Qlobal cəhətdən artmaqda olan sosial bərabərsizlik və hakim elitalara qarşı ictimai nazarılıq fonunda, liberal demokratiyanın böhranı haqqında çox danışırlar. Bu diskussiya vətəndaş nümayəndəliyinin ənənəvi konsepsiyasına şübhə bəsləyir və gündəliyə mövcud olan demokratik modelin yenidən düşünülməsinin vacibliyini gətirir. Bunun öz səbəbləri var – liberal demokratiyada hakimiyyət xalqı lazımınca təmsil edə və onun maraqlarını qoruya bilmir. Bu silsilə çərçivəsində bir ali təmsilçilik orqanı kimi Parlamentimiz haqqında danışacağıq.
Bu mövzu məni niyə maraqlandırmalıdır?
Araşdırmalara əsasən, Gürcüstan vətəndaşlarının böyük hissəsi Parlamentin fəaliyyətindən narazıdır. O, əksəriyyətin fikrincə, əhalinin ehtiyaclarını cavablandırmır. İctimaiyyətin böyük hissəsi hesab edir ki, Qanunvericilik orqanında olan heç bir partiya onun maraqlarını təmsil etmir. Deputatların öz seçiciləri üçün nə edə biləcəklərini bilmək maraqlıdır.
Rəyimiz
Ali təmsilçilik orqanının ictimai tələbləri cavablamaq kimi mexanizmləri var. Lakin, Parlament onlardan lazımınca istifadə etmir.
Parlamentin təmsilçilik və nəzarətçilik funksiyası
Parlamentin fəaliyyəti özündə bir neçə funksiyanı birləşdirir, o cümlədən seçicini təmsil etməyi və Hökumətə nəzarəti. Bu sonuncusunun vasitəsilə Parlament icraçı hakimiyyətə də təsir göstərir ki, o ictimaiyyət qarşısında dayanan problemləri daha effektli şəkildə həll etsin. Qanunvericilik orqanının əlində olan nəzarətçilik funksiyası ona imkan verir ki, Dövlətin idarəçiliyində xalqın iradəsinin nə qədər təmin edilib-edilmədiyini yoxlasın.
Parlament nəzarəti necə və hansı mexanizmlərlə həyata keçirir?
Parlament Hökumətə siyasəti formalaşdırdıqda və onu icra etdikdə nəzarət edə bilir. Lakin bu istiqamətdə Qanunvericilik orqanımızın bir çox qüsuru vardır, beləki, onun nəzarətçilik alətləri islah edilməlidir. Parlament dövlət siyasətinin ictimai tələblərə daha yaxşı uyğunlaşdırılması üçün mövcud olan mexanizmləri lazımı şəkildə belə işə sala bilmir.
Halbuki, Parlament Hökumətin verdiyi vədlərinə necə əməl etdiyini yoxlaya bilər; ictimai həyatın sosial, iqtisadi, mədəni istiqamətlərində nə kimi problemlərin olduğunu tədqiq edə və həll yollarını hazırlaya bilər; hansısa məsul orqana/vəzifəli şəxsə konkrek məsələ barədə hesabat təqdim etməyi tapşıra bilər. Əgər hansısa bir Dövlət orqanı qanunsuz şəkildə fəaliyyət göstərirsə, Parlament işi araşdıra və pozuntunu aşkarlaya bilər və sairə.
Məqalə Heynrix Böll Fondunun Tbilisi Ofisinin dəstəklədiyi “Gürcüstanda inklüziv və konsensusaəsaslanmış siyasi mühitin dəstəyi” layihəsi çərçivəsinə hazırlanmışdır. Məqalədə söylənilən fikirlər “Komentara” aiddir və ola bilsin ki, Heynrix Böll Fondunun Tbilisi Ofisinin baxışlarını əks etdirməsin.