Ədalət mühakiməsini həyata keçirmək prosesi ictimai həyatın ayrılmaz bir hissəsidir. Dəyərlər yaratmaq prosesinə cəlbolunan məhkəmə, ictimaiyyət qarşısında həmişə hesabatlılıq rejimindədir və özünü xalqın ehtiyaclarına istiqamətlənmiş və həssas bir təsisat kimi təqdim edir. Sosial cəhətdən duyarlı məhkəmə nə deməkdir və belə bir ədalət mühakiməsi yaratmağa necə nail olmalıyıq? Məqalənin məqsədi, ictimaiyyətin ehtiyaclarına və gözləntilərinə cavab verən ədalət mühakiməsinin bazis prinsiplərini göstərməkdir.
Bu mövzu ilə niyə maraqlanmalıyam?
Ədalət mühakiməsi sistemi üzərində işləmək daima siyasi gündəliyin mərkəzi məsələsi olaraq qalır. Bunu ötən 30 ilin ağır təcrübəsi göstərir. Biz ədalətli və müstəqil təsisatlarsız sosial və siyasi sülhün bərqərar olmadığını görürük. Ədalət mühakiməsi sisteminin ishalatı Avropa İttifaqının 12 bəndlik planının bir parçasıdır və Gürcüstanın avropa perspektivi onun yerinə yetirilməsindən əhəmiyyətli dərəcədə asılıdır.
Rəyimiz
Sosial cəhətdən həssas ədalət mühakiməsi iki həddi nəzərdə tutur: problemlərin sistemli aradan qaldırılması və sosial ədalətə tərəf canatmanın düşünülmüş prosesini, habelə hamı üçün universal şəkildə əlçatan bir sistemi. Həmin sistem qadınların, uşaqların, sağlamlıq imkanları məhdud şəxslərin, spesifik çağırışları olan qrupların ehtiyaclarını nəzərdə tutur.
Gürcüstanda sosial cəhətdən duyarlı məhkəmə yaratmağa mane olan nədir?
Ədalət mühakiməsinin fundamenti onun əlçatımlı olmasındadır. Gürcüstanda keçirilən tədqiqatlardan əlçatımlılıq cəhətdən mövcud olsan əsas problemlər üzərə çıxır. Son illərdə ədalət mühakiməsi sistemilə əlaqəsi olan insanlar göstərirlər ki:
- İşə baxılma müddətləri və proses ərzində çəkilməli olan xərclər məhkəməyə müraciətə çox mane olur;
- Məhkəməyə qarşı etibarsızlıq, intiqam alma təhlükəsi və məhkəməyə təqdim ediləsi sənədlərin hazırlanması əhəmiyyətli çağırış olaraq qalmaqdadır.
Sadalanan amillər iqtisadi, sosial və institosional sədləri əks etdirir. Həmin sədləri aşmaqsa ədalət mühakiməsinin əlçatımlılığı üçün zəruridir.
Ədalət mühakiməsinin əlçatımlılığından savayı, prosesin adil və müstəqil hər cür təsirlərdən azad olması vacibdir. Gürcü ədalət mühakiməsinin ,,Elitizmi“ məhkəmənin daxili və xarici muxtariyyəti böhranında özünü büruzə verir
- Daxili amillər ədalət mühakiməsi sistemində mövcud olan korporativ təsirlərdən hakimlərin fərdi müstəqilliyinə yönəlib;
- Xarici amillər siyasi sinfin məhkəmə üzərindəki təsirlərinə yönəlib.
Gürcüstanda ədalət mühakiməsi sistemi siyasi elita üçün daima bir söykənəcək rolunu oynayırdı. Müxtəlif hakimiyyətlər şəraitində onun təbiəti dəyişirdi – mütləq tabeçilikdən siyasi və məhkəmə elitləri arasında əməkdaşlıq münasibətlərinə qədər.
Aydındır ki, siyasi qruplarda bu problemi etiraf etmək arzusu ümumiyyətlə yoxdur. Məsələn, məhkəmə sistemində mövcud klan idarəçiliyi haqqında Parlamentə təqdim edilən qərarın layihəsi keçmədi, halbuki o ədalət mühakiməsi sistemində əhəmiyyətli dəyişikliklərin ilkin şərti ola bilərdi.
Bu ictimaiyyətin ovqatına necə təsir edəcək?
Ədalət mühakiməsi mücərrəd fenomen deyildir və belə olmaması onun özünü proqnozlaşdırıla biləcək xüsusiyyətində büruzə verir. Bu xüsusiyyət isə iki təbiətlidir. O ya ədalətsizlik və tərəfkeşlik hissindən irəli gəlir, yaxud da əksinə. Gürcü ictimaiyyətində bu ovqatlar səs salmış, ictimaiyyət üçün maraqlı işlərlə bağlı, habelə tərəflər arasında güc disbalansı aşkar olduqda özünü yaxşı göstərir. İctimiyyətin gözləntisini nəticənin necəliyindən – siyasi, sosial, iqtisadi yoxsa mədəni amillərdən irəli gələcəyindən qidalanır.
Proqnozlaşdırılmanın bu hissi ictimai araşdırmalarda özünü daim göstərir. Onlar məhkəmədən ictimaiyyətin yadlaşdığını və ona qarşı etibarsızlığını göstərir. Məsələn, Qafqaz Araşdırmaları Resursları Mərkəzinin (CRRC) 2020-ci il verilmişlərinə əsasən, əhalinin yarısından çoxunun fikrincə, məhkəmə siyasi təsirlərdən azad deyildir. 2022-ci ildə IRI-nin araşdırması da eyni yanaşmaları göstərir – məhkəməyə qarşı yalnız 38%-i müsbət münasibət bəsləyir, 48% isə mənfi yanaşır.
Nə edilməlidir?
Gürcüstan Ədalət mühakiməsi sisteminin sağlamlaşdırılması üzərində işlər illər ərzində intitusional dizayn perspektivindən aparılırdı. Bu yanaşma problemlərin kökündən həll etmək üçün kifayət deyildir. Bunu islahatların bir çox mərhələsi göstərmişdir. Fraqmental dəyişikliklər güc oxları və sistemin idarəsinin nöqsanlı məntiqinə qarşı çıxa bilmir.
Beləki, məhkəmə üzərində işləmək perspektivini əvəz etməliyik. Yeni yanaşma isə bunlara istinad etməlidir:
- Sistem çatışmazlıqlarını və onların səbəblərini etiraf etməyə;
- Siyasi, klan və başqa təsirlərin qiymətləndirilməsinə;
- Xalq üçün real şəkildə əlçatımlı və sosail cəhətdən həssas sistemin qurulma ideyasına;
Bunun üçün nə lazımdır?
Ədalət mühakiməsinin siyasi və klan təsirlərindən azad edilməsi adil ədalət mühakiməsinin yaradılmasının rəhnidir. Buna isə çoxluğun təkbaşına təsirlərinin əsasını sarsıdacaq sistemli dəyişiklərlə nail oluna bilər. Bunun üçün məhkəmə və siyasi sistemdə konsensusa istiqamətlənmiş mexanizmlərin tətbiqi gərəkdir.
Əlavə olaraq, məhkəməyə qarşı ictimaiyyətin ögeyləşməsini aradan qaldırmaq və sosial cəhətdən həssas ədalət mühakiməsini yaratmaq üçün bunlar gərəkdir:
- Xalqa yönəlmiş ədalət mühakiməsi konsepsiyasının siyasi gündəliyə gətirilməsi. Bu prinsipin praktikada reallaşdırılması sistemli problemlərin aradan qaldırılması üçün ədalət mühakiməsinin vaxtlılığını və proaktivliyini, xalqın hüquqa olan ehtiyacını kamil surətdə nəzərə almasını, inklüziv xidmətlər sisteminin yaradılmasını nəzərdə tutur;
- İctimaiyyətin geniş qrupları üçün keyfiyyətli hüquqi yardımı təmin etmək üçün, Dövlətin hüquqi yardəm xidmətinin institusional və insan qaynaqları ilə gücləndirmək;
- Ədalət mühakiməsinə əlçatımlılığın maliyyə, sosial, mədəni və fiziki maneələrini aradan qaldırmaq. Bu əhali perspektivindən hüquqi ehtiyacların tədqiqini və təhlilini tələb edir.
Yalnız fundamental dəyişikliklər ədalət mühakiməsi və ictimaiyyət arasında yaranan yadlaşmanı aradan qaldıra bilər. İctimaiyyətin məhkəmənin ədalət və bərabərlik dəyərlərinin yaradıcı olmasına dair gözləntiləri olmalıdır.
Məqalə Komentar tərəfindən USAID Hüququn Aliliyi Proqramının dəstəyilə hazırlanmışdır. Proqram Şərq-Qərb İdarə İnstitutu (EWMI) Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyələşdirməsilə hazırlanmışdır. Məqalənin məzmunu üzrə tamamilə Komentarın üzərindədir və məqalədə söylənilən düşüncələr yuxarıda adı çəkilən beynəlxalq təşkilatının nəzərlərini əks etdirməyə bilər.
Məqalə “Etnik azlıqlarla məskunlaşmış bölgələrdə informasiya və təhlilin əlçatımlığı yolu ilə ictimai dayanıqlığın artırılması” layihəsi çərçivəsində Müharibə və Sülhü İşıqlandırma İnstitutu (IWPR) tərəfindən verilmiş fondlarla, Birləşmiş Krallıq Hökumətinin maliyyə dəstəyilə tərcümə edilmişdir. Mətbdə verilmiş düşüncələr, tapıntılar və nəticələr yalnız müəlliflərə məxsusdur və onlar IWPR və Birləşmiş Krallıq Hökumətinin baxışlarını əks etdirmir.