“Komentar” Gürcüstanda və dünyada baş verən proseslər haqqında geniş ictimaiyyətə tənqidi baxış təqdim edən peşəkarları özündə birləşdirən bir platformadır.
Keçid ədalət mühakiməsi modelləri və təcrübəsi
July 12, 2023

Keçid ədalət mühakiməsi konsepsiyası ötən əsrin sonunda, avtoritar rejimlərin süqutu fonunda inkişaf etdi. Həmin prosesə Latın amerikası və Şərqi avropada başlayan siyasi dəyişikliklər dəstək verdi.  Məqalədə, yuxarıda qeyd olunan regionlar misalında keçid ədalət mühakiməsi təcrübəsini qısaca müzakirə edirik.  

Bu mövzu məni niyə maraqlandırmalıdır

Gürcüstanda keçid ədalət mühakiməsi məsələləri üzərində işləmək, bu istiqamətdə dünyada mövcud olan təcrübələrin araşdırılmasını və təhlilini nəzərdə tutur. Bu bizə ondan nə vaxt istifadə edildiyini, necə istifadə edildiyini, hansı vəziyyətdə işlədiyini və nə kimi nəticələrə nail olduğunu öyrənməkdə kömək edəcəkdir. 

Rəyimiz

Təcrübəyə söykənərək deyə bilərik ki,  keçid ədalət mühakiməsi mexanizmlərindən istifadə etmək  ictimaiyyətə keçmnmişi arxada qoymaqda və  zırakı rejimdə vurulan yaraları sağaltmaqda kömək edir. O, oxşar təcrübəsi olan ölkələrə avtoritar idarədən demokratik idarə modelinə keçməkdə kömək edir. 

Latın amerikası praktikası 

Latın amerikasında keçid ədalət mühakiməsi ideyası Qvatemala, Çili, ArqentinaKolumbiyada çoxillik münaqişələr, hərbi diktatura, cəzalandırılmama fonunda formalaşdı. Region bu alətlərdən çoxdan istifadə edir. Onun bir çox mexanizmi məhz bunun üçün yaradıldı. O cümlədən, həqiqəti müəyyənləşdirən komissiyalar. Ondan ilk dəfə, hərbi diktatura dövründə (1976-1983)  insanların kütləvi şəkildə qeybə çəkilmə faktlarının araşdırılması üçün istifadə edildi.  

Latın amerikası tarixində ədaləti bərpa etmək üçün cinayət təqibi, insan hüquqları tribunalları, qurbanları müdafiə etmək və təzminatlar praktikası da tez-tez baş verir. Həmin mexanizmlər hər yerdə uğurlu olmayıb. Lakin, hər dəfəsində institusional fəaliyyəti dəyişmək üçün, onu yaxşılaşdırmaq üçün əhəmiyyətli addımlar atıldı.  Bu cəhətdən Arqentinanın təcrübəsi fərqlənir. Ölkə, əsaslı konstitusional islahat vasitəsilə, hərbi diktaturadan demokratik idarəçiliyə keçməyi bacardı.  

Şərqi avropa təcrübəsi  

Latın Amerikasında rejimin dəyişməsinin ardından Şərqi avropada da dəyişikliklər baş verməyə başladı. Onun böyük hissəsi kommunist rejiminin öhdəsindən gəlməli oldu. Şərqi avropada keçid ədalət mühakiməsi Latın Amerikasında olduğu qədər genişmiqyaslı olmamışdır. Lakin, post-sovet irsiyyəti olan bir neçə ölkənin ədalət mühakiməsinin ayrıca ünsüründən istifadə etmək cəhdi olmuşdur. O cümlədən: Polşanın, Bolqarıstanın, Rumınyanın,  keçmiş Çexoslovakiyanın.  

 Bu ölkələrdə həqiqəti müəyyənləşdirən komissiyalar və ya tribunallar praktikasına çox az müraciət edilib. Bunun əvəzində, lustrasiya haqqında qanunvericilikdən istifadə etmək halları çoxluq təşkil edir. Lustrasiyanın məqsədi, zorakılıq sistemləri ilə bağlı qrupları üzərə çıxarmaq və onların dövlət vəzifələrini tutmalarını qadağan etməkdir.  Şərqi almaniya və Rumınya istisnadır.  

Almaniyada 1961-ci ildə divar tikildikdə bir çox insan ölkənin ikinci tərəfinə keçməyə çalışırdı. Sərhədi keçərkən təxminən 450 nəfər öldürüldü. Sonra Almaniya kütləvi qətllərdə şübhəli olan liderlərə qaşrı cinayət işləri açdı.  Almaniya regionda 1992-ci ildə həqiqəti müəyyənləşdirən ilk komissiyanı yaradan ölkə oldu. O, bunun vasitəsilə kommunist idarəçiliyi tarixini və onun nəticələrini təhlil etmək istəyirdi. 2006-cı ildə eyni mexanizm Rumınyada yaradıldı. Onun məqsədi kommunist diktaturasını və insan hüquqlarının kütləvi pozulmasını öyrənmək idi. 

 

Məqalə Heynrix Böll Fondunun Tbilisi Ofisinin dəstəklədiyi “Gürcüstanda inklüziv və konsensusa əsaslanmış siyasi mühitin dəstəyi” layihəsi çərçivəsinə hazırlanmışdır. Məqalədə söylənilən fikirlər “Komentara” aiddir və ola bilsin ki, Heynrix Böll Fondunun Tbilisi Ofisinin baxışlarını əks etdirməsin.

Məqalə hazırlanmışdır
თამარ გვასალია
Tamar Qvasaliya
Hüquqşünas
ვახუშტი მენაბდე
Vaxuşti Menabde
Şərikli təsisçi, Demokratiya istiqaməti redaktoru