlə təmin olunanların hüquqi zəmanətləri, habelə əmək hüquqları üzərində nəzarətlər gücləndirildi. Ancaq, buna baxmayaraq, əlavə əməklə bağlı bir çox məsələ yenə də problemli olaraq qalır.
Zorakılıq keçmişə müvafiq reaksiya vermədən Dövlətin demokratik transformasiyası heç vax uğurlu olmur. “Tarixi amneziyanın” kollektiv travmaları müalicə etmək və sabit mühitdə demokratik quruculuğa əsas yaratmaq kimi mifləri repressiv dövlətlərin ən yeni təcrübələri dağıtmışdır. Bir idarə metodu kimi keçmişi unutmaq ictimaiyyətin yaddaşı üzərində qələbə çala bilmir, beləki, münaqişələrin alovlanması və qısnanmağın geri qayıtması riskini artırır.
Gürcüstan Dövləti son 2 il ərzində ölkənin varlandığını və iqtisadiyyatın böyüdüyünü, yoxsulluğun azaldığını, habelə işsizlərin sayının tarixi minimuma endiyini deyir.
Məqalənin məqsədi hökumətin bəyənatların həqiqətə nə qədər uyğun olduğunu, həmin statistikanın necə hesablandığını, həmin bəyənatlarda nələrin üstündən keçildiyini və ölkədə toplanılan varın ictimaiyyətin əksəriyyəti üzərində öz əksini tapıb-tapa bilmədiyini müəyyənləşdirməkdir.
Gürcüstanın ən yaxın tarixinin bir çox epizodu qiymətləndirməni tələb edir. Zorakılıq təcrübəsindən imtina etməmək ölkəmizdə həqiqəti müəyyənləşdirməyə, barışığa, qısnanmanın qarşısını almağa və demokrtik islahatlarının uğurla həyata keçirilməsinə mane olur. Buna qarşı keçid ədalət mühakiməsi yəni ədalətin bərpası konsepsiyası mövcuddur. O, bizə keçmişin təhlilini və gələcək inkişaf yollarını göstərir. Məqalədə qısa olaraq əsas tarixi mərhələlər haqqında danışacağıq, o mərhələlər haqqında ki, onların kontekstində keçid ədalət mühakiməsi ideyası barəsində açıq danışmağa dəyər.
Mərkəzi banklar qiymətlərin sabitliyinə nail olmaq üçün monetar siyasətə müraciət edir. Həmin siyasətin isə effektivliyi akademik dairələrdə, 2021-2022-ci ilin inflasiya təzyiqi ilə nisbətdə, intensiv müzakirə predmetinə çevrildi.
2022-ci ilin 8.4%-lik qiymətlərin artmasına cavab olaraq, Avropa Mərkəzi Bankı, on ildən artıq bir müddətdə, ilk dəfə monetar siyasətini sərtləşdirdi. Bunun Avropa zonasında mənfi uçot faiz dərəcələri dövrünə xitam verilmiş oldu. Avropa Mərkəzi Bankının bu siyasəti inflasiyanın 2%-lik dərəcəyə qaytarılmasına xidmət edir.
Qarşıdakı məqalə, 2021-2022-ci illərdə Gürcüstanda qiymətlər səviyyəsinin böyüməsinə və Milli bankdan cavab olan monetar siyasətə nəzər yetirir. İnflasiyaya səbəb olan səbəbləri təhlil etməklə monetar siyasətin effektivliyinin qiymətləndirilməsinə çalışacağıq. Bununla belə, inflasiyanın alternativ vasitələrini də müzakirə edəcəyik.
Keçid ədalət mühakiməsi konsepsiyası ötən əsrin sonunda, avtoritar rejimlərin süqutu fonunda inkişaf etdi. Həmin prosesə Latın amerikası və Şərqi avropada başlayan siyasi dəyişikliklər dəstək verdi. Məqalədə, yuxarıda qeyd olunan regionlar misalında keçid ədalət mühakiməsi təcrübəsini qısaca müzakirə edirik.
Sürətli texnoloji inkişaf dövründə atipik əmək nümunələrinin sayı getdikcə artmaqdadır. Əmək və işlə təminin transformasiyasına və müxtəlif sosial prosesə vaxt keçdikcə daha da təsir edəcək nəticələrə indidən ciddi yanaşmaq lazımdır.
Qarşıdakı məqalənin hədəfi gig iqtisadiyyatı tərəfindən əmələ gəlmiş çoxşaxəli problemi dərindən öyrənmək və zəhmətkeşlərin rifahı və təhlükəsizliyini təmin etmək üçün potensial qərarları bilməkdir.
Uzun illər boyunca keçmişi unutmaq avtoritar rejimlərin süqutunun və dövlətin yenidən qurulmasının dinc yolu kimi qəbul edilirdi. Lakin, ədalət duyğusu dövlətlərdən kollektiv travmalara reaksiya verməyi tələb etdi. Bu ideyaya əsaslanaraq keçid ədalət mühakiməsi inkişaf etdirildi. Qarşıdakı məqalə qısaca keçid ədalət mühakiməsinin nə olduğunu və necə fəaliyyət göstərdiyini izah edir.
Gürcüstan müxtəlif təbii sərvətlərlə zəngin və eyni zamanda əhəmiyyətli sənaye iqtisadiyyatı ənənəsinə malik olan bir ölkədir. Bu ənənə bir tərəfdən mövcud qaynaqların hasilatını, ikinci tərəfdən isə sovet dövründə tikilmiş, ancaq bu gün də fəaliyyət göstərən emaledici/zənginləndirici müəssisələri və ağır sənayeni nəzərdə tutur.
Seçki sistemi demokratik cəmiyyətin təməl elementidir. O, demokratiyanın hər bir vətəndaşı siyasi proseslərdə bərabərcə və ədalətli şəkildə nə qədər təmsil edə bildiyini müəyyənlşdirir. Seçki sistemində həlledici rol seçki həddinə verilir. Yüksək seçki həddi siyasi proseslərdə aşağı təmsilçilik təhlükəsi yaradır. Məqalənin məqsədi, Avropa İttifaqı ölkələrində seçki həddlərini və onunla bağlı tənqidləri qısaca müzakirə etməkdir.
Siyasi sistem ədalət mühakiməsi orqanlarının fəaliyyətinə əhəmiyyətli təsir göstərdi. Əksəriyyət (majoritar) prinsipilə idarə etmək qərarların cəld qəbul edilməsinə kömək edir. Beləki o, effektli dövlət idarəçiliyi gözləntisi yaradır. Lakin fakt fakt olaraq qalır ki, bu model Gürcüstan ədalət mühakiməsi modelinin müstəqil sistemini yarada bilmədi. Nəticədə, ümumi cəlbolunma və razılaşmağa yönəlmiş (konsensual) demokratiya haqqında müzakirələr çoxaldı. Məqalənin məqsədi bu sonuncusunun ədalətli ədalət mühakiməsini təklif etməyi bacardığını göstərməkdir.
Gürcüstanda, son illər ərzində, (pandemiya ucbatından 2020-ci ili çıxmaqla) iqtisadi böyümə təsbit edilir. Lakin, bu insanların böyük hissəsinin rifahına bir o qədər də təsir bağışlamır. Qarşıdakı məqalə niyə iqtisadi böyümənin əhalinin rifahı səviyyəsinin yaxşılaşmasına kömək etmədiyini və mövcud situasiyanı islahı üçün nələr gərəkdiyinə cavab verməyə çalışır.
Plebissit demokratiyası demokratiyanın alternatividir. O, elitaların gücünü məhdudlaşdırır və xalqın demokratik proseslərdə iştirakını gücləndirir. O, həqiqi xalq demokratiyası formasıdır. Lakin, demokratiyanın nəfinə yeganə bircə sistemdə işləyir – həmin demokratiyada siyasi proeslərə tək bir gücün təsiri, möhtəkirliyi və hakimiyyətdən sui-istifadə təhlükəsi olmamalıdır. Avtoritar təmayüllü ölkələrdə o öz demokratik səciyyəsini itirir və rejimin legitimlik alətinə çevrilir. Qarşıdakı məqalənin məqsədi Plebissit demokratiya ideyasını və ondan sui-istifadə etmək misallarını öyrənməkdir.
Demokratiyanın heç vaxt Dövlətin idarəsində iştirak etmək istəyənlərin üzünə qapını bağlamaq kimi imkanı olmayıb. Təəssüflər olsun ki, Gürcüstanın siyasi elitası bu məsələ ilə bağlı qərar qəbul etdikdə daima əksinə davranıb (nadir istisnalar xaric).
Son 30 il ərzində gürcü siyasətinin başlıca problemlərindən biri “Majoritarizm” seçki üslubudur. „Majoritarizm“ sadəcə seçki sistemi deyildir. O, elitalar tərəfindən hakimiyyəti əldə etmək, onu həyata keçirmək və sonra başqasına ötürmək prosesini necə gördüklərinə dair siyasi qavrayış məntiqidir. Masjoritarizmin əsasını təşkil edən konsepsiya “Hər şey qalibindir” baxışıdır. O, hakimiyyətin, beləliklə, məsuliyyətin bölüşdürülməsinin istənilən modelini təkzib edir. Majoritarizmdə şərikli iştirak, razılaşmalar, kompromislər institusional məntiqdən irəli gələrək əvvəlcədən qeyri-mümkündür və bu hal, majoritarizmi sıfır nəticə oyununa çevirir.
Gürcüstan əhalisi üçün işsizlik ən başlıca problemdir. Buna baxmayaraq, ölkədə işsizlik benefitləri sistemi mövcud deyildir. Halbuki, həmin sistem işsiz qalmış vətəndaşlara müəyyən vaxt içərisində sabit gəlirlə təmin və yoxsulluq həddi altına düşənə qədər minimum sosial zəmanətlər təklif edərdi.
Gürcüstan əhalisi üçün aşağı maaşlar və əməyin lazımınca qarşılanmaması əhəmiyyətli bir problemdir. Bu məsələnin kəskinliyi özünü xüsusilə pandemiya dövründə və cari inflasiya şəraitində büruzə vermişdir. Buna baxmayaraq Gürcüstanda əməli bir alət mövcud deyildir. Elə bir alət ki, işlə təmin olunanlar arasında əməyin ədalətli şəkildə qarşılanması və işçi qüvvənin həssas qisminin yoxsulluqdan müdafiəsini təmin edə bilsin.
Sosial siyasəti sağlam şəkildə həyata keçirmək üçün, ölkələr tərəfindən sosial müdafiə modelini düzgün seçmək olduqca əhənmiyyətlidir. Bu modellər isə bir-birilərindən fərqlənir və ölkələrin siyasi quruluşu, reasursları, dəyərləri və yaxud, digər əlamətlərində asılı olaraq dəyişirlər.
Gürcüstanda işsizlik təməl problemlərdən biridir. Ölkənin sağlam Sosial müdafiə sistemi yoxdur. İnsanlar mövcud ehtiyaclarla özləri əlləşməli olur və nəticədə, başqa iş tapa bilmədikləri üçün, qeyri-formal (qeyri-rəsmi) işlərə cəlb olunmağa məcbur qalırlar. Bununla isə zəhmətkeşin həyatı proqnozlaşmaqdan uzaq qalır.